18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Erməni ekspert: "Diplomatiyamız və xarici siyasətimiz iflasa uğrayıb"


“Ermənistanın xarici siyasəti və diplomatiyası tamamilə iflasa uğrayıb”.
AzturkmanTv “Report”a istinadən xəbər verir ki, bunu beynəlxalq məsələlər üzrə eməni ekspert Suren Sarkisyan feysbuk səhifəsində yazıb.
O, son üç ildə Emənistan hökumətinin yürütdüyü diplomatik münasibətlər və xarici siyasət kursunu tənqid edərək bildirib: “Ermənistan-Rusiya əlaqələri strateji müttəfiqlərin münasibətlərinə qətiyyən uyğun gəlmir. Ermənistan-Amerika münasibətləri daha aşağı səviyyədədir. Birləşmiş Ştatlarla münasibətlərin gündəliyində olan yeganə məsələ ABŞ-ın yardımlarıdır. İkitərəfli münasibətlər üçün standart sayılan Ermənistan-Çin münasibətləri son üç ildə qeyri-adekvat hala gəlib. Avropa İttifaqı ilə əməkdaşlıq və əlaqələr istiqamətində ciddi addımlar atılmır. Uyğun gündəlik formalaşdırılmır. Bu qurumla münasibətlərin gündəliyi yalnız İttifaqın maliyyə dəstəyi və yardımından ibarətdir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, BMT, NATO və başqa beynəlxalq təşkilatlarla ciddi əməkdaşlıq yoxdur”.

Tarix: 18-06-2021, 12:28


Bölməyə aid digər xəbərlər


«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30