18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
"Zamanı dəyişdirənlər"


Azərbaycan dili və ədəbiyyatı müəllimi, gənc yazar Sənan İmanovun "Zamanı dəyişdirənlər" adlı qısa həcmli hekayəsini təqdim edirik:

Soyuq qış gecəsi idi. Damarlarda qanı donduracaq şaxtadan, vahiməli səsi ilə ətrafda qorxu yaradan küləkdən hər kəs gizlənmişdi. Küçədə yaşayan heyvanlar sığınacaqlarında soyuqla mübarizə aparırdılar. Soyuq qış gecəsində hər tərəf lal və sükut içində idi. Təkcə ensiz, dar küçədə yerləşən bu köhnə 3 mərtəbəli binadan başqa. Özündə 9 mənzili, 9 ailəni, 9 sevinci birləşdirən bu bina yenə də sakinlərin isti söhbətlərinə şahidlik edirdi. Bu balaca bina tarix boyu nələrin şahidi olmayıb? Hələ ötən əsrin nişanəsinin üzərində memarının adı və kiçik bir sitat da var. Sakinlərinin şad gününə sevinib, pis günündə onlara öz isti qucağını açıb bu qoca bina. O, bir vaxtlar uşaq zarıltısından bezən, indi  ahıl çağlarında onlarla xəyala dalıb ötən günü xatırlayır. İnsan əlindən yer olmayan bu məhəllə də tənhalıqdan, səsizlikdən küskün şəkildə kənara qısılıb sanki qocalıq tutub. 

Köhnə məhəllənin hələ yeni sakini də var idi. Məhəlləyə yeni köçən cavan oğlan qısa müddətdə binada yaşayanlara elə qaynayıb qarışmışdı ki, sanki illərdir burada yaşayır, illərdir insanları tanıyır. Qoca məhəlləni rayonun digər yerlərindən fərqləndirən cəhətlərini saysaq da bitən deyil. Sakinlərin qışda, yayda və bayramlarda təşkil etdiyi müxtəlif məclislər bu ailələri bir-birinə o qədər doğmalaşdırmışdı ki, sanki biri olmasa məhəllədə boşluq olardı. Təəssüf ki, xoşbəxtliyin ömrü uzun olmur. Köhnə əsrin ipəyi, yeni əsrin əsgisinə çevrilir. Yeniliklə mübarizədə məğlub olur. Bu təkcə binanın məğlubiyyəti yox, xoşbəxt insanların, hər qış gecəsinin şirin söhbətlərinin, yayın samovar çayı içərək nərd oynayan Akif dayıların məğlubiyyəti olur. 

Bu binada artıq  4-5 ailə yaşayırdı. Yayda ağcaqanad, qışda sahibsiz heyvanlardan qorunmaq üçün bu ailələr binada əsl qala divarı qurub müdafiə olunurdular. Sakinlər arasında söhbət gəzirdi ki, qoca bina söküləcək, yeni bina tikiləcək. Sanki söhbətdən xəbərdar kimi yaşlı bina artıq əvvəlki əzəmətini, vüqarını itirirdi. Qocaldığını hiss edir, xəyallara dalır az qalmış ömrünü də xatirələri ilə yaşayırdı. 

Budur hadisənin üzərindən nə az, nə çox düz 1 il keçib. 3 mərtəbəli qoca binanı, 27 mərtəbəli göydələnlər əvəz edib. İnsansızlıqdan əziyyət çəkən məhəlləni yaşayan ölülər doldurub. Havanın soyuqluğunda nəfəsləri ilə bir-birini qızdıran Emil ilə Vüsalı, artıq daşlaşmış ürəklər Enriki və Vüskalar əvəz edib. 


Tarix: 16-11-2023, 18:54


Bölməyə aid digər xəbərlər
26-08-2021, 08:56 950 İllik Malazgird tarixi


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930