18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Yardımlı rayonunun Separadi kənd sakinləri etiraz edir


Yardımlı rayon Separadi kəndinin sakinləri üçün 2015 ci ildən layihəyə düşmüş içməli suyun çəkilməsi 7 ildir ki başa çatmayıb. Kənd sakinləri Azərsu ASC -nin  yarıtmaz fəaliyyəti nəticəsində bu istilərin nəfəs kəsən vaxtında  yaşamaq üçün sanki, ölüm-dirim mübarizəsi aparır.


AzturkmanTv xəbər verir ki, bu barədə kənd sakini Mərahim Hüseynov məlumat verib. O bildirib ki, kənd sakinləri qızmar günəş altında 2 km-ə qədər məsafə qət edir, saatlarla növbə gözləyib, su daşıyırlar. 


Sakinlərin dediklərinə görə Separadi kəndində yaşayırsansa, özün öz problemini həll etməlisən. Əgər bu kənddə yaşayırsansa, demək yay fəslində əkdiyin taxıl biçimi üçün kombayın, içməli su, qış fəslində isə kənd arası yolların bərbad olması problemi ilə qaşılaşmalısan.

Mərahib Hüseynov qeyd edir: 

"Niyə axı Separadi sakinlərinin müraicətlərinə baxılmır? Axı bu kənd sakinləri də gündən-günə "çiçəklənən Azərbaycanımızın" vətəndaşlarıdır. Yoxsa kənd sakinləri dövlətin qayğısından uzaq olmalıdılar? Qeyd edək ki, 44 günlük Vətən müharibəsində döyüşüb, qəhramanlıq göstərən igidlərimiz kimi, bu kəndin  igid oğullarından da müharibədə iştirak ediblər. Torpaqlarımız uğurunda Separadi kəndi də şəhid verib. Bu kəndin də haqqıdır ki, sakinlərinin problemləri az da olsa həll olunsun." 


2021-ci il aprel ayı su borularının təmir işləri aparılıb, amma yarımçıq qoyulub. 

Problemlə bağlı AztürkmanTv rəsmi qurumlardan cavab ala bilməyib. 

AztürkmanTv

Tarix: 27-06-2021, 12:26


Bölməyə aid digər xəbərlər
23-06-2021, 12:24 Qarabağ qazisi etiraz edir