18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Deputatlar bərpaolunan enerjidən istifadənin vacibliyini vurğulayıblar


“Bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin maya dəyərinin hesablanması lazımdır”.
AzturkmanTv xəbər verir ki , Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.
Deputatın fikrincə, maya dəyəri hesablanmalıdır ki, bu, sonradan elektrik enerjisinin qiymətinin bahalaşmasına gətirib çıxarmasın: “Digər tərəfdən Azərbaycanda əksər regionlar günəşlidir. Vətəndaşların evlərinin üzərinə günəş panellərinin qoyulması mümkün olacaqmı?”
Deputat Asim Mollazadə bildirib ki, alternativ bərpaolunan enerji ilə bağlı qanunun qəbul edilməsi işğaldan azad edilmiş torpaqlara qayıdış üçün zəruridir: “Hamı gözəl bilir ki, Azərbaycanın neft strategiyası uğurlu olub. Biz çalışmalıyıq ki, Azərbaycanda alternativ bərpaolunan enerji mənbələrdən istifadə genişlənsin. Hətta Azərbaycanda günəş panelləri istehsal edilməlidir. Məhz Azərbaycanda emal olunan sistemlərlə alternativ bərpaolunan enerji mənbələrindən istifadə genişlənməlidir”.
Deputat Fazil Mustafa qeyd edib ki, Azərbaycanın ən çox gecikdiyi sahələrdən biri bərpaolunan enerji məsələsidir: “Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə “Ağıllı kənd”, “Ağıllı şəhər” konsepsiyasını təklif etməsi, orada yaşıl enerji zonalarının yaradılması məsələləri bərpaolunan enerji üzərində bu məntəqələrin qurulmasının təşviq edilməsi cəmiyyəti düşünməyə vadar etdi. Bu günə qədər bu sahə ilə bağlı qurumların fəaliyyəti tam effektsiz olub. Biz elə mexanizm qurmalıyıq ki, bu sahənin nə qədər vacib olduğunu göstərə bilək. Vətəndaşların çoxu bunun mahiyyətini heç bilmir. Bərpaolunan enerji variantında vətəndaş daha ucuz qiymətə bu enerjini ala biləcək. Türkiyədə istirahət zonalarında elə bir ev yoxdur ki, üzərində günəş panelləri quraşdırılmasın. Mütləq bu sahəni dirçəltmək lazımdır. Ya Türkiyədən, ya Avropadan bu sahəni bilən mütəxəssisi gətirib başa qoymaq lazımdır. Əsas kadr məsələsidir. Bu sahədə kadr məsələsini biz həll etməliyik”.
Deputat Sadiq Qurbanov bildirib ki, burada ən böyük üstünlük yaşıl tarifin tətbiqidir: “Zəmanətli alıcı anlayışı mövcud olacaq. Burada monopolist sözü aradan qaldırılacaq. Biz bu gün istehlakçı ola-ola istehsalçıya çevrilə biləcəyik. Fiziki şəxslər 10 meqavata qədər enerjini heç kimdən icazə almadan günəş panellərini alıb gətirib özü istifadə edə bilər. Bunu satmaq məqsədilə edəndə isə artıq hərracda iştirak etməli olacaqlar”.




Tarix: 25-05-2021, 21:13


Bölməyə aid digər xəbərlər