18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Mətbuat Şurasında “Xocalının səsi” qəzetinin 30 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

Mətbuat Şurasında “Xocalının səsi” qəzetinin 30 illik yubileyinə həsr olunmuş toplantı keçirilib
Bu gün Azərbaycan Mətbuat Şurasında “Xocalının səsi” qəzetinin 30 illik yubileyi ilə bağlı toplantı keçirilib.
Mətbuat Şurasından verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, mətbuat hər bir xalqın tarixində misilsiz rol oynayan düşüncə mərkəzidir. Onun sözlərinə görə, çətin və mürəkkəb şəraitdə yaranmış “Xocalının səsi” qəzeti yalnız bir rayonun təmsilçisi olmadı, eyni zamanda Xocalı dəhşətinin hayqıran söz tribunasına çevrildi: “30 il ərzində o dəhşət nəşrin səhifələrinə daşındı. Bu günün “Xocalının səsi” qəzeti də 30 il əvvəlki ənənələrinə sadiqdir, öz dəst-xəttini qoruyur”.
Ə.Amaşov çıxışının sonunda “Xocalının səsi” qəzetinin baş redaktoru Qalib Bəyməmmədoğluna Mətbuat Şurası tərəfindən nəşrə ünvanlanmış təbrik plaketini təqdim edib.
Toplantıda çıxış edənlər qəzetin qarşıdakı dövrdəki fəaliyyətinin dövrün tələbləri səviyyəsində daha intensiv və səmərəli qurmasının əhəmiyyətindən söz açıblar.
Sonda “Xocalının səsi” qəzetinin baş redaktoru Qalib Bəyməmmədoğlu toplantı iştirakçılarına təşəkkürlərini çatdırıb.
Mətbuat Şurasında “Xocalının səsi” qəzetinin 30 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

Tarix: 13-07-2021, 21:01


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş