18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Körpələr evinin müdirindən hədə-qorxu ilə pul istəyənlərə cinayət işi açıldı

Körpələr evinin müdirindən hədə-qorxu ilə pul istəyənlərə cinayət işi açıldı
Bərdə rayon prokurorluğundan bildirdiyi məlumata əsasən AzturkmanTv məlumat verir ki, mayın 27-də üç nəfər naməlum şəxsin Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən körpələr evinə gəlib özlərini jurnalist kimi təqdim edərək qanunsuz olaraq yoxlama aparıb körpələr evinin nüfuzuna xələl gətirəcək, həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yaymamaq müqabilində körpələr evinin direktorundan 300 manat məbləğində pul vəsaiti tələb etmələri barədə rayon prokurorluğuna müraciət daxil olub.
Aparılmış araşdırmalarla hədə-qorxu ilə pul tələb edən şəxslərin “faktlaşdırma.az” xəbər portalının təsisçisi kimi özünü təqdim edən Alışanov Qurban Ruben oğlu, “AzTV.NEWS” xəbər portalının direktoru kimi təqdim edən Məmmədov Seymur Sahib oğlu, “Araşdırmacı Jurnalist Agentliyi”nin direktoru kimi təqdim edən Qurbanov Elvin Nəsbulla oğlu olduğu müəyyən edilib.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinə həvalə edilib.
Hazırda istintaq davam edir.


Hüseynova Zülfiyyə.


Tarix: 29-05-2021, 11:18


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930