18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Deputat: "BMT qətnamələrini görməzdən gələn dünya ictimaiyyəti epizodik məsələlərə xüsusi həssaslıqla yanaşır"


"Otuz il Azərbaycan torpaqlarının işğal altında qalmasına, 1 milyondan artıq vətəndaşımızın hüquqlarının tapdalanmasına susan, BMT qətnamələrinə diqqət yetirməyən dünya ictimaiyyəti epizodik məsələlərdə xüsusi həssaslıq nümayiş etdirir".
AztürkmanTv xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 10 dekabr - Ümumdünya İnsan Hüquqları Gününə həsr olunan "dəyirmi masa"da deyib.
Onun sözlərinə görə, Fransanın bu məsələlərdə mövqeyini daha çox misal göstərmək olar: "Bu gün BMT Təhlükəsizlik Şurasında, eləcə də BMT idarəçiliyində Fransa kimi bir dövlətin qalması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, dünya "5-dən böyükdür" anlamına bir daha baxılmasına sövq edir. Cənab Prezident də dəfələrlə deyib ki, BMT qətnamələrinin icrası mexanizminin işləməsi lazımdır. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin yaradılması Azərbaycan hüquq tarixində atılan mühüm addımlardan biri idi".


Tarix: 8-12-2022, 15:06


Bölməyə aid digər xəbərlər