18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Vətənə və xalqa xidmət nümunəsi

Məmmədov Aqil Kamran oğlu 1973-cü il aprel ayının 10-da  Xocalı rayonunun Kosalar kəndində anadan olub. 1990-ci ildə Kosalar kənd tam orta məktəbini  bitirərək , Azərbaycan Tibb Universitetinin Stomotologiya fakültəsinə  daxil olub. Tələbəlik illəri I Qarabağ Müharibəsinin başlandığı vaxtlara düşdü.  O, könüllü olaraq I Qarabağ müharibəsində iştirak edib. Aqil Məmmədov Xocalı rayon Kosalar kənd əhalisi tərəfindən təşkil edilən özünümüdafiə taborunda fəaliyyət göstərmiş, 1992-ci ilin may ayının 10-na qədər Xankəndi, Ballıca və digər ərazilərdə ermənilərə qarşı döyüşüb. İnamla müqavimət göstərmələrinə  baxmayaraq, qüvvələr nisbətinin qeyri-bərabər olması taborun uğursuzluğuna səbəb olub. Həmin dövrdəki xəyanətlər nəticəsində Şuşa şəhəri işğal edildikdən sonra, artıq Kosalar kəndinin yolu qalmayaraq  əhali,  uşaq , qadın və qızlar düşmən əlinə keçməsin deyə Kosalar camaatı kəndi tərk etmək məcburiyyətində qalıb. 

2020-ci il 27 sentyabrda erməni və rus hərbi birləşmələrinə qarşı Azərbaycan ordusunun əks hücumu nəticəsində artıq  44 günlük Vətən müharibəsi başladı. Müharibə başlayan zaman Aqil Məmmədovun rəhbərlik etdiyi  “Xocalı rayon Məkəzi Xəstəxanası” publik hüquqi şəxsi müharibənin içində olub. Xəstəxananın zirzəmisi insanların saxlanılması üçün sığınacaq vəziyyətinə salınmış. Müharibə başlandığı gündən 44 günlük döyüşlər gedən vaxtlarda  xəstəxananın zirzəmisində, xəstəxananın bütün kollektivi ilə birlikdə kənardan gələn iki hərbi həkim, o cümlədən,  Goranboy rayon xəstəxanasının həkimləri, tibb bacıları, cərrahları, həmçinin Yevlaxdan, Ucardan ezam olunmuş təcili tibbi yardım maşınları hər biri Aqil bəyin rəhbərliyi altında 44 günlük müharibə dövründə  böyük,  gərgin zəhmət çəkərək düşmənə qarşı amansız mübarizənin aparılmasında və zəfərin qazanılmasında çox böyük rol oynayıb. Kollektivin əziyyəti və peşəkarlığı sayəsində xəstəxanaya gətirilən 650 dən çox yaralı arasında demək olar ki, ölüm halı olmayıb.  Bütün bunları vətəndaşlıq borcu olaraq dəyərləndirən Aqil Məmmədov qeyd edir: "Neçə illərdir gözlədiyimiz gün gəlib çatmışdı. Ali Baş Komandanımızın bir əmri ilə müzəffər ordumuz savaş meydanına atıldı və qələbəni qazandıq. Bu qələbənin qazanılmasında başda Ali Baş Komandanımız və Birinci Vitse Prezidentimiz olmaqla bütün ordumuza, xalqımıza öz təşəkkürümü bildirirəm.  Biz də xəstəxanamızın kollektivi olaraq çox xoşbəxtik ki, möhtəşəm qələbənin qazanılmasında bizim az da olsa payımız, köməyimiz oldu."

1 sentyabr 2024-cü il tarixində keçiriləcək Milli Məclisə seçkilərdə iştirak edəcək Aqil Məmmədovun namizədliyi 122 saylı Xankəndi seçki dairəsindən YAP tərəfindən irəli sürülüb. Əsl vətəndaşlıq və rəhbər nümunəsi olan Aqil Məmmədovun xalqın səsi olacağına inanırıq.



Tarix: 18-08-2024, 16:02


Bölməyə aid digər xəbərlər