18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
"Səyyahlar"ın İsmayıllıda seminarları davam edir


“Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyi 1 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Sağlam ətraf mühitdə yaşamaq vərdişlərinin regionda yaşayan insanlara aşılanması, qorunması, onların bu yöndə bilik və bacarıqlarının artırılması, təşəbbüslərin dəstəklənməsi”  layihəsinin icrasına başlamışdır.

Layihənin məqsədi orta məktəb şagirdlərində ekoloji biliklərin möhkəmləndirilməsi, onların təbiətə qarşı həsas yanaşmaları, ekologiyanı qorumağın bir vətəndaşlıq borcu olduğunu, bizim və bizdən sonra gələcək nəslin sağlam gələcəyinin məhz ekologiyadan aslı olduğunu göstərmək və ekologiyanın qorumağın vacibliyini dərk etmələrində onlara dəstək olmaq, ekoloji maarifləndirmə işi aparmaqdan ibarətdir. Uşaqlarda ekologiyaya qarşı müsbət fikirlərin formaşalmasında onlara düzgün istiqamət verərək gələcək həyatlarında ekologiyanı sevmək və qorumağın vacibliyini aşılamaq.

 Layihə 3 ay davam edəcək (01.02.2022-01.05.2022). Layihə çərçivəsində beş məktəb müəyyən ediləcək (Bakı şəhərində 3 məktəb, İsmayıllı şəhərində 2 məktəb) və bu məktəblərdə şagirdlərə seminar veriləcəkdir.

Layihə çərçivəsində İsmayıllı şəhəri üzrə keçirilməsi planlaşdırılan 2 seminardan və ümumilikdə layihə çərçivəsində keçirilmiş olan sonuncu (5-ci)  seminar 19.04.2022-ci il tarixində Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbində keçirilmişdir. Seminarda “Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyinin sədri Elsevər Cəlilov, ekspert və könüllü nümayəndələr Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı tam orta məktəbinin direktor müavini, məktəbin müəllim kollektivi içtirak etmişdir. Seminarı giriş sözü ilə açan QHT sədri Elsevər Cəlilov qonaqları salamlamış və bu seminarın aktual və vacibliyindən bəhs etmişdir.

 Daha sonra isə İsmayıllı şəhər icra hakimiyyətinin səlahiyyətli nümqayəndəsi Bəhruz müəllim çıxış edərək ekologiya haqqında öz bilkilərini şagirdlərlə bölüşmüşdür. Həmçinin o şagirdlərə ekologiyanı qorumağın vacibliyinndən bəhs edərək, yazılmış olan “Təbiətimizi qoruyaq” adlı kitabçadan şagirdlərə bəhs edərək, sonda layihə nümayəndələrinə öz təşəkkürünü bildirmişdir. Və o qeyd etmişdir ki, QHT sektorunun bu işdə payı böyükdür. QHT sektorunun adını bu işdə xüsusilə vurğulayan nümayəndə bundan sonra da bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən bəhs etdi.

Daha sonra seminarı layihə eksperti Nuray  Əhmədova hazırlanmış olan, təqdimatla uşaqlara ekologiyanı və onu mühafizə etməyin yollarını izah etmişdir. O çıxışında ekologiya nədir, təbiət nədir, cəmiyyət nədir, təbiətlə cəmiyyət arasındakı münasibətlər necə qurulmaldır kimi mövzuları geniş şəkildə izah etmişdir. Seminar arası uşaqların vermiş olduğu çoxsaylı suallar cavablandırılmış və sualların cavabı yerindəcə verilmişdir.

Layihə çərçivəsində keçirilmiş olan 5 seminarın hamısında yaxından könüllü iştirakı ilə  fərqlənən Fətəli Rzayev layihə rəhbəri tərəfindən sertifikatla təltif olunmuş və ona bu işində uğurlar arzu edilmişdir.
Seminarı davam etdirən QHT sədri Elsevər Cəlilov bu kimi fəaliyyətlərin həqiqiətən də lazımlı və aktual olduğunu qeyd etmişdir.  Məktəbin müəllim kollektivi və qonaq qismində iştirak edən müəllim nümayəndələr çıxış edərək ekologiyanı qorumağın vacibliyindən bəhs edərək. Təşkilatçılara öz təşəkkürünü bildirmişdir.
Həmçinin seminar sonunda çıxış edən direktor müavini Səxavət Əliyev QHT nümayəndələrinə öz dərin minnətdralığını bildirmiş və keçirilmiş seminarın səmərəliliyindən söz açmışdır. O qeyd etmişdir ki, bu kimi tədbirlər həm kiçiklər həm də böyüklər arasında mütəmadi aparılmalıdır.
Tədbirin ikinci və ən həyəcanı hissəsində məktəb həyətində seminarda iştirak edən  şagirdlərlə bərabər ağac tingləri əkilib və ağaclara su verilib. Ağacları böyük həvəslər öz əlləri ilə, belə ehtiyac duymadan əkən ibtidai sinif şagirdləri təşkilat nümayəndələrinə ağaclara qulluq edəcəklərinə dair söz vermişdirlər. Sonda şagirdlərlə xatirə fotosu çəkilmişdir. Ağacəkmə aksiyasında QHT üzv və könüllüləriylə yanaşı,  iştirak etmiş və kollektiv bu kimi tədbirlərin uşaqlar üçün stimulverici olduğunu vurğulamışdırlar.

Seminar 30 nəfər ibtidai sinif şagirdinin iştirakı ilə keçirilmişdir. Layihə çərçivəsində yazılmış olan kitabça (30 ədəd) şagirdlərə paylanmışdır. Sonda bu kimi tədbirlərin gələcəkdə də keçirilməsinin vacibliyi diqqətə çatdırılmış və xatirə şəkli çəkilmişdir.

 




 “Səyyahlar” Təbii Sərvətlərin və
Ətraf Mühitin Araşdırılması və
Tanıdılması  ictimai birliyinin sədri: Elsevər Cəlilov

Tarix: 20-04-2022, 22:29


Bölməyə aid digər xəbərlər
20-04-2022, 22:22 "Səyyahlar" İsmayıllıda


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930