18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Natiq Cəfərli: "Azərbaycanda benzinin bahalaşması sırf inhisarçılıqla bağlıdır"


"Benzinin bahalaşmasının dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqəsi yoxdur"
İyunun 2-dən Azərbaycanda Aİ-95 "premium" markalı benzinin qiymətinin qalxıb 1.40 AZN olduğu bildirilir. İndiyə qədər Aİ-95 benzini 1.25 AZN-dən satılırdı.

Aİ-95 "premium" markalı benzin Azərbaycanda istehsal edilmir, ölkəyə idxal edilir. Odur ki, qiymətinin artmasını Tarif Şurası tənzimləmir.

Elə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) rəsmisi İbrahim Əhmədov də açıqlamasında belə deyib.

Bildirib ki, Aİ-95” və "Aİ-98” markalı benzinlər ölkəyə idxal olunduğuna görə onların qiyməti dünya bazarlarından asılıdır. Dünya bazarlarında hansı qiymət olarsa, Azərbaycanda da qiymət o şəkildə tənzimlənir: "Pandemiyadan əvvəl "Aİ-95” markalı benzinin qiyməti 1 manat 50 qəpik idi. Pandemiya dövründə neftin və neft məhsullarının qiyməti düşdüyünə görə, qiymət 1.10 qəpiyə qədər düşdü, sonra yenidən bir qədər qalxdı. İndi də dünya bazarlarında neftin qiyməti demək olar ki, pandemiyadan əvvəlki səviyyəyə qalxdığı üçün bunu satan şirkətlər də qiymətləri artırıblar. Əgər gələcəkdə yenə neft və neftin məhsullarının qiyməti düşərsə, bu növ benzinlərin də qiyməti düşə bilər”.

İqtisadçı Natiq Cəfərli isə deyir ki, Aİ-95 markalı benzinin qiymətinin artmasının dünya bazarında neftin qiymətinin dəyişməsi ilə əlaqəsi yoxdur: "Bəli, dünya bazarında neftin barreli 70 dollara çatır, ancaq bunun benzin qiymətinə təsiri minimum 2 aya ola bilərdi. Belə tezliklə mümkün deyil”.

Natiq Cəfərli deyir ki, Azərbaycandakı bahalaşma sırf inhisarçılıqla bağlıdır: "Ölkəyə premium markalı benzini yalnız ARDNŞ-a tabe şirkətlər gətirir deyə istədikləri qiyməti diqtə edə bilirlər. Ölkədə bu sahədə də rəqabətli mühit yoxdur”.

Natiq Cəfərli deyir ki, əgər başqa şirkətlərə də ölkəyə premium markalı benzin gətirmələrinə imkan versələr, onda qiymətlərdə müxtəliflik olar, necə ki bir çox ölkələrdə bu belədir:

"Məsələn, Gürcüstanın özündə premium markalı benzin müxtəlif yanacaqdoldurma məntəqələrində fərqli qiymətlərə təklif edilir. Dövlət tərəfindən tənzimlənmir deyə, müxtəlif qiymətlərə təklif edilir. Bəzi yerlərdə 5-10 tetri ucuz, bəzilərində isə yuxarı qiymətlərə ola bilir. Bizdə isə bu proses bir mərkəzdən idarə olunur. Bu da inhisarçılığa gətirib çıxarır”.

İqtisadçı düşünür ki, bu bahalaşmanı birbaşa dünya bazarında neftin qiymətinin artması ilə əlaqələndirmək doğru deyil.

O ki qaldı iqtisadiyyata təsirlərinə, Natiq Cəfərli deyir ki, artımın iqtisadiyyata təsiri olmayacaq: "Çünki iqtisadiyyatda kimsə bu markalı benzindən istifadə etmir, amma təbii ki, əhalinin orta sinfinə, orta sinifdən yuxarıya, yeni maşın sahiblərinə təsir edəcək. Bəli, yeni avtomobillər var ki, onlara ancaq Aİ- 5 markalı benzindən istifadə tövsiyə olunur. Artımın bu insanların ciblərinə təsiri olacaq”.

2021-ci il yanvarın 4-də Tarif Şurasının iclasında ölkədə istehsal edilən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 80 qəpik müəyyən edilmişdi. Onda Aİ-92 10, dizel 20 qəpik bahalaşmışdı. (arqument.az)

Tarix: 2-06-2021, 19:34


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930