“Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyi 1 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Sağlam ətraf mühitdə yaşamaq vərdişlərinin regionda yaşayan insanlara aşılanması, qorunması, onların bu yöndə bilik və bacarıqlarının artırılması, təşəbbüslərin dəstəklənməsi” layihəsinin icrasına başlamışdır.
Layihənin məqsədi orta məktəb şagirdlərində ekoloji biliklərin möhkəmləndirilməsi, onların təbiətə qarşı həsas yanaşmaları, ekologiyanı qorumağın bir vətəndaşlıq borcu olduğunu, bizim və bizdən sonra gələcək nəslin sağlam gələcəyinin məhz ekologiyadan aslı olduğunu göstərmək və ekologiyanın qorumağın vacibliyini dərk etmələrində onlara dəstək olmaq, ekoloji maarifləndirmə işi aparmaqdan ibarətdir. Uşaqlarda ekologiyaya qarşı müsbət fikirlərin formaşalmasında onlara düzgün istiqamət verərək gələcək həyatlarında ekologiyanı sevmək və qorumağın vacibliyini aşılamaq.
Layihə 3 ay davam edəcək (01.02.2022-01.05.2022). Layihə çərçivəsində beş məktəb müəyyən ediləcək (Bakı şəhərində 3 məktəb, İsmayıllı şəhərində 2 məktəb) və bu məktəblərdə şagirdlərə seminar veriləcəkdir.
Layihə çərçivəsində İsmayıllı şəhəri üzrə keçirilməsi planlaşdırılan 2 seminardan ilki 19.04.2022-ci il tarixində İsmayıllı şəhəri, İ.Həsənov adına 1 saylı tam orta məktəbində keçirilmişdir. Seminarda “Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyinin sədri Elsevər Cəlilov, ekspert və könüllü nümayəndələr İsmayıllı şəhəri, İ.Həsənov adına 1 saylı tam orta məktəbinin direktor müavini, məktəbin müəllim kollektivi içtirak etmişdir. Seminarı giriş sözü ilə açan QHT sədri Elsevər Cəlilov qonaqları salamlamış və bu seminarın aktual və vacibliyindən bəhs etmişdir. Daha sonra isə İsmayıllı şəhər icra hakimiyyətinin səlahiyyətli nümqayəndəsi Bəhruz müəllim çıxış edərək şagirdlərə ekologiyanı qorumağın vacibliyinndən bəhs edərək, yazılmış olan “Təbiətimizi qoruyaq” adlı kitabçadan şagirdlərə bəhs edərək, sonda layihə nümayəndələrinə öz təşəkkürünü bildirmişdir. Və o qeyd etmişdir ki, QHT sektorunun bu işdə payı böyükdür.
Daha sonra seminarı layihə eksperti Nuray Əhmədova hazırlanmış olan, təqdimatla uşaqlara ekologiyanı və onu mühafizə etməyin yollarını izah etmişdir. O çıxışında ekologiya nədir, təbiət nədir, cəmiyyət nədir, təbiətlə cəmiyyət arasındakı münasibətlər necə qurulmaldır kimi mövzuları geniş şəkildə izah etmişdir. Seminar arası uşaqların vermiş olduğu çoxsaylı suallar cavablandırılmış və sualların cavabı yerindəcə verilmişdir. Seminarı davam etdirən QHT sədri Elsevər Cəlilov bu kimi fəaliyyətlərin həqiqiətən də lazımlı və aktual olduğunu qeyd etmişdir. Məktəbin müəllim kollektivi və qonaq qismində iştirak edən müəllim nümayəndələr çıxış edərək ekologiyanı qorumağın vacibliyindən bəhs edərək. Təşkilatçılara öz təşəkkürünü bildirmişdir.
Tədbirin ikinci hissəsində məktəb həyətində seminarda iştirak edən şagirdlərlə bərabər ağac tingləri əkilib və ağaclara su verilib. Ağacəkmə aksiyasında müəllim kollektivi bu kimi tədbirlərin uşaqlar üçün stimulverici olduğunu vurğulamışdırlar.
Seminar 30 nəfər ibtidai sinif şagirdinin iştirakı ilə keçirilmişdir. Layihə çərçivəsində yazılmış olan kitabça (30 ədəd) şagirdlərə paylanmışdır. Sonda bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyi diqqətə çatdırılmış və xatirə şəkli çəkilmişdir.
“Səyyahlar” Təbii Sərvətlərin və
Ətraf Mühitin Araşdırılması və
Tanıdılması ictimai birliyinin sədri: Elsevər Cəlilov
Bölməyə aid digər xəbərlər
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |