18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Orta dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdı


Son vaxtlarda qlobal miqyasda müşahidə edilən geosiyasi gərginliklər, ələlxüsus da sonu görünməyən Rusiya-Ukrayna müharibəsi bütün dünya üzrə qarşıya yeni çağırışlar çıxardıb. Bu çağırışlar böyük coğrafiyanı əhatə edən Avrasiya regionunda nəqliyyat-logistika sahəsi üçün isə xüsusi aktuallıq daşıyır ki, bu da təsadüfi deyildir. Hansı marşrutlar daha təhlükəsizdir? Bu kimi suallar və əlbəttə ki, iqtisadi səmərəlilik, sərf olunan vaxt, qiymətlər kimi məsələlər hazırda daşıma şirkətlərinin və yük sahiblərinin, necə deyərlər, əsas qayğılarına çevrilib. AztürkmanTv Siyəzən rayon F.Cəlilov adına Məşrif kənd tam orta məktəbin Coğrafiya müəllimi Xanzadə Muradovanun sözügedən proseslərə münasibətini təqdim edir: 
Noyabrın 25 - də Bakıda ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat “ mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda dünyanın müxtəlif ölkələrindən gəlmiş siyasətçilər, araşdırmaçılar, iqtisadi təhlilçilər iştirak etdilər.Konfransda Prezident İlham Əliyev çıxış edərək mühüm məsələlərə toxunmuşdu.Orta dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunub. Təhlükəsizlik və iqtisadi potensial olmadan bütün region ölkələrinə fayda verəcək Orta Dəhliz tam istismara verilməsi mümkün olmayacaq. Beynəlxalq sabitliyə təhlükəsizliyə nail olmaq üçün qarşılıqlı əməkdaşlıq vacibdir.Bu gün Azərbaycan işgaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri aparır, lakin Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən tam olaraq çıxarılmadığına  görə Ermənistana təzyiq göstərilməsi və problemin öz həllini tapması üçün beynəlxalq ictimayətin dəstəyinə ciddi ehtiyac var. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi regionun iqtisadi inkişafına xələl gətirir. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz vasitəsilə ticarət imkanlarının genişlənməsi daha da artacaq. Konfransda Prezident İlham Əliyevin növbəti dəfə öz qonşuları ilə və Cənubi Qafqaz regionu ilə əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münsibətləri və əməkdaşlığa hazır olduğunu bildirib. 
İstənilən genişmiqyaslı layihənin  icrası üçün önəmli elementlərdən biri sabitlikdir.
Azərbaycanda uzun illərdir sabitlik var və bu bizim ölkənin iqtisadi inkişafına təsir edən əsas amillərdən biridir. Hazirda Azərbaycanın beynəlxalq arenada oynadığı rol daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Azərbaycanın əlverişli coğrafi mövgeyi, Avropa ilə Asiyanın arasında yerləşməsi olkəmizin mühüm iqtisadi və siyasi tərəfdaşa çevrilməsinə səbəb olub. dəhlizin fəaliyyətinin genişlənməsi Qərb və Şərq arasında mühüm körpü rolunu oynayan respublikamız üçün böyük əhəmiyyət daşıyır. Ölkələr bu məsələyə ikitərəfli və çoxtərəfli müstəvidə toxunmalıdılar.Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırıb. Prezident konfransdakı çıxışında İsraildə səfirlik və Fələstində Təmsilçilik açılması haqqında danışaraq bunun milli maraqlara əsaslandığını sülhün möhkəmləndirilməsi, uzunmüddətli, səmərəli əməkdaşlığa xidmət edəcəyini bildirib.

Siyəzən rayon F.Cəlilov adına Məşrif kənd 
tam orta məktəbin Coğrafiya müəllimi: Xanzadə Muradova

Tarix: 11-12-2022, 17:49


Bölməyə aid digər xəbərlər
10-12-2022, 14:42 Hərbi Qənimətlər Parkı
20-04-2022, 22:22 "Səyyahlar" İsmayıllıda


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930