18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Amerikalı jurnalist: “Ağdamda qəbiristanlıqlarda baş verənlərdən xəbər tutanda ruhum fəryad etdi”


Rachel Brooks “Erməni xalqı öz ailələrini və icmalarını sevməyi, öz düşməni saydığı adamlara nifrət etməkdən daha çox öyrənməlidir”
AzturkmanTv xəbər verir ki, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi könüllü olaraq “Azərbaycanın əcnəbi dostları” layihəsini davam etdirir. Növbəti olaraq ABŞ-ın “Timberwolf Phoenix” şirkətinə məxsus “Republic Underground” (republic-underground.com) analitik saytının redaktoru Rachel Brooksla müsahibəni təqdim edirik. Xatırladaq ki, R.Brooks ABŞ-da anadan olub. Əvvəllər Amerika qəzetləri, o cümlədən “Modern Treatise” və “States Newsroom Media” kimi şirkətlər üçün də məqalələr yazıb. Müxtəlif mənşəli insanlardan ibarət Qafqaz Jurnalistləri Şəbəkəsinin üzvü olan R.Brooks Azərbaycan diasporu ilə də əməkdaşlıq edir.
 - Ermənilərin Dağlıq Qarabağda törətdikləri vandalizmə münasibətiniz necədir?
-Ağdamda qəbiristanlıqlarda baş verənlərdən xəbər tutanda ruhum fəryad etdi! Mən heç vaxt görmədiyim hər hansı ölkə üçün belə üzülməmişdim, amma Ağdamın kədəri məni dərindən sarsıtdı.
Mən, həmçinin Gəncədə, Bərdədə və digər yerlərdə baş vermiş partlayışlardan ibarət çoxlu kadr görmüşəm. Allah hamımıza kömək etsin! Körpələr və kiçik uşaqların yatdığı evlərdə partlayışlar nə yarada bilərdi?! Hər hansı bir siyasət körpələrin kiçik yataqlarına bomba atmaq üçün necə əhəmiyyətli ola bilər?! Bərdədə kiçik qız raket partlayışı nəticəsində ikiyə bölümmüşdü. O, ikinci sinifdə oxuyurmuş. Mən onun məzarı üzərində bayraq və gül çiçəklərini gördüm. Yenə də deyirəm, ruhumun, qəlbimin parçalandığını hiss etdim! Azərbaycanla Ermənistan arasında hansı siyasətin olmasından asılı olmayaraq, kiçik qızın həyatı qiymətlidir. Bu müharibələrin məqsədi onlar üçün ödənilməlidir? Bu bitmədən daha neçə kiçik qız ölməli?
Bundan daha da pis ola bilərdi...onlar (ermənilər-red.) əsrlər boyu, hətta qəbirlərindən də ölü olmuş insanları götürürdülər, bu barədə mənə müxtəlif məlumatlar göndərirdilər. Ermənilər də ölənlərin sümüklərini bu yerdən aparıblar, mənbələrdən biri deyib. Niyə? Onlar sümüklərlə nə edirdilər? Onları başqa bir yerdə dəfn etdilər? İndi onları tapmaq mümkündürmü? Niyə bu siyasətə görə ölü narahat olmalıdır? Bu, sadəcə qəbuledilməzdir. Ölüləri tək buraxın! Bu, çox dəhşətlidir! Əslində, belə dəhşəti, anlamaq çətindir.

Mən hesab edirəm ki, erməni xalqı öz ailələrini və icmalarını sevməyi, öz düşməni saydığı adamlara nifrət etməkdən daha çox öyrənməlidir. Ermənistanın ruhunu bir millət kimi narahat edən hər şey ermənilər tərəfindən düzəldilməlidir. Ermənilər bu problemə təkan verməməli, başqalarına qarşı düşmənçilik hərəkətləri aparmamalı, mənfur siyasəti qızışdırmamalı və ölü insanları qəbirlərdən qazıb çıxarmamlıdrlar! Bu başa çatmalıdır. Bunların sona çatmağının yeganə yolu, ermənilər problemlərini aydın şəkildə müzakirə etməlidirlər. Həmçinin inkişaf etmək və milli travmalarına çevirilmiş açgözlü, amansız siyasətçilərindən xilas olmaq üçün onların cəmiyyətlərinə təsir göstərilməlidir.
- Bu barədə həqiqəti yazmaqda nə dərəcədə maraqlısınız?
- Bu barədə həqiqətləri yazmaqada niyə maraqlı olduğumu sizə bir az geniş izah edim.

Kiçik bir qız olduğum zaman, “Əl-Qaidə” Nyu-Yorkda Dünya Ticarət Mərkəzinə hücüm etdi. Gənc yaşlarımdan bəri, bu milli travma üzündən Amerikada əksər müsəlman ölkələrin bizimlə dost ola bilməyəcəyinə və onlara qarşı ehtiyatlı olmağımıza inam var idi. Mən də yəhudi mədəni mənşəli bir xristian oldum və həmişə bu uzaq yerlərdən gələn müsəlmanların mənə zərər vermək istəmədiyini söylədim. Bu ritorika məktəbdə də tətbiq olunurdu, çünki oxuduğum bəzi uşaq kitabxanalarında 1915-ci ilin erməni qırğınları haqqında hekayələri əks etdirən kitablar var idi. Bu hekayələrdə bir çox digər etnik xalqların da Birinci Dünya müharibəsi və digər səbəblərdən ötəri həmin dövrdə öldürüldüyü heç vaxt qeyd edilməmişdir. Onlar bizə yalnız ermənilərin xristian olduğunu və amerikalıların müttəfiqi olduqlarını söylədilər. Ancaq müsəlman türk xalqının Ermənistanın düşməni olduqları kimi mahiyyətcə bizim düşmənimiz olduqlarını söylədilər. Uşaq ikən düşündüm ki, bunlar yalnız Türkiyə ölkəsini nəzərdə tutur, bütün türk etnik ve mədəni köklü insanları deyil.

Etiraf etməliyəm ki, Azərbaycanın bir ölkə olduğunu bilməmişdən əvvəl mən artıq yetkin bir qadın idim! Mən bu yeri heç vaxt, hətta coğrafiya dərsində də eşitməmişəm və çox təəccübləndim ki, o, tanış olduğum ölkələrlə - Türkiyə, Ermənistan və İranla qonşuluqdadır. Sonra, mən bir jurnalist kimi bu barədə daha çox öyrənməyə başladım və mənim sizin ölkə haqqında fikrim tamamilə dəyişdi. Mən yalnız Birinci Dünya müharibəsi dövründə baş verən hadisələrin erməni versiyasını eşitmişdim və Qarabağ münaqişəsi ilə bağlı o vaxt heç nə bilmirdim, çünki mən birinci Qarabağ müharibəsinin bitdiyi il anadan olmuşam, ona görə də xəbərləri izləməmişəm. Mən, Tarix dərsində Azərbaycanla bağlı heç bir söz oxumamışam, bu da Xəzər dənizi və Qafqaz tarixini öyrənmək üçün təəccübləndiyim bir şeydir

Ona görə də mən Azərbaycana obyektiv yanaşmışam. Ona görə ki, bu barədə məlumat verənə qədər, ümumiyyətlə, heç nə bilmirdim. Əvvəllər Azərbaycan haqqında mənim heç bir fikrim ola bilməzdi.

Azərbaycan haqqında məlumat alanda, həqiqət məni həmişə olduğu kimi tapdı. Həqiqəti gizlətmək, saxlamaq və ya məhv etmək olmaz. İnsanlar həqiqəti görməlidir. Burada nələr baş verdi? Qərb dünyası həqiqətə məhəl qoymurdu və hər hansı bir şəkildə Azərbaycan mənim təhsilimdən tamamilə çıxarıldı.

Kontekstdə desək, özəl məktəbdə oxumuşam və ədəbiyyat oxumaqla zənginləşdirən bir çox dərsdə iştirak etmişəm, buna görə alternativ təhsilimlə Qərb dünyası olmadığı təqdirdə ən azı bir dəfə Azərbaycanla qarşılaşmalı idim. Tamamilə təsadüfi olaraq mən özüm üçün əsasən türk müsəlmanlarının yaşadığı bu gözəl ölkəni kəşf etdim, həm də xristianların, yəhudilərin və başqalarının çox arzuladığı bir dinc yerdir! Görürsünüzmü, uşaqlıqdan müsəlman çoxluğu olan ölkələr haqqında dediklərimin tam əksi var. Qədim tarixə və gözəl mədəniyyətə malik, qalaları, məbədləri, böyük park və meşləri olan ölkə. Bu mənim üçün nağıl kimi görünür. Ömrüm boyu heç vaxt belə bir yerin ola biləcəyini xəyal etməmişdim və şəkillərini görəndə (xüsusilə Bakının Atəşgah Məbədi) gerçək olduqlarına təəccübləndim!
Azərbaycanla bağlı həqiqətləri, buranın necə bir yer olduğunu və orada hansı insanların yaşadığını deyəndə yerlə göy və yuxarıdan aşağıya doğru bir şey söyləyirəm. İnanıram ki, əgər mən bu həqiqəti təkrarlasam, o, mənə qayıdacaq və mən heç vaxt tam əks anlayış fonuna malik bir insan kimi öyrənə bilməyəcəyimi öyrəndiyim kimi, onda digər Qərb adamları və hər yerdən olan insanlar da öz baxışlarını dəyişə bilərlər.
Azərbaycan nağıllardan ibarət bir yerə bənzəyir. Hətta müharibədən, dağıntılardan, kədərdən sonra da Azərbaycan çox gözəl, gözəl bir yerdir. Mən ölməzdən əvvəl, heç olmasa, bir dəfə buranı görəcəyəm.
-Azərbaycanın ABŞ-da tanıtımı ilə bağlı hansı işlər görmək istərdiz?
-Düşünürəm ki, Azərbaycan haqqında nə qədər müsbət əhvalatlar danışsaq, bir o qədər yaxşıdır. Qəzetlər çox vaxt mənfi şeylər çap etmək istəyirlər. Bakıda iranlıların terror fəsadından bəhs edəcəklər, amma Bakıdakı şahmat turnirindən və mədəniyyətin bölgə insanlarını diplomatik olaraq bir araya gətirmək üçün necə müsbət bir yol olduğunu danışmayacaqlar.
Məsələn, İsrail ilə Azərbaycan arasında ticarət münasibətləri yaxşı olanda, nədənsə, buna pis münasibət kimi baxırlar.
Düşünürəm ki, əgər biz hamımız kimi Azərbaycan xalqının da göstərəcəyi daha çox xəbərlərdən danışsaq, son nəticədə bu hekayələr siyasi povestlərin yaydığı acı nifrəti boğacaq. Bundan başqa, bu hekayələr, əslində, hansı ölkənin Xəzər dənizinin yanında olması barədə daha çox məlumat verməyə başlayacaq və Qərb dünyası bunun nə üçün vacib olduğunu anlayacaq.
Dünyanın kifayət qədər acı etirazçıları var. Gəlin, ədalət axtaraq və mərhəməti sevək, insan hekayəsinə fəzilət verən hadisələr haqqında həqiqəti söyləyək.
-İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi, sizin bizim ölkəyə münasibətinizi nə dərəcədə dəyişdi?
-Bayaq dediyim kimi, mən İkinci Qarabağ müharibəsi başlayana qədər Azərbaycan haqqında, ümumiyyətlə, heç bir şey bilmirdim və işim də bu barədə məlumat verməkdən ibarət idi. Bir sözlə, bu, mənim Azərbaycana yanaşmamımı dəyişməyib. Çünki görürdüm ki, geri qaytarılan ərazi haqlı olaraq beynəlxalq hüquq sazişləri əsasında Azərbaycanın nəzarəti altında olmalıdır.
Bundan başqa, nəzərə almalıyıq ki, bir çox ermənilərə Azərbaycan Respublikasında yaşamağa icazə verilmişdir və 80-ci illərin axırlarında müharibədən əvvəl mənə deyirdilər ki, Azərbaycan və erməni xalqları sülh şəraitində yaşamışlar. İnanıram ki, indi də yenidən sülh şəraitində yaşaya bilərlər. Bu ona görə baş verir ki, mənim fikrimcə, Azərbaycan xalqı müharibənin ağrısından və dəhşətindən o qədər yorulub ki, inanıram ki, o, yenidən başlamamaq üçün əlindən gələni edəcəkdir.
Ümid edirəm ki, post-münaqişəli reallığın qurulması prosesində heç bir başqa zorakılıq baş verməyəcəkdir, çünki oyun dəyişdi. Dünya münaqişənin hər iki tərəfini dərk etməyə başlayır və onların səsi də daha təsirli ola bilər. Görək.
Qarabağ münaqişəsinin bütün tarixi çirkin siyasətdən qaynaqlanırdı və bir çox korrupsiyalaşmış lobbiçilər onu dəstəkləyənlər idilər. İndi bu qələbənin əldə edildiyi bir vaxtda beynəlxalq birlik regionda müharibə getdiyi zaman ola bilmədiyi şəkildə alqışlana bilər. Düşünürəm ki, dünya qapıları açılandan sonra münaqişənin hər iki tərəfi düşmənçiliyə səbəb olan bəzi mənfi dövrlərdən azad olacaqlar.
Azərbaycana və bölgəyə ən yaxşı gələcəyi, sülh diləyirəm. Nəticədə sülh dünyada son qələbədir.


Tarix: 10-06-2021, 15:11


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930