18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
"Yeni Azərbaycan" ideyasının bir parçası - Aqil Məmmədov


1 sentyabr 2024-cü ildə Milli Məclisə seçkilər keçirildi. Bu seçkilər bir çox cəhətlərinə görə digərlərindən fərqlənirdi.  Seçkilərə "Yeni dövrə, yeni Azərbaycanla" şüarı ilə qatılan Yeni Azərbaycan Partiyası ilk dəfə 122-ci dairədən öz namizədini irəli sürmüşdü. Deputatlığa namizəd Aqil Məmmədova YAP tərəfindən göstərilən etimadı müxtəlif cəhətlərinə görə xarakterizə etmək olar. Ən başlıcası isə Aqil Məmmədova doğma olan bu torpaqdan, ərazidən namizəd olması həqiqi vətənpərvər şəxs üçün həqiqətən gözlənilməz və sevindirici olmuşdu.  Çünki Aqil Məmmədov Xocalının Kosalarında doğulub, böyüyüb. Xankəndi torpağı da ona doğmadır. Buranın əhalisi üçün hər zaman can yandırıb. Bacardığı qədər problemlərini həll edib. II Qarabağ münaqişəsində isə dövlət və millət üçün etdiyi fədakarlıqları göz ardı etmək vicdansızlıq olar. 

2020-ci il 27 sentyabrda erməni və rus hərbi birləşmələrinə qarşı Azərbaycan ordusunun əks hücumu nəticəsində artıq  44 günlük Vətən müharibəsi başladı. Müharibə başlayan zaman Aqil Məmmədovun rəhbərlik etdiyi  “Xocalı rayon Məkəzi Xəstəxanası” publik hüquqi şəxsi müharibənin içində olub. Xəstəxananın zirzəmisi insanların saxlanılması üçün sığınacaq vəziyyətinə salınmış. Müharibə başlandığı gündən 44 günlük döyüşlər gedən vaxtlarda  xəstəxananın zirzəmisində, xəstəxananın bütün kollektivi ilə birlikdə kənardan gələn iki hərbi həkim, o cümlədən,  Goranboy rayon xəstəxanasının həkimləri, tibb bacıları, cərrahları, həmçinin Yevlaxdan, Ucardan ezam olunmuş təcili tibbi yardım maşınları hər biri Aqil bəyin rəhbərliyi altında 44 günlük müharibə dövründə  böyük,  gərgin zəhmət çəkərək düşmənə qarşı amansız mübarizənin aparılmasında və zəfərin qazanılmasında çox böyük rol oynayıb. Kollektivin əziyyəti və peşəkarlığı sayəsində xəstəxanaya gətirilən 650 dən çox yaralı arasında demək olar ki, ölüm halı olmayıb.  Bütün bunları vətəndaşlıq borcu olaraq dəyərləndirən Aqil Məmmədov qeyd edir: "Neçə illərdir gözlədiyimiz gün gəlib çatmışdı. Ali Baş Komandanımızın bir əmri ilə müzəffər ordumuz savaş meydanına atıldı və qələbəni qazandıq. Bu qələbənin qazanılmasında başda Ali Baş Komandanımız və Birinci Vitse Prezidentimiz olmaqla bütün ordumuza, xalqımıza öz təşəkkürümü bildirirəm.  Biz də xəstəxanamızın kollektivi olaraq çox xoşbəxtik ki, möhtəşəm qələbənin qazanılmasında bizim az da olsa payımız, köməyimiz oldu."

Parlament seçkiləri öncəsi təbliğat - təşviqat işlərində Aqil Məmmədov Xankəndi əhalisindən çox böyük dəstək alırdı. Bu onu daha çox ruhlandırırdı. Demokratik və şəffaf keçən seçkilərdə Aqil Məmmədov bu mübarizədə II yeri tutdu. Deputat olmağa ən layiqli namizədin II yer tutması bir çox Xankəndi seçicilərini, eləcə də, seçkini müşahidə edən media nümayəndələrini olduqca təəssüfləndirdi. Aqil Məmmədov Xocalı rayon Mərkəzi Xəstəxana publik hüquqi şəxsin direktoru olaraq fəaliyyət göstərir.

Gələcək işlərində Aqil Məmmədova uğurlar arzu edirik. Milli Məclisdə xalqın səsi olmasanız da, Siz "Yeni Dövrə Yeni Azərbaycanla" şüarının və yeni Azərbaycan ideyasının bir hissəsi olaraq çalışdığınız sahədə hər zaman xalqın yanında olacağınıza və dəstək verəcəyinizə inanırıq.


AztürkmanTv


Tarix: 3-09-2024, 17:20


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930