18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Niyə dərslər bir həftə gec başlayacaq? - Nazir açıqladı


"Ötən həftədən başlayaraq yoluxma sayında qismən azalmalar müşahidə olunur”.
Bunu təhsil naziri Emin Əmrullayev brifinqdə çıxış edərkən deyib. 
O bildirib ki, dərslərin bir həftə gec başlamasının səbəbi yoluxmanın sayının hələ də yüksəl olmasıdır: "Gün ərzində yoluxmuş şəxslərin təxminən 10 faizi şagirdlər və müəllimlər olur. Sentyabrın 22-dən və 29-dan etibarən yoluxma sayının daha da azalması proqnozlaşdırılır”. 

Nazirin sözlərinə görə, sentyabrın 15-dək 2 milyon 700 mindən artıq vətəndaşın vaksinasiyadan keçəcəyi gözlənilir: "Sentyabrın sonuna isə bu rəqəm 4 milyonu ötəcək. Daha çox vaksin olunan şəxslərin olması təhsil sistemini daha yaxşı şərait yaradır. Yoluxanların sayı nə qədər çox olsa da, bizi əsas narahat edən xəstəxanaların dolması, yoluxanların xəstəliyi ağır keçirməsidir. Amma vaksin olunan şəxslər yoluxsa belə, xəstəliyi yüngül keçirir. Növbəti iki həftə ərzində daha çox insanın vaksin olunacağına inanırıq”.

Tarix: 7-09-2021, 14:51


Bölməyə aid digər xəbərlər
26-08-2021, 08:56 950 İllik Malazgird tarixi
6-06-2021, 16:55 Sürüş Suruş
3-05-2021, 14:40 DEPRESSİYANI TANIYIN.