18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
“Sağlam ekologiya səndən başlayır" layihəsi davam edir


Cəmiyyətimizin gələcək həyatında ekoloji problemlərin yaşanmaması (mümkün qədər ekologiyamızı qorumağa yönəlmək), insanların təbiətə, onda yaşayan canlılara şəfqətlə davranması istiqamətində yeniyetmə və gənclərə indidən  düzgün yol göstərmək günümüzün aktual məsələlərindən biridir. Təbii ki, ekologiyanı birdən-birə tam xilas etmək mümkün deyil, lakin hər birimiz üzərimizə düşən öz vətəndaşlıq borzumuzu yerinə yetirsək, düşünürük ki, ekologiyamızın müsbətə doğru inkişafı başlayacaq.
AztürkmanTv “Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması İctimai Birliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, “Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyi 1 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Sağlam ekologiya səndən başlayır" layihəsinin icrasına başlamışdır. 
 Layihənin məqsədi orta məktəb şagirdlərində ekoloji biliklərin möhkəmləndirilməsi, onların təbiətə qarşı həsas yanaşmaları, ekologiyanı qorumağın bir vətəndaşlıq borcu olduğunu, bizim və bizdən sonra gələcək nəslin sağlam gələcəyinin məhz ekologiyadan aslı olduğunu göstərmək və ekologiyanın qorumağın vacibliyini dərk etmələrində onlara dəstək olmaq, ekoloji maarifləndirmə işi aparmaqdan ibarətdir. Uşaqlarda ekologiyaya qarşı müsbət fikirlərin formaşalmasında onlara düzgün istiqamət verərək gələcək həyatlarında ekologiyanı sevmək və qorumağın vacibliyini aşılamaq.
Layihənin icrası nəticəsində şagirdlər:
•    İnsan həyatı boyunca təbiətə humanist yanaşmalı, onu qorumalıdır:•    Ekologiyanı qorumağın vədəndaşlıq borcu olduğunu:•    Təbiətdən səmərəli, ziyan vermədən istifadə etməyin yollarını:•    Ekologiyanı korlamağa davam edərsək gələcəyimizin korlanacağı, ekoloji tarazlığın pozulacağı və buranın yaşanılması mümkün olmayan bir şəklə düşəcəyini:•    Ölkəmizdə yaşıllığın salınmasında cani-könüldən iştirak etmək, daha sağlam ekoloji mühitin formalaşdırılması üçün ilk öncə təbiəti deyil, özümüzü dəyişdirməyin mahiyyətini anlayacaqlar:
 Layihə 3 davam edəcək (01.02.2022-01.05.2022). Layihə çərçivəsində beş məktəb müəyyən ediləcək (Bakı şəhərində 3 məktəb, İsmayıllı şəhərində 2 məktəb) və bu məktəblərdə şagirdlərə seminar veriləcəkdir. 
Bundan sonra isə layihə çərçivəsində hazırlanacaq olan kitab seminar iştirakçılarına, valideyinlərə, məktəb müəllimlərinə və həmçinin bu sahəyə maraq göstərən şəxslərə paylanacaqdır.
Hal-hazırda layihə çərçivəsində nəşri planlaşdırılan "Təbiətimizi qoruyaq" adlı kitab nəşrə hazırlanır.


Tarix: 9-03-2022, 19:29


Bölməyə aid digər xəbərlər
20-04-2021, 12:13 "Bir anlıq xatirələr"
31-08-2021, 09:37 Şair Camal Cabbarlı Ülvi