18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Müxalifətdən Baydenin açıqlamasına münasibət

Əli Kərimli: "Bu çıxış Baydenin proritet elan etdiyi demokratikləşmə prosesinə zərər verəcək"

"ABŞ prezidenti Co Baydenin uydurma erməni genosidini tanıması qərarı bir əsrdən artıq zamanda erməni terrorundan və işğalından zərər çəkmiş Azərbaycan xalqı tərəfindən böyük təəssüf hissilə qarşılanıb".
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ABŞ prezidenti Co Baydenin "erməni soyqırımı" ilə bağlı açıqlamasını "Feysbuk" səhifəsində şərh edərkən belə yazıb. 
O bildirib ki, bu çıxış Baydenin proritet elan etdiyi demokratikləşmə prosesinə zərər verəcək: "Erməni diasporu və lobbisinin nail olduğu bu qərar ABŞ-ın milli maraqlarına da, prezident Baydenin prioritet elan etdiyi dünyada insan hüquqları və demokratikləşmə prosesini dəstəkləmək siyasətinə də zərər verəcək”.
Ə.Kərimli həmçinin qeyd edib ki, bu addım son illərdə xeyli zəifləmiş ABŞ və Türkiyə arasındakı müttəfiqlik münasibətlərinin daha da zəifləməsinə səbəb olacaq: "Xüsusi olaraq vurğulamaq istəyirəm ki, 106 il bundan öncə baş vermiş hadisələri kimin necə qiymətləndirməsinin Azərbaycanın Qarabağ bölgəsində və ətrafında hazırda baş verənlərə heç bir aidiyyatı yoxdur və ola bilməz”.
Arif Hacılı: "Şiddətlə qınayıram"
"ABŞ prezidenti Co Baydenin 1905-ci il hadisələrini "soyqırım” olaraq qiymətləndirən, heç bir tarixi və hüquqi əsası olmayan açıqlaması regionda sülhün və əmin-amanlığın bərpa olunması ilə bağlı ümidlərə vurulan ciddi zərbədir”.
Bunu isə Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. 
"Bu iyrənc yalanın ABŞ prezidenti tərəfindən həqiqət kimi təqdim olunmasına acı təəssüf hissimi bildirir, şiddətlə qınayıram", - A.Hacılı bildirib.
Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi qətliamını "soyqırımı" adlandırıb.
Bayden həmin ifadəni "1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında səsləndirib. O, 1915-ci il hadisələrini "soyqırımı" adlandıran ilk ABŞ prezidentidir.
“Erməni soyqırımı”nı bugünədək Almaniya, Argentina, Avstriya, Belçika, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Çili, Kipr, Çexiya, Ermənistan, Fransa, Yunanıstan, İtaliya, Liviya, Litva, Livan, Lüksemburq, Hollandiya, Paraqvay, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, İsveç, İsveçrə, Suriya, Vatikan, Venesuela, Uruqvay rəsmi şəkildə tanıyıb.
(toplum.tv)

Tarix: 25-04-2021, 18:04


Bölməyə aid digər xəbərlər