20:54 / 19-10-2024
Gəncə Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək Beynəlxalq Kukla Teatrları festivalında çıxış edəcək
17:20 / 03-09-2024
"Yeni Azərbaycan" ideyasının bir parçası - Aqil Məmmədov
21:14 / 28-08-2024
Azərbaycanın tərəqqisi naminə...
14:52 / 23-08-2024
Xankəndi ziyalıları YAP-ın qələbəsinə inanır
16:02 / 18-08-2024
Vətənə və xalqa xidmət nümunəsi
14:55 / 18-08-2024
Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına dəstəyini davam etdirməyə hazırdır
14:47 / 18-08-2024
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
14:13 / 18-08-2024
Deputatlığa namizəd Vüqar İskəndərov Şəkidə sakinlərlə görüşüb
18:02 / 17-08-2024
Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda seçicilərlə növbəti görüşünü keçirdi
17:45 / 17-08-2024
YAP namizədi Azərbaycan xalqını 1 sentyabr parlament seçkilərində fəallığa çağırdı
11:26 / 17-08-2024
"YAP növbəti dəfə möhtəşəm qələbə qazanmaq əzmindədir" - seçki təbliğatı davam edir
11:16 / 17-08-2024
Aqil Məmmədovun seçki kampaniyası davam edir
23:25 / 27-11-2023
Məntiqi oxunun əsas ifadəlilik vasitələri. Dinləyiciyə necə təsir göstərmək olar?
18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
18:34 / 15-11-2023
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ “TÜRKDİLLİ DÖVLƏTLƏRİN BİRLİYİ ZAMANIN TƏLƏBİDİR” adlı beynəlxalq elmi-nəzəri və praktiki konfrans keçirildi
21:23 / 16-07-2023
TÜRKSOY: “Qarabağda Ermənistanın qədim mədəniyyəti yox etməsini dünyaya göstərməliyik”
13:43 / 27-05-2023
Gəncə Dövlət Kukla Teatrı Türkdilli Dövlət teatrlarının 15 – ci “ Min Nəfəs Bir Səs" Beynəlxalq Teatr festivalında ölkəmizi təmsil edəcək
17:48 / 17-12-2022
Zəfər Paradı
17:49 / 11-12-2022
Orta dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
15:09 / 08-12-2022
Armen Qriqoryan: "Ermənistan sülh müqaviləsi layihəsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək"
15:07 / 08-12-2022
Rusiya XİN: “Brüsselin arzusu Rusiyanı regiondan sıxışdırmaqdır”
15:06 / 08-12-2022
Deputat: "BMT qətnamələrini görməzdən gələn dünya ictimaiyyəti epizodik məsələlərə xüsusi həssaslıqla yanaşır"
14:58 / 05-12-2022
Praqa görüşünün nəticələri haqqında
14:49 / 05-12-2022
Moskva görüşü nə vəd edir? - Zərdüşt Əlizadənin şərhi
Bakı küçələrində oğurlanan milyonlar, qanunsuz sərnişindaşımaları, ölüm qəzaları
Bölməyə aid digər xəbərlər
Bakıda qanunsuz avtovağzallar fəaliyyət göstərir. Təsəvvür edirsinizmi, dünyanın ən gözəl şəhərlərindən olan Bakıda belə çirkin işlər görülür.
Bu qanunsuzluq dünyanın gözünü oxşayan baş şəhərimizi də hərtərəfli çirkləndirir. Bunu qəbul etməyənlərin menyusuna: "Lökbatan” dairəsinə, "20 Yanvar” dairəsinə, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığına, "Neftçilər” metrostansiyasının ətrafına gedin, görəcəksiniz. Görəcəksiniz ki, həmin ərazilərdə qışqırtıdan qulaq, zir-zibildən göz, üfunətdən burun tutulur. Bakını görməyə gələn əcnəbi turist bu mənzərəni görüb düşünmədən geri dönəcək.
Bəs, kimlərdir qanunsuzluğa rəvac verənlər, özbaşnalıqları dəstəkləyənlər?... Hə, müvafiq qurumlar deyə bilərlər ki, məsələdən xəbərsizdirlər. Amma bu gün Bakıda bir stəkan günəbaxan tumunu kim icazəsiz sata bilər? Dövr də Hacıbala Abutalıbov dövrü deyil!
Məsələ burasındadır ki, toxunduğumuz məsələ tək qanunsuzluqlarla müşahidə olunmur. Qanusuz avtovağzallar yalnız vergidənyayınma, gigyena və epidemioloji qaydalara tərs mütənasibliyi ilə ortada deyil. Burada ən həyəcanlı və qorxulu məqam insan itkisi ilə bağlıdır. Məsələni çox şişitdiyimizi zənn etməyin, real mənzərə bundan da ağırdır.
Qanunsuz daşımalar, ölüm qəzaları...
İllərdir davam edən qanlı problemlə bağlı Modern.az-a danışan nəqliyyat üzrə ekspert, jurnalist Elməddin Muradlı bu sahədə narahatlıqların bitib-tükənmədiyini deyir:
"Bunlardan biri də sərnişindaşımanın qanuni həllini tapmamasıdır. Burada həm sərnişindaşıma ilə məşğul olan qurumların, cavbdeh şəxslərin, həm də vətəndaşların günahı var. Qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxslər daha "çox çalışıb”, daha "çox qazanmaq” istəyirlər. Buna görə də tez-tez reysə çıxırlar. Sərnişinlər isə mənzil başına daha tez çatmaq üçün belə daşımalara müraciət edirlər.
Baxırlar ki, rayonlara gedən mikroavtobus daha tez dolur və daha tez yola düşür, avtovağzaldan bilet alıb normal olaraq səyahət etmək əvəzinə, o cür sürücülərin xidmətindən istifadəyə üstünlük verirlər.
İnsanların yanaşması ilə götürsək, bunun guya onlara vaxt itirməmək baxımından xeyri var. Amma bunun ağır fəsadlarını dəfələrlə görmüşük. Rayonlararası sərnişin daşıyan və qəzaya düşən mikroavtobusların böyük əksəriyyəti qanunsuz sərnişindaşıma ilə məşğul olanların idarəetməsində olur. Hadisələrin səbəbləri araşdırılarkən, dəfələrlə öz təsdiqini tapıb ki, həmin sürücülər avtovağzaldan kənar hərəkət edirlər və onların nə özü, nə də avtomabili müayinədən keçir.
Beləliklə, həm nəzarətsiz, təhlükəli bir sistem, həm də dövlətin vergisindən yayınma halları baş verir. O sürücülər vergi ödəmir, qazancları özlərinə qalır. Başqa məsələ ki, "qazanc” sürücülərə çatmır. Amma bilet alıb avtovağzaldan yola çıxanda, dövlətin qoymuş olduğu qayda-qanun bərqarar olur. Eyni zamanda, dövlət büdcəsin vergi daxil olur. İşin səmərəli tərəfi budur.
Bu gün avtovağzaldan kənar daha çox avtobus hərəkət edir, nəninki avtovağzal daxilində. Hazırda avtovağzalların ətrafı əsl bazarı xatırladır. Buna görə aidiyyatı qurumlar vaxtında hərəkətə keçib tədbir görməlidirlər. Niyə hansısa faciə baş verəndən sonra biz narahat olmalıyıq ki, bu avtobuslar necə, haradan yola çıxır?”.
Resydən kənar bütün daşımalar ləğv edilməlidir...
E.Muradlı qeyd edir ki, məsələ ilə bağlı aidiyyatı qurumların birgə fəaliyyət planı hazırlanmalıdır:
"Konkret olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidmti və yol polisi bu istiqamətdə birgə tədbirlər planı hazırlamalı, avtovağzaldan kənar heç bir sərnişindaşıma fəaliyyətinə imkan verilməməlidir. Təbii ki, Dövlət Avtomobil Nəqliyyatı Xidməti mülki təşkilatdır. Onların əməkdaşlarının polis kimi güc tətbiq etmək, saxlamaq, avtomobili cərimə meydançasına aparmaq kimi səlahiyyətləri yoxdur. Amma polis dövlətin adından çıxış edir, çünki çiyinlərində dövlət atributlarını daşıyır, onların səlahiyyətləri daha genişdir.
Ona görə də Dövlət Avtomobil Nəqliyyatı Xidmti bu sahədəki qanunsuzluqları aşkarlayıb, yol polisinə ötürməlidir. Yol polisi də ciddi nəzarət mexanizmi qurmalıdır. Məsələn, götürək Bakı Beynəlxalq Avtovağzalını. Avtovağzal qalıb bir yanda, qanunsuz daşımalarla məşğul olanlar perrona gəlib "yola düşürük, maşın dolub, son bir yer!” çağırışını edərək, insanları aldadırlar. Bu cür hallar aradan qaldırılmalıdır.
Bu cür sərnişindaşıma fəaliyyəti heç kimə uğur və xeyir gətirmir. Rayonlarda avtovağzallar boş qalıb. Təsəvvür edin ki, dövlət nə qədər vəsait ayırır, avtovağzal tikir, amma ora gedən olmur.
Hesab edirəm ki, bu işdə sərnişinlər dövlətə böyük dəstək ola bilərlər. Artıq pul ödəmədən avtovağzaldan getməyə üstünlük versələr, daha çox vətəndaş mövqeyi sərgiləyərlər.
Birincisi, avtovağzaldan avtovağzala hərəkət zamanı qiymətlər daha ucuzdur. Şəxsi avtomobillərdə qiymətlər daha bahadır. Ona görə də elə sistem qurulmalıdır ki, saat dəqiqliyilə işləsin. Bütün reyslər və səfərlər qanunu şəkildə həyata keçirilsin. İnsanların təhlükəsizliyi təmin edilsin.
Təsəvvür edin, insan axşam evində yeyir-içir yatır, tezdən saat 5-də durub gəlir avtovağzalın ətrafından sərnişin yığıb rayona daşıyır. Rayona çatır, yarım saat, bir saat ərzində yatmadan, normal dincəlmədən geriyə sərnişin daşıyır. Bunlar çox ağır yol qəzaları ilə nəticələnir.
Avtovağzaldan kənar bütün reyslər ləğv edilməlidir. Belə olduğu halda, sərnişinlərin sığortası qanuni qüvvədə olur, sürücülərin tibbi müayinəsi keçirilir, onların istirahət və iş rejimi müəyyənləşir.
Qanunsuz daşıma ilə məşğul olanlar istədiyi vaxt dincəlir, yola çıxır, onlara heç bir nəzarət mexanizmi yoxdur. İki il əvvəl baş verən bir qəza araşdırılarkən bəlli olmuşdu ki, sürücü səhər 5-də Bakıya daxil olub, saat 6-da yenidən sərnişin yığıb rayona gedirmiş.
Qanunsuz sərnişin daşıyanlar pandemiya vaxtı kifayət qədər işlədi. O vaxt avtovağzal işləmirdi, tələbat var idi, işləyirdilər, qazanırdılar. Amma bu gün avtovağzal işləyirsə, dövlətin qoyduğu qayda-qanuna riayət etmək lazımdır. Bu işdə yol polisi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə səmərəli fəaliyyət ortaya qoymalıdır”.
Qanunsuz sərnişindaşımların yeri hamıya bəllidir...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məsələ ilə bağlı saytımıza deyib ki, təmsil etdiyi qurumun nə cəza vermək, nə də onların qarşısını almaq üçün xüsusi tədbirlər həyata keçirmək səlahiyyəti var:
"Bizim üçün də ən ağırılı yerdir, çünki qeyri-qanuni daşımalar olduğu müddətdə qanuni daşımalara sərnişin axını artmır. Yəni qanunsuz daşımalarda sərnişin artdıqca, qanuni daşımalarda sərnişin azalır. İstənilən halda, bütün bunların qarşısının alınması səlahiyyətimizdə olmasa da, tərəfimizdən bununla bağlı aidiyyatı üzrə məlumat verilir.
Qeyri-qanuni daşımaların yerləri də bəllidir. Bunun üçün xüsusi əməliyyat keçirilməsinə də gərək yoxdur. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin önü bütünlüklə qeyri-qanuni daşıma ocağıdır. Buna da cavabdeh qurum hamıya bəllidir”.
Polis nəzarət edə bilmir...
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev Modern.az-a deyib ki, sərt karantin rejimində rayonlararası sərnişindaşımanın qadağan olunduğu dövrdə qanunsuz sərnişindaşımalara nəzarət mümkün idi:
"Biz bununla bağlı reydlər keçirir, nəticələri barədə ictimaiyyətə məlumat verirdik. Amma sərnişindaşımanın bərpa olunduğu bir vaxtda biz hansı avtobusun hansı xəttə çıxdığına, hansı istiqamətdə hərəkət edəcəyinə, qanuni, yaxud qanunsuz olmasına nəzarət edə bilmərik. Bununla müvafiq qurum məşğul olur”.
P.S. Problemin olduğu rəsmi və qeyri-rəsmi şəkildə etiraf olunur. Ancaq problemin həlli yolları hələ dumanlı görünür. Dumanlı yollarda isə avtomobil qəzaları, insan ölümləri qaçılmazdır. Məntiqlə bu işlə məşğul olanlar ya işlərini bacarmırlar ya da bilərəkdən qanunsuzluğa, insan ölümlərinə şərait yaradırlar.

Tarix: 18-06-2021, 10:30
Bölməyə aid digər xəbərlər
10-06-2021, 15:11
Amerikalı jurnalist: “Ağdamda qəbiristanlıqlarda baş verənlərdən xəbər tutanda ruhum fəryad etdi”
13-06-2021, 16:06
Dastan yazan ilk türk qadını da azərbaycanlı oldu
12-05-2021, 18:27
Prezident və birinci xanım Şuşada "Xarıbülbül” festivalının açılışında iştirak etdi (VİDEO)
17-06-2021, 17:10
Həkim: "Səhiyyə Nazirliyi sertifikasiya imtahanlarını ləğv etməlidir"
4-05-2021, 13:37
Ürək-damar xəstələri peyvənd oluna bilər?
19-04-2021, 23:28
Ermənistanda seçkilər: Əsas kartlar Moskva və Bakının əlindədir
22-05-2021, 10:39
Xədicə Mehdizadə-"Həyatın mənsı"
12-06-2021, 11:44
Samir Qədirov-"Müəllim"
23-05-2021, 23:22
Aqil Məmmədov: II Vətən savaşının tarixi qələbəmizlə başa çatmasında “Xocalı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin də böyük zəhməti olub!
8-06-2021, 14:34
İslamdan öncə Türk qadını
11-05-2021, 20:06
“Berqa” markasının dəstəyi ilə Onlayn Qadın Festivalı keçirildi - Foto
24-05-2021, 14:01
Tənbəl olmağın səbəbləri nələrdir? Necə qarşısını almaq olar?
17-06-2021, 17:18
Sağlamlığımızın keşikçilərini tanıyaq!
5-06-2021, 19:07
Azərbaycanın Fransa siyasəti: iflas, yoxsa diplomatik pauza?
17-06-2021, 18:47
Özbək mədəniyyəti
5-06-2021, 11:27
“Araik bu tarixdə həbs edilib Bakıya gətiriləcək” - politoloq
6-06-2021, 16:29
Kimdir müqəssir?
6-06-2021, 16:55
Sürüş Suruş
16-06-2021, 14:20
Niyazi Mehdi: Azərbaycanı pul düzəldəcək
5-06-2021, 19:23
“Övladlarım acından günorta durur, onların haqqını necə yemək olar?”
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |