18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı vəzifəsinin icrasına başlayıb. AzturkmanTv xəbər verir ki, bu barədə Türkiyə səfirliyinin "Twitter" səhifəsində bildirilib. Qeyd olunur ki, aprelin 19-da Bakıya gəlmiş C.Bağcı səfirliyin əməkdaşları ilə tanış olub. 
Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. O, üç dönəm – 2007 2011 və 2015-ci illərdə Çorumdan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib.
Orta Şərq Texniki Universitetinin sosiologiya fakültəsini bitirib. Britaniyanın Mançester Universitetində doktorantura təhsili alıb.
Türkiyə-Avropa İttifaqı parlament komitəsinin, NATO PA-nın üzvü olub.
1988-ci ildə Dövlət Planlanma Təşkilatının Sosial Planlaşdırma departametində işə başlayıb. 1993-cü ildə Van Yüzüncü İl Universitetində tədqiqatçı olub. Burada sosiologiya kafedrasında dosent və kafedra müdiri vəzifələrində çalışıb. Mançester Universitetində Türk tələbələri dərnəyini yaradıb. Vanda Cəza və İcra Qurumları, Həbs Evlərini İzləmə Şurasının üzvü və məruzəçisi vəzifəsində çalışıb. Aİ Təhsil və Gənclik Proqramları Mərkəzində koordinator və məsləhətçi olub.
ingilis dilini yüksək səviyyədə, alman və ərəb dillərini orta səviyyədə bilir. Evlidir, 3 övladı var.
3 aprel 2021-ci ildə Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 
AzturkmanTv olaraq Cahit bəyi bu şərəfli yolda uğurlar arzulayırıq. Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mühüm töhvələr verəcəyinə inanırıq. 


Tarix: 21-04-2021, 16:44


Bölməyə aid digər xəbərlər