18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Praqa görüşünün nəticələri haqqında

44 günlük müharibədə döyüş meydanında biabırcasına məğlub olan Ermənistan bu məğlubiyyəti hələ də həzm edə bilmir. Savaş meydanında göstərilən igidliyin davamını diplomatik arenada Azərbaycan Respublikasının prezidenti İlham Əliyev davam etdirir. "Praqa görüşü" Azərbaycanlı liderin qətiyyətini və uğurlu xarici siyasətini bir daha təsdiqlədi. 6 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransanın prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqa şəhərində 4 tərəfli görüş baş tutdu. 
Görüşün nəticəsində Azərbaycan və Ermənistanın dövlət başçıları 1991-ci ildə imzalanan Almata bəyannaməsinə sadiqliklərini bildirdilər. Kiçik bir xatırlatma etmək yerinə düşər. 1991-ci ildə imzalanan Alma -Ata  bəyannaməsində adları çəkilən dövlətlər( Azərbaycan Respublikası, Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası (RSFSR), Tacikistan Respublikası, Türkmənistan, Özbəkistan Respublikası və Ukrayna) gücdən istifadə və güc təhdidi, iqtisadi və hər hansı digər təzyiq üsullarına yol verməməklə mübahisələri sülh yolu ilə həll edəcək. Bundan başqa, MDB üzvləri insan hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşacaq, öhdəliklərin və beynəlxalq münasibətlərin digər tanınmış prinsip və normalarının vicdanla yerinə yetirilməsinə hamılıqla əməl edəcək
"Alma-Ata bəyannaməsi”ndə həmçinin, bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb. Praqa görüşü Azərbaycan xalqının tam qələbəsi demək idi. Son 30 ildə Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü qəbul etdirməyə nail olduq. Bir sıra siyasi şərhçilər bu görüşü növbəti illərdə Azərbaycanın prinsiplərinə uyğun sülh sazişi ilə nəticələnəcəyini qeyd edirlər. İlham Əliyev öz çıxışında qeyd edir:
"Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik".

Siyəzən rayon F.Cəlilov adına 
Məşrif kənd tam orta məktəbin 
tarix müəllimi:                 Taleh İmanov

Tarix: 5-12-2022, 14:58


Bölməyə aid digər xəbərlər
20-04-2022, 22:22 "Səyyahlar" İsmayıllıda
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930