18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Aqil Məmmədovun seçki kampaniyası davam edir


2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən 122 saylı seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Məmmədov Aqil Kamran oğlunun  Gəncə şəhər 600  yerlik qəsəbədə və Gəncə şəhəri Bayan küçəsi 143a ünvanında məskunlaşmış Xankəndindən  olan seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Xocalı  rayon təşkilatının sədri Vahid Əliyev Yeni Azərbaycan Partiyasının digər seçkilərdə olduğu kimi parlament seçkilərində də böyük qələbə qazanacağını əminliklə ifadə edib. Təşkilat sədri bildirib ki, Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə dahi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycan xalqına siyasi mirası olan Yeni Azərbaycan Partiyası bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanıb, şanlı tarix yazıb. Biz azərbaycanlılar bu tarixi hadisəyə şahidlik etdiyimizə görə özümüzü çox xoşbəxt hiss edirik.  
Çıxış edən deputatlığa namizəd Aqil Məmmədov   YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin alternativsiz lider olduğunu diqqətə çatdırıb. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkəmizin bütün sahələr üzrə inkişafa nail olduğu qeyd olunub. Bildirilib ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan bu gün regionda yeni reallıqlar yaradıb. Vurğulanıb ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi ilə əlamətdardır.
Tədbirdə iştirak edən Həsənova Elza, Quliyev Elmidar, Məmmədov Vaqif, Quliyev Rafiq, Rüstəmov Salman, Bəxtiyarova Nəsibə, Salahov Nürəddin çıxışlarında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırdılar.
Onlar  qeyd ediblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır. 



Tarix: 17-08-2024, 11:16


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930