18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
AMEA Tarix İnstitutu: Qondarma soyqırımı siyasiləşdirilmiş məsələdir

AMEA Tarix İnstitutu ABŞ prezidenti tərəfindən 1915-ci il hadislərinin "erməni soyqırımı" kimi adlandırılmasını qəti şəkildə qınayıb.
AzturkmanTv xəbər verir ki, bu barədə AMEA Tarix institutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Report-a bildirilib.  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində müharibəsində tarixi qələbə, bu dövrdə Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyi, iki ölkə arasındakı münasibətlərin yeni üfüqləri regionda və dünyada onların rolunu daha da artırıb: “Azərbaycan tərəfindən Ermənistanın kapitulyasiyası isə ermənilərin və ermənipərəst qüvvələrin anti-Azərbaycan və anti-Türkiyə platformasında konsolidasiyasını gücləndirdi. Bu proses qondarma erməni soyqırımı vasitəsilə Türkiyəyə təziyiqin artırılmasına yeni vüsət verdi. ABŞ prezidenti 24 aprel münasibətilə çıxışında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi adlandırdı. Bu aktın heç bir tarixi, hüquqi və siyasi əsası yoxdur, bu siyasiləşdirilmiş bir məsələdir. Belə olmasaydı, ermənilərin Birinci Dünya müharibəsinin gedişi zamanı və ondan sonrakı dövrdə istər Türkiyədə, istərsə də Azərbaycanda törətdikləri sözsüz soyqırımı, xüsusilə 1992-ci ildə Xocalıda törədilmiş soyqırımı birmənalı şəkildə tanınardı. Digər tərəfdən, 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr tarixin predmetidir. Tarixi faktlar da, burada heç bir soyqırımı aktı baş vermədiyini təsdiq edir”.
Bu zamana qədər AMEA Tarix İnstitutunun tarixçiləri türkiyəli həmkarları ilə birlikdə, 1915-ci il hadisələri üzrə həqiqətlərin ortaya çıxarılması və dünya ictimaiyyətinə çatdırlması üzrə ortaq tədqiqatlar aparıb: “Azərbaycan tarixçiləri faktlara əsaslanaraq, 1915-ci ildə Osmanlı dövlətində "erməni soyqırımı" olması haqqındakı bütün iddiaları rədd edir. Bundan sonra da həmin hadisələrə dair həqiqətlərin araşdırılması sahəsində türkiyəli həmkarlarının yanındadır. ABŞ prezidentinin bu bəyanatı tarixi reallığı inkar edə bilməz, əksinə Azərbaycan və Türkiyə tarixçilərinin bu sahədə əməkdaşlığına yeni stimul verərək, qondarma "erməni soyqırımı" haqqında siyasiləşmiş qərarların ləğv olunmasınadək davam edəcək. Məsələnin tarixin prioriteti olması nəzərə alınaraq, AMEA Tarix İnstitutunun Elmi Şurası xüsusi müzakirə keçirəcək və onun nəticələrinə əsasən bəyanatla çıxış edəcək”.

Tarix: 25-04-2021, 16:17


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930