18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Xədicə Mehdizadə-"Həyatın mənsı"


Həyatın mənası...

Düşünürəm....çox zaman dillərdən düşməyən “ bu həyatın mənası yoxdur” ifadəsi canlanır gözümdə. Necə yəni? Həqiqətdirmi bu? Yox əlbəttə...belə deyim sizə, gəlin səmanın ən dərin qatlarından bizə boylanan günəşə baxaq. Nə görürük? Buna tam cavab mümkün deyil. Çünki kimi günəşin güldüyünü, kimi ağladığını, kimi onun insanlardan nifrət etdiyini deyəcək...
Bəs güllər, çiçəklər necə? Onlar hər ləçəyi bir insan ömrü qədər mənalı və gözəldir. Kimi o ləçəklərdə qəm, kədər kimi isə rəngli və xoşbəxt keçən günlərini görəcək...
Yağış... ona dözməyənlərə xatir daha da şiddətlə yağan özü ilə ildırımıda gətirən, yağış...yox əslində bu belə deyil... bunu sadəcə həyatdan məna axtarmayan insanlar deyir...sən bax ətrafına yağış yağır aram aram elə də gözəl çilənir ki insanın üzünə, saçına... hələ ara bir şiddətlənirdə...olsun, o səni xoşbəxt etdiyinə görə sevincdən ağlayır...hə, hələ yağışdan sonra görünən göy qurşağını, çiskinli və gözəl bərəkətli qoxan torpağı demirəm...dincəldir ruhu, ən dərin ülvi hissləri..hər zərrənə qədər hiss et gözəllikləri...
Həyatın mənası... bəlkə indi aydın olar...nədir həyat?...nədir mənası...
Bax, mənə görə gecə öz gözəlliyi ilə dünyaya gözəllik qatan ayda, gündüz işığı ilə can verən günəşdə, bəzən şiddətlənsə belə o gözəllikləri bizə hiss etdirən yağışda, pambıq kimi görünən buludda var həyatın mənası...ən dərinlikdə, qəlbində, ruhunda var həyatın mənası...sən ona xoş rəftar göstərdikdə parlayar, rənglənər və hətta səni xoşbəxt edər...amma...sən ona qəlbində olan kinlə, nifrətlə və qəzəblə yaxınlaşsan itər, məhv olar, bax onda olmaz həyatın mənası...
Aç gözünü, bax səmaya, səni gözləyir bütün gözəlliklər, bax necə sevinirlər, sən onlardakı mənanı hiss etdikdə olar mənası, anlamı...

            Xədicə Mehdizadə

Hüseynova Zülfiyyə.

Tarix: 22-05-2021, 10:39


Bölməyə aid digər xəbərlər
3-05-2021, 14:40 DEPRESSİYANI TANIYIN.