18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Moskva görüşü nə vəd edir? - Zərdüşt Əlizadənin şərhi

"Bu tədbirdən hər hansı bir real nəticə gözləmirəm”. 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyası Şurasının birgə iclasında iştirak üçün parlament rəhbərlərinin Moskvada bir araya gəlməsinə münasibət bildirərkən deyib.


"KTMT-yə üzvü olan dövlətlərin başçıları İrəvanda toplanaraq, hər hansı bir razılığa gələ bilməyibsə, onların ikinci dərəcəli əhəmiyyəti olan parlament sədrləri də yığışıb, heç nə edə bilməyəcəklər. Bu səbəbdən KTMT-yə üzv dövlətlərin parlament rəhbərləri Moskvada bir araya gəlsələr də, heç bir mühüm qərar qəbul edə bilməyəcəklər. Sadəcə, onların əvvəlcədən müəyyənləşən iş cədvəli var və ona əsasən də parlament sədrlərinin görüşü təyin edilib. 

Ölkə rəhbərləri İrəvanda dil tapa bilmədi, spikerlər də hansısa əməli sənəd qəbul etməyəcəklər, sadəcə, yığışıb, dərdləşəcəklər. KTMT PA  Şurasının əlindən başqa heç nə gəlmir. Ona görə də bu tədbirdən hər hansı bir real nəticə gözləmirəm”.

Tarix: 5-12-2022, 14:49


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930