18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
“Azerbaijan Microsoft Days”: Rəqəmsal həllərin vasitəsi ilə maliyyə sektorunun transformasiyasi


Maliyyə sənayesi bu gün ən böyük sarsıntılardan birini yaşayır. Rəqəmsallaşma və yeni texnologiyalar bankları maliyyə xidmətləri bazarında fəaliyyətlərini davam etdirmək üçün yeni iş modelləri istifadə etməklə iş üsullarını və diqqət fokuslarını əsaslı şəkildə dəyişdirməyə təşviq edir. Məhz buna görə növbəti “Azerbaijan Microsoft Days” konfransı maliyyə xidmətləri sənayesində rəqəmsal transformasiyanın gələcəyinə həsr edildi.
“Microsoft” şirkətinin mütəxəssisləri və spikerləri Azərbaycanın maliyyə müəssisələri üçün “Rəqəmsal həllərin vasitəsi ilə maliyyə sektorunun transformasiyası” mövzusunda təşkil edilmiş onlayn konfrans çərçivəsində bulud texnologiyalarının, süni intellektin, müasir iş yerlərinin və kiber təhlükəsizlik tədbirlərinin tətbiqi ilə bağlı ən uğurlu təcrübələrin təqdimatını keçirdilər. 
“Microsoft”un müştəriləri hərtərəfli öyrənməyə, onların məlumatlarını qorumağa, riskləri idarə etməyə, dələduzluq hallarının və kiber hücumların qarşısını almağa imkan verən həlləri konfrans iştirakçılarının xüsusi marağına səbəb oldu.
“Bu gün bank və sığorta fəaliyyətinin rəqəmsal transformasiyası getdikcə daha çox aktuallaşır və zamanın tələbinə çevrilir. Bank və sığorta xidmətləri, süni intellektə əsaslanan müştəri təcrübəsi və əşyaların internetinə çıxış imkanları tezliklə yeni normaya çevriləcək və bu, heç də pandemiyanın təsirindən olmayacaq. Əksinə yeni nəsil insanların şəxsi ünsiyyətdən daha çox rəqəmsal əlaqələr qurmaq seçiminə üstünlük verməsi səbəbindən baş verəcək", - deyə  “Microsoft”un  Orta və Şərqi Avropadakı maliyyə xidmətləri sənayesinin müdiri Madalina Popa qeyd edib.
“Microsoft”un Mərkəzi və Şərqi Avropanın 24 ölkəsində “BizApps” satışları üzrə mütəxəssisi Urban Jovanoviç təqdimatında bildirib ki, rəqəmsal texnologiyalar bankların müştəriləri ilə qarşılıqlı münasibət qurmaq üsullarını dəyişdirir: “Bugünkü bazarda maraq doğurmaq üçün, müştəri ilə münasibəti onun  haqda bütöv təəssürat yarada biləcək yeni innovativ və çoxkanallı yanaşma, intellektual təhlil, proseslərin avtomatlaşdırılması tələb olunur.
Bank işi və kapital bazarları sahəsində ciddi dəyişikliklər baş verir. Bank işinin prioritetlərini vurğulayan altı əsas tendensiya mövcuddur - bank müştərilərinin məlumatlarının emalı və monetizasiyası əsasında yaradılmış və onlar üçün yeni imkanlar açan müasir texnologiyaların və iş modellərinin tətbiqidir; gənc nəsil müştərilərin ehtiyaclarını nəzərə alaraq diqqət mərkəzinin genişləndirilməsidir; kiber cinayətkarlardan və fırıldaqçılardan qorunan, məsafədən həyata keçirilən bank əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsidir; tənzimləmə tələblərinə uyğun olmağı və risklərin idarə edilməsini tələb edən tənzimləyici qurumların təzyiqi şəraitində iş proseslərində çevikliyin təmin edilməsidir; bank əməliyyatlarının təhlükəsizliyini pozmadan son istifadəçiyə xidmət təqdimetmə zəncirindəki uyğunsuzluqları aradan qaldırmaq və ənənəvi bankın fərdiləşdirilmiş və müştəri tələbatına uyğun xidmət göstərməyə yönəlmiş rəqəmsal banka keçidini təmin etmək üçün köhnəlmiş sistemlərin dəyişdirilməsi və bulud texnologiyalarına transformasiyasıdır”.
Jovanoviçin sözlərinə əsasən, texnologiya bu gün maliyyə xidmətlərinin ayrılmaz bir hissəsidir, lakin  dələduzluq hallarının və kiber cinayətlərin artması istehlakçıların onlara daha böyük imkanlar yaradan müasir yüksək texnologiyalı məsafədən göstərilən bank xidmətlərinə olan etibarını azaldır.
“Maliyyə qurumlarının sanksiyalara məruz qalan və ya terrorizmi maliyyələşdirən şəxslərin maliyyə cinayətlərinə və pul vəsaitlərinin hərəkətinə vaxtında reaksiya verməsi vacibdir, bu məqsədlə mövcud olan bütün etibarlı müasir texnologiyalardan və məlumat mənbələrindən fəal şəkildə istifadə edilməlidir, əks halda nəticədə maliyyə təşkilatları fəlakətlə üzləşə bilərlər”, - deyə U. Jovanoviç qeyd edib.
Ekspert onu da bildirib ki, rəqəmsal transformasiya ənənəvi olaraq biznes və risk idarəetməsində ciddi şəkildə normativ tələblərə uyğun fəaliyyət göstərən maliyyə qurumlarının iş üsullarını və strategiyasını kökündən dəyişir. Tənzimləmə, müştərilər ilə münasibətlərin yeni formada qurulması prosesində vacib rol oynayır, burada müştəri haqda açıq mənbələrdə olan bütün məlumatlar onun imkanlarını və tələblərini proqnozlaşdırmaq məqsədi ilə təhlil və süni intellekt texnologiyaları vasitəsi ilə emal edilir və nəticədə müştəri xidməti keyfiyyəti artırılır, maliyyə təşkilatının riskləri isə azalır.
Böyük hesablama gücünə malik olan və ən yüksək kiber təhlükəsizlik səviyyəsini təmin edən bulud infrastrukturu xüsusi əhəmiyyət kəsb edir. “Microsoft” kiber təhlükəsizlik tədbirlərinə ildə 1 milyard dollar vəsait yönəldilir və bu məbləğin böyük bir hissəsi “Azure” platformasının ən etibarlı bulud platformasına çevrilməsinə xərclənir. Bu gün “Azure”, bank müştərilərinin biznes aktivlərini qorumaq üçün, məlumatları  aktiv şəkildə izləyən kiber təhlükəsizlik mütəxəssisləri tərəfindən təmin edilən fiziki məlumat emalı mərkəzlərinin, infrastrukturun və əməliyyatların çox mərhələli təhlükəsizliyidir.
“Microsoft”, sifarişçilərin rəqəmsal transformasıyasını aktiv şəkildə dəstəkləyir, müxtəlif biznes həllərinin qurulmasından, tətbiqindən və biznes proseslərin transformasiyasından başlayaraq işçilərə onların istifadəsini öyrətməyədək. “Microsoft”un IT mütəxəssisləri tərəfindən on illərdir ki, süni intellektin inkişafı üzərində işlər aparılır və artıq maliyyə qurumunun işini rəqəmsal mühitdə səmərəli şəkildə qurmağa və rəqabət qabiliyyətini artırmağa imkan verən güclü yoxlama və innovativ işləmələr hazırlanıb.
“Microsoft” şirkətinin eyni zamanda maliyyə sənayesi üçün kadr hazırlığı platforması var – bu ödənişsiz  “Microsoft” “AI Business School” Süni İntellekt üzrə biznes məktəbidir, hansı ki, onlayn olaraq https://www.microsoft.com/en-us/ai/ai- business-school saytında fəaliyyət göstərir. Bu, Süni İntellektin köməyi ilə biznesin idarəetməsinin ən vacib məqamlarını nəzərə alan və  biznes liderlərin təkmilləşdirilməsi üçün yaradılmış unikal bir proqramdır.
Şirkət haqqında:
“Microsoft” (Nasdaq “MSFT” @ microsoft) “ağıllı bulud” və “ağıllı texnologiyalar” dövründə rəqəmsal transformasiya üçün şərait yaradır. Şirkətin missiyası - planetdəki hər bir insana və təşkilata daha yüksək nəticələr nail olmağa imkan verməkdir. 

Tarix: 2-05-2021, 12:16


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930