20:54 / 19-10-2024
Gəncə Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək Beynəlxalq Kukla Teatrları festivalında çıxış edəcək
17:20 / 03-09-2024
"Yeni Azərbaycan" ideyasının bir parçası - Aqil Məmmədov
21:14 / 28-08-2024
Azərbaycanın tərəqqisi naminə...
14:52 / 23-08-2024
Xankəndi ziyalıları YAP-ın qələbəsinə inanır
16:02 / 18-08-2024
Vətənə və xalqa xidmət nümunəsi
14:55 / 18-08-2024
Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına dəstəyini davam etdirməyə hazırdır
14:47 / 18-08-2024
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
14:13 / 18-08-2024
Deputatlığa namizəd Vüqar İskəndərov Şəkidə sakinlərlə görüşüb
18:02 / 17-08-2024
Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda seçicilərlə növbəti görüşünü keçirdi
17:45 / 17-08-2024
YAP namizədi Azərbaycan xalqını 1 sentyabr parlament seçkilərində fəallığa çağırdı
11:26 / 17-08-2024
"YAP növbəti dəfə möhtəşəm qələbə qazanmaq əzmindədir" - seçki təbliğatı davam edir
11:16 / 17-08-2024
Aqil Məmmədovun seçki kampaniyası davam edir
23:25 / 27-11-2023
Məntiqi oxunun əsas ifadəlilik vasitələri. Dinləyiciyə necə təsir göstərmək olar?
18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
18:34 / 15-11-2023
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ “TÜRKDİLLİ DÖVLƏTLƏRİN BİRLİYİ ZAMANIN TƏLƏBİDİR” adlı beynəlxalq elmi-nəzəri və praktiki konfrans keçirildi
21:23 / 16-07-2023
TÜRKSOY: “Qarabağda Ermənistanın qədim mədəniyyəti yox etməsini dünyaya göstərməliyik”
13:43 / 27-05-2023
Gəncə Dövlət Kukla Teatrı Türkdilli Dövlət teatrlarının 15 – ci “ Min Nəfəs Bir Səs" Beynəlxalq Teatr festivalında ölkəmizi təmsil edəcək
17:48 / 17-12-2022
Zəfər Paradı
17:49 / 11-12-2022
Orta dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
15:09 / 08-12-2022
Armen Qriqoryan: "Ermənistan sülh müqaviləsi layihəsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək"
15:07 / 08-12-2022
Rusiya XİN: “Brüsselin arzusu Rusiyanı regiondan sıxışdırmaqdır”
15:06 / 08-12-2022
Deputat: "BMT qətnamələrini görməzdən gələn dünya ictimaiyyəti epizodik məsələlərə xüsusi həssaslıqla yanaşır"
14:58 / 05-12-2022
Praqa görüşünün nəticələri haqqında
14:49 / 05-12-2022
Moskva görüşü nə vəd edir? - Zərdüşt Əlizadənin şərhi
Niyazi Mehdi: Azərbaycanı pul düzəldəcək
Bölməyə aid digər xəbərlər
“Hakimiyyət də, müxalifət də düşünmə paradiqmalarını dəyişməlidirlər”
2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən II Qarabağ savaşı nəticəsində Azərbaycanın 30 ilə yaxın işğalda qalan ərazilərinin əksər hissəsi azad edildi. Bu dövrdə Azərbaycan daxilində və xaricində müharibənin əleyhinə olanlar da var idi.
Bu baxımdan professor Niyazi Mehdiylə söhbətimizi müharibə və humanizm kontekstində qurduq.
- Niyazi müəllim, bəşərin tarixi boyu yaratdığı fəlsəfi-dini-ədəbi və siyasi dünyagörüşü bir qədər araşdırdıqda müharibə barədə müsbət yanaşmaların az olmadığı görünür. Ədəbiyyatın qapısı sayılan Homerin “İlliadası” savaş romantikasıdır, yaxud Sokrat müharibədə iştirak edib, Platonun “Dövlət” əsərində döyüşçülər ayrıca kasta idi. Bir az pasifizm xristianlıqda yaranır, amma “1 üzünə sillə vursalar, o biri üzünü çevir” söyləyən İsa “qılıncla gələn qılıncdan da öləcək” fikrini də səsləndirib. XVI əsrdə "humanistlərin şahzadəsi" sayılan Rotterdamlı Erazm müharibəni lənətləyən esse yazdı. Ancaq XIX əsdə Hüqo kimi yazıçı Misiri işğal edən Napoleonu “Nil günəşi” adlandırdı. Nəhayət, Haydeger gettolar yaradan nasional-sosializmlərlə bir sırada dayandı. Niyə bunları xatırladım, Azərbaycan daxilində və xaricində 44 gündə savaşın əleyhinə çıxanlar da oldu. Bu əks yanaşmaları filosof bucağından necə qiymətləndirirsiniz?
- O qədər ağıllı yanaşmalar deyildi. Ümumiyyətlə, mənim sevmədiyim bir şeydir ki, dəfələrlə dialoq barədə danışıldı, nəticədə o qədər çeynənildi ki, ifadəni anlamaq olmadı. Bəli, real olaraq problemin həlli ilə bağlı vəziyyət yaransaydı, dəhşətli olardı, çünki onda nə qədər maliyyə vəsaiti qənaət olunacaqdı. Dialoq nə deməkdir, mən sənə nə verəcəm, əvəzində sən nə verəcəksən, sonda elə bir şey tapılacaq ki, bütün tərəflərə sərfəli olsun. Hamıya sərfəli olsun, maksimum sərfəli olmaq deyil, hamıya sərfəli lap böyük ziyandan geri qayıtmaq deməkdir. Bu mənada Azərbaycana xitabən deyəndə ki, problemi sülh yoluyla həll etmək lazımdır, bunlar dişsiz sözlər idi. Qərb də, Rusiya da bu barədə danışırdı, hamısı benefisia idi, ancaq yaxşı ki, Türkiyə demirdi. Mən də sülh yolunu qəbul etməyə məcbur idim, çünki Azərbaycanın hansı vəziyyətə hazır olduğunu bilmirdim. Qəribə vəziyyətdir, hər halda Azərbaycanda bilgili adamlar sırasında sonuncu yerdə deyiləm, amma ordusunun və Prezidentinin bu işləri görə biləcəyi mənim üçün fantastik dərəcədə mümkün görünmürdü. Onun üçün mat qaldım. 2016-cı ilin aprel döyüşlərdində də bilmirdim ki, Azərbaycan ordusu qələbə çalıb, yoxsa necə?! Təbliğat da sübut edə bilmirdi. Ancaq Qərb və Rusiya hər iki tərəfi masa arxasında məcbur oturda bilsəydi, başqa söhbət. Onlar üçün ən uğurlu variant nə idi, ermənilər Qarabağda muxtariyyat alır, buna mədəni muxtariyyat, yaxud başqa ad qoyurlar, istənilən vaxt da Ermənistana getsinlər. Daşın altından bir şey tapanda da bunu qədim erməni abidəsi kimi təqdim etsinlər. Danışıqlarla bunları etmək olardı.
- Qayıdaq 27 sentyabrdan əvvələ, sülh yolu ilə ərazilərin qaytarılması nə dərəcədə real görünürdü?
- Real görünmürdü. 1998-ci ildə bu barədə məqalə yazmışdım, indi də fəxr edirəm, əvvəl “Yeni Müsavat”da, sonra İtaliyada dərc olundu. Məqalə “Anomal avtonomiya” adlanırdı. Hələ o vaxt deyirdim ki, məsələ uzun zamandan sonra həll olunacaq. Mənə pis təsir edirdi, utanırdım, azərbaycanlılar toylarda tost deyəndə ki, gələn il Şuşada keçirək, yerə girirdim bunları eşidəndə. Gözləmirdim ki, 44 günə belə bir möcüzə olacaq, onun üçün məndə bir partlayış oldu. Açıq deyəcəm, dünyagörüşümdə xeyli zəlzələ yarandı. Bilirsiniz ki, Rusiyada vicdanlı ziyalılar əzəldən anti-hakimiyyət olublar. İndi bu anti-hakimiyyət məsələsi bizim də xəmirimizdə vardı. Axı nə vaxt yaxşı hakimiyyəti görmüşük? Onun üçün də birdən-birə İlham Əliyevə valeh olmağım... İndi bunu inkişaf etdirməyəcəm, çünki utanıram və sevmirəm belə şeyləri deməyə. Mən Azərbaycanda müxalifətin lazım olduğunu bilirəm, amma hakimiyyət də, müxalifət də düşünmə paradiqmalarını dəyişməlidirlər. Adətən, necə olur, müxalifət hiddətlənir, vicdanın səsi kimi, bundan çəkinməlidir, düşüncəli dialoqlar olmalıdır. Müharibə bizim hamımız üçün sürpriz oldu. Dostlarım var, filosoflar, politoloqlar, hamısı çaşqındırlar, İlham Əliyev bizim üçün möcüzə göstərdi.
- 10 noyabr sazişi əsasında 30 ildir davam edən müharibənin bitdiyini iddia etmək olarmı?
- Bəli. Düzdür, ermənilərdə revanşist qüvvələr var, amma vəziyyət fərqlidir, bundan sonra gərək onlar Azərbaycana hücum etməlidirlər, yəni bir dövlətdən o birinə hücum olmalıdır. Bunun arxasında dayanmaq olarmı? 27 sentyabra qədər fərqli mənzərəydi, deyirdilər ki, Dağlıq Qarabağ erməniləri vuruşur, onlara aidiyyatı yoxdur. İndi Dağlıq Qarabağ da yoxdur, həmin spekulyasiyanı etmək mümkün deyil. Bu mənada revanşizm mümkünsüzdür, məncə, müharibə bitdi, əgər dünyada möcüzəvi dəyişikliklər olmasa. Eyni zamanda, 44 gün başqa bir şeyi göstərdi, siyasətdə səhv etmək yeriyəndə büdrəmək kimi bir şey deyil. Hər dövlətin kəşfiyyatı, xüsusi xidmət orqanları var, bu baxımdan siyasətdə səhv etmək əvvəlcədən kombinasiyanı düzgün qurmamaq məsələsidir. Normal ermənilər düşünüməliydilər: Azərbaycan əhalisinin sayı, coğrafiyası, ərazisinin böyüklüyü, neft amili və xalqın xüsusiyyətləri, eyni zamanda, özlərinin əhali sayı, ərazi, iqtisadi, təbii sərvət amili, xalqın xüsusiyyətləri paralel şəkildə götürülməliydi. Yəni bütün sadaladıqlarımı götürüb nə vaxtsa bu məsələ 44 gündə olduğu kimi bitəcək. Hələ İsveçdə konfransların birində Ermənistan parlamentinin deputatı Arutunyana demişdim ki, ağlınız olsaydı, Azərbaycanda qalardınız, onsuz da ciddi postlardaydınız, xarici əlaqələrdən istifadə edib yerinizi daha da artıraydınız. Hətta bu getişatla Azərbaycanda prezident seçkilərinə də təsir göstərə bilərdiniz. Ancaq yəhudilər bu variantı götürmədi, nəticədə hər yerdə qalıblar. Arutunyanın bu söhbətdən sonra sifəti dəyişdi. Elə müharibə bitəndən sonra özlərinin müxalifət liderlərindən biri dedi ki, ağılları olmadı, azərbaycanlıları əsəbləşdirmək lazım deyildi. Əlbəttə, müstəqil Azərbaycan sovet Azərbaycanın fərqli olacaqdı, ermənilərin burda at çapması çətin olardı. Amma Sinqapurda, İndoneziyada çinlilər iş quran kimi ermənilər də bunu edib yaxşı dolanışıq əldə edərdilər. Cənubi Qafqazda ərazisi kiçik, əhalisi az olan ölkə olasan, Türkiyəyə, Gürcüstana və Azərbaycana ərazi iddiaları irəli sürəsən. Buna hansı əsasları var?!
- Qarabağda ermənilər yaşayır, belə olduqda gələcəkdə iki xalqın birgə yaşayışını hansı şərtlər əsasında görürsünüz?
- Dünyada bir-birinə nifrət edən xalqların birgə yaşaması var, elə Avropanı misal çəkmək olar. Elə problemlər var ki, birdəfəlik həll olunur, eləsi də var əbədi həll olunan problemlərdir. Azərbaycanlılarla ermənilərin, yaxud ermənilərlə türklərin problemləri əbədi həll olunan problemlərdir. Yəni hər üç tərəf problemi həll etmək istəyirsə, çalışmalıdır. Ancaq bizdə marksizmin təsiri altında “yaxşı xalq, pis xalq yoxdur” məsələsi vardı, əslində, o cür deyil. Xalqların içində alçaqlıq, yaramazlıq və yaxşılıq potensialı da var. Elə ona görə də Hantinqon deyirdi ki, indiki konfliktlərin əsasında sivilizasiya, mədəniyyət dayanır. Mən də Tiflisdə ermənilərin iştirak etdiyi konfransda demişdim ki, millətin düşmənçilik potensialı da, dostluq potensialı da var. İndi baxır, hansını şişirdirsən. Məlum olur ki, ermənilərin daxilində türklərə qarşı düşmənçilik potensialını o qədər şişirdiblər ki, onlar bizim üçün axmaq bir millət olub.
- Kim şişirdib?
- Elə özlərinin aktivistləri, ağllı adamları və bu adamların nifrətə bu qədər köklənmələrini görəndə, ağıllı olmadıqları məlum olur. Fəlsəfəni götürdükdə, intektualları terminlərlə danışmağı çox sevirlər, amma bu, daha çox termin oyunbazlığı idi, nəinki dərin ağıl. Siyasilərini dinləyəndə, adamın əti tökülür.
- İki xalqın münasibətlərinin inkişafında xarici amilin, konkret olaraq, Rusiya və Qərbin təsirinin müsbət, yoxsa mənfi yükü daha çoxdur?
- İkisinin də müsbət tərəfi azdır. Çünki Rusiya və Qərb də erməniləri ərköyünləşdirib. Yazıq gürcüləri bu qədər ərköyünləşdirməyiblər. Mən bilmirəm ermənilərin hansı xidmətləri olub ki, bu qədər ərkönüyləşdiriblər. Türkiyədə yaşayan yunanları və ermənilər götürək, nəyə görə yunan sözləri türk və ərəb dilində var, erməni sözləri yoxdur? Əgər yoxdursa, deməli, mədəniyyət baxımından təsirləri olmayıb. Ona görə başqa xalqlardan götürüb özününkü olduqlarını deyirlər və süni qəhrəmanlar yaradırlar. Rusiya və Qərb də həvəsli deyil onlara müsbət mənada təsir göstərməyə. Yox, Azərbaycan güclü olmaqda davam etsə, onda onlar ermənilərə başa salacaqlar ki, ərköyünlük bitdi.
- Müharibə zamanı Azərbaycan cəmiyyətində fərqli atmosfer var idi, müxalifət-iqtidar qütbləşməsi də aradan qalxmışdı. Ancaq savaş bitəndən sonra təbii halımıza qayıtdıq, yenidən korrupsiya, rüşvət, qarşılıqlı antipatiya start götürdü. Əgər təbii halımızda qalacağıqsa, nə dəyiçəcək?
- İndi artıq optimist olmaq lazımdır. Biz mənəvi cəhətdən çox pis vəziyyətdəydik, müharibədən sonra mənim nə qədər dostlarım Azərbaycan hakimiyyətinin tərəfdarı oldu, konkret İlham Əliyevin. Onlar üçün Əliyev mənfilərdən çıxıb, müsbət adam oldu. Hətta mən gürcülərə Saakaşviliyə görə paxıllıq edirdim, indi əksinə düşünürəm, gürcülər bizə paxıllıq etməlidirlər ki, bizim İlham Əliyev var. Ölkədə rüşvəti yığışdırmaq nisbətən asan məsələdir, nəinki Ermənistanla müharibədə qalib gəlmək. O mənada İlham Əliyev böyük işlər gördü. Bəli, indi rüşvət var, amma 90-cı illərə baxanda xeyli azalıb və Azərbaycan dəyişib.
- Ancaq iqtisadçılar fərqli düşünürlər, deyirlər ki, neft gəlirləri korrupsiyanın tüğyan etməsilə nəticələndi?
- Gəlin, o incəliklərə getməyək, bizlik deyil. Demək istəyirəm ki, o cür pis vəziyyətdə qalib gəldiksə, deməli, pessimist olmaq lazım deyil. Əvvəl-axır yaxşı olacaq. 90-cı illərdə “Azərbaycanı pul düzəldəcək” adlı yazı yazmışdım, korrupsiyanın pulları yox ha. Doğrudan da məlum oldu ki, bizi həm də pul düzəltdi. İndi çoxlu pullar olanda, düzələcək. Amerikanın tarixinə baxın, “bandit”lər ölkəsi idi, sonra pul qazanmaqdan ötəri hakimləri qanunların aliliyinə riayət etməyə məcburi vəziyyətə saldılar. Beləliklə, qanunun aliliyini əsas götürən hakimiyyət yarandı, Amerikanı pul düzəltdi.
- Güman ki, 44 günlük müharibə zamanı Rusiya intellektuallarını izləyirdiniz, Azərbaycana antipatiya açıq görünürdü. Səbəb nə idi, Azərbaycan ziyalılarının onlarla az təmasda olması, yoxsa...?
- Bu sual məndə şok yaşadır. Çünki 2-3 rus ziyalısı vardı ki, onlara ağıllarına və müxalif mövqelərinə görə rəğbətim vardı. Amma onların çıxışlarını görəndə, gözümdən düşdü, artıq çıxışlarına baxmıram. Söhbət “Exo Moskvı” radiosunda Latınina və Şendoroviçdən gedir. Əslində, auditoriyalarını itirməmək üçün azərbaycanlılara qarşı bu qədər ədalətsizlik etməməliydi, axmaqlıq idi. Halbuki, vicdanlı və ağıllı olub ermənilərin də, azərbaycanlıların da xeyrinə danışıb balansı qorumaq olardı. Sadəcə, Rusiya mediasında ermənilər çox olduğundan belə bir mənzərə yarandı, biz vəziyyəti dəyişə bilməzdik. Ən yaxşısı onları dinləməməkdir. Mənbə: Meydan.Tv

Tarix: 16-06-2021, 14:20
Bölməyə aid digər xəbərlər
13-06-2021, 16:06
Dastan yazan ilk türk qadını da azərbaycanlı oldu
23-05-2021, 23:22
Aqil Məmmədov: II Vətən savaşının tarixi qələbəmizlə başa çatmasında “Xocalı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin də böyük zəhməti olub!
19-04-2021, 23:28
Ermənistanda seçkilər: Əsas kartlar Moskva və Bakının əlindədir
10-06-2021, 15:11
Amerikalı jurnalist: “Ağdamda qəbiristanlıqlarda baş verənlərdən xəbər tutanda ruhum fəryad etdi”
8-06-2021, 14:34
İslamdan öncə Türk qadını
12-05-2021, 18:27
Prezident və birinci xanım Şuşada "Xarıbülbül” festivalının açılışında iştirak etdi (VİDEO)
6-06-2021, 16:55
Sürüş Suruş
5-06-2021, 19:07
Azərbaycanın Fransa siyasəti: iflas, yoxsa diplomatik pauza?
3-05-2021, 13:58
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan qazaxlı şəhid Elməddin Nəsibov
10-05-2021, 20:15
Milli Məclis sədrinin müavini: Gəncliyimizin və idmanımızın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
6-06-2021, 16:29
Kimdir müqəssir?
3-05-2021, 20:48
Ermənistan həqiqətən xilas olmaq istəyirsə, Azərbaycanın əməkdaşlıq təşəbbüslərinə qoşulmalıdır - ŞƏRH
2-06-2021, 15:10
Əsl türk qadını - Mahirə Əsədova
4-06-2021, 10:50
Ziyalı kimdir?
25-04-2021, 17:05
44 günlük müharibənin qalibləri
16-06-2021, 13:57
Ərdoğanın Şuşa səfəri dünyaya növbəti mesajdır
2-05-2021, 18:50
Şair Vaqif Aslanın "Ruhlarla söhbət" poeması türk dilinə tərcümə edilərək nəşr edilib
4-05-2021, 13:37
Ürək-damar xəstələri peyvənd oluna bilər?
8-06-2021, 14:46
Toğrul Maşallı: Neftdən asılılıq iqtisadiyyata təhdiddir
15-06-2021, 21:41
Ərdoğan: “Şuşa Bəyannaməsi yeni dövrdə Türkiyə-Azərbaycan münasibətləri üçün yol xəritəsini müəyyənləşdirir”
2-06-2021, 18:23
Deputat: "Azərbaycan pandemiya ilə mübarizədə ən fəal iştirak edən ölkələrdən biridir"
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |