18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
"Məktəblərimizdə təkcə bilik, savad verilmir, həm də gənclərə vətənpərvərlik hissi aşılanır"

Hər bir insan fərd kimi doğulub, şəxsiyyət kimi formalaşır. Bu formalaşma məhz məktəbdə başlayır. Daha dəqiq ifadə etsək, insanın ilk cəmiyyəti ailəsindən sonra məktəbdir. Bu baxımdan məktəblərdə təlim-tərbiyə prosesində şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması daim olmalı, bu mövzunun  təşkili, təbliği metodikanın başlıca vəzifələrindən biri olmalıdır. Qələm tutub yazı yazmağa, oxumağa başlayan şagirdlərin ilk yazısı, ilk oxusu “Ana” və “Vətən” kəlmələri olur. “Vətən” bizim azadlığımız, mənliyimiz, namusumuz, şərəfimizdir. Bu şərəfli məsuliyyəti öz üzərində daşıyan məhz müəllimlərdir. Müəllimin vəzifəsi təkcə bilik vermək, hansısa elmin sirlərini açıqlamaq deyil, həm də Vətənə layiqli şəxsiyyət yetişdirməkdir. Bu müəllimlərdən biri də Salyan rayon Küsəngi kənd Q.Mayılov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyyatı müəllimi Aygün Vəliyevadır. Aygün müəllimə ilə olan qısa müsahibəmizdə o bildirdi ki, Bu gün məktəblərimizdə təkcə bilik, savad verilmir, həm də gənclərə vətənpərvərlik hissi aşılanır.  II Qarabağ müharibəsində əldə etdiyimiz qələbədən sonra biz gənclər arasında ruh yüksəkliyinin, Vətənə məhəbbət hissinin nə qədər güclü olduğunu görürük. Aygün müəllim şagirdlərindən danışarkən çalışdığı Küsəngi kənd Q.Mayılov adına tam orta məktəbin 6sinif şagirdi Azər Bayramlının adını xüsusi ilə vurğulayır. 

“Azər mədəniliyi, tərbiyəsi və vətənpərvərliyi ilə sinifdə fərqlənir. Onun ədəbiyyata olduqca böyük marağı var. Mən sevinirəm ki, tədris etdiyim fənni şagirdlərimə sevdirə bilmişəm.”

Aygün müəllim Azərin gözəl şeir yazmaq bacarığı olduğunu bildirdi. 

“ Sizə Azərin şeirlərindən bir neçə bəndi səsləndirmək istəyirəm:

Vətənim igid oğullar məskənidir,

Vətən üçün oğullar düşmənə çəpərdir.

Dağları dayaqdır, dərələri səngərdir,

Köksüm sənə sipərdir Azərbaycan əsgəri!


Gəncənin, Bərdənin qisasını aldılar,

Əmrahı, Səməndəri şəhid oldular,

Adlarını tarixə birlikdə yazdılar,

İnam yerimizdir Azərbaycan əsgəri!”


Müsahibənin davamında Azər özü haqqında məlumat verdi:


“Mən, Azər Bayramlı İnsaf oğlu, 2010- cu ildə fevralın 17-də,  Salyan rayonunun Küsəngi kəndində anadan olmuşam. Hazırda Kürsəngi kənd Q. Mayılov adına tam orta məktəbin 6a sinfində təhsil alıram.”

Azər şeir yazmaq qabiliyyətindən danışarkən qeyd etdi ki, II Qarabağ müharibəsində Ordumuzun qələbəsi onda bu həvəsi yaradıb. 

Azər Leytenant Vüsala həsr etdiyi şeiri bizim üçün səsləndirdi: 

Orta məktəbə getdiyin gündən,

Seçildin hamıdan qəhrəman Vüsal.

Müəllimlər arasında qazandın hörmət,

Ananın, atanın layiqi Vüsal.


Bitirib institu aldın diplomu,

Hərbiyə yola saldı ananla, atan,

Səninlə öyündü qardaşın Kənan,

Vətən qarşısında dayandın Vüsal. 


Əsgərlik xidmətində uğur qazandın,

Çavuş rütbəsi ilə evinə döndün,

Gördün Vətən dardadır, imdad istəyir,

Döyüş meydanına atıldın Vüsal. 


Füzuli, Hadrut döyüş yolu keçdin,

Hadrut dağlarında xəsarət aldın,

Bayrağımızı zirvələrə ucaltdın,

Qəhrəmanlar sırasına qatıldın Vüsal. 


AztürkmanTv olaraq Aygün müəllimə və Azər balamıza fəaliyyətində uğurlar arzu edirik. 

Sənan İman. 

Tarix: 3-02-2022, 17:54


Bölməyə aid digər xəbərlər
4-06-2021, 10:50 Ziyalı kimdir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930