18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Tibb işçiləri günü ilə əlaqədar tədbir keçirilib



17 iyun - Azərbaycan Tibb İşçilərinin peşə bayramı günü kimi qeyd olunur. 
Hər il olduğu kimi 2020-2021-ci illərdə də ağxalatlıların böyük əksəriyyəti öz sahələrində məhsuldar işləmişlər. Bir tərəfdən xəstəliklərlə mübarizə, bir tərəfdən COVİD-19 pandemiyası ilə mübarizə, digər tərəfdən Ermənistan Silahlı Qüvvələrinə qarşı aparılan antiterror əməliyyatları və II Vətən savaşı. Öz peşə borcunu yerinə yetirərkən şəhid olan və ya dünyasını dəyişən çox sayda tibb işçisi var. Tibb işçilərinin peşə bayramı ərəfəsində   Sabiroghlu.com və medonline.az saytlarının əməkdaşları, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin və Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun üzvləri fədakar tibb işçilərini yad etdilər. 2021-ci ilin aprel ayında Sabiroghlu.com və medonline.az saytlarının Redaksiya Şuralarının yekdil qərarına əsasən “İlin yaxşı həkimi” və “İlin xeyriyyəçi şəfa ocağı” mükafatları təsis edildi. 


İyun ayının 15-də  mükafatların sahiblərinə təqdim edilməsi mərasimi keçirildi. Bakıdakı STN Biznes Mərkəzində keçirilən tədbiri Azərbaycan Tibb Universitetinin dosenti, Respublikanın Əməkdar həkimi, medonline.az və sabiroghlu.com saytlarının Redaksiya Şurasının sədri Taryel Eyvazov açdı. Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi,  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
sabiroghlu.com və medonline.az saytlarının baş redaktoru, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu müasir Azərbaycanın quruculuğunda müstəsna xidmətləri olan Dahi şəxsiyyət Heydər Əliyevdən bəhs etdi. Şamil müəllim tədbirdə iştirak edən şəxsləri 15 iyun-Milli Qurtuluş günü və 17 iyun-Tibb İşçilərinin peşə bayramı günü  münasibəti ilə təbrik etdi. 

 ATU Rektorunun müşaviri, Tibb elmləri doktoru, Prof. Mübariz Allahverdiyev, Bakı Baş Səhiyyə İdarəsinin sabiq rəisi, medonline.az saytının Redaksiya Şurasının üzvü, Əməkdar həkim Elmira Əliyeva, “Xocalı Mərkəzi Xəstəxanası"   Publik şəxsin direktoru, “Tərəqqi” medalının və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının mükafatçısı, Qarabağ qazisi Aqil Məmmədov, Şuşa Mərkəzi Rayon Xəstəxanasının həkim-cərrahı, ehtiyatda olan t/x mayoru, müharibə veteranı Ramiq İdris oğlu Məhərrəmov, Füzuli Mərkəzi rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, Əməkdar həkim Əhəd Məmmədov, “Bravo” Marketlər Şəbəkəsinin əməkdaşı Vüsalə Məmmədzadə,   Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, Qarabağ qazisi Ədalət Məhərrəmov, medonline.az saytının Redaksiya Şurasının üzvü Kifayət Bayramova və başqaları çıxış edərək ağxalatlıları peşə bayramları münasibətilə təbrik etdilər.
Daha sonra mükafatlar sahiblərinə təqdim edildi. “Medika Hospital”ın Sahibkarı Vüqar Tarquliyev, “Şans” Klinikasının rəhbəri Nofəl Qasımov, Bakı şəhər 4 nömrəli Vərəm Əleyhinə Dispansrin həkimi, ehtiyatda olan tibb xidməti baş leytenantı Təbib İbrahimov, Füzuli rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əhəd Məmmədov etimada görə Sabiroghlu.com və medonline.az saytlarının Redaksiya Şuralarının rəhbərlərinə, həmçinin, hər iki saytın rəhbəri Şamil Sabiroğluya öz minnətdarlıqlarını bildirdilər. Sonda çay süfrəsi arxasında söhbət davam etdirildi.

Könül Həsənli,
Günel İbrahimli.
Fotolar: Arzuman Ağayevə məxsusdur.

Tarix: 17-06-2021, 10:34


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş