“Təəssüf ki, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub”.
AzturkmanTv “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin 2020-2021-ci il üzrə ali və orta ixtisas müəssisələrində imtahan nəticələrinin elmi-statistik təhlili ilə bağlı hesabatda bildirilib. Məlumatda qeyd olunub ki, belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 34 nəfərdir.
“Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların, əslində, daha çox olduğunu ehtimal etmək olar. 9-cu siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Bərdə rayonunda 4 nəfər, Bakı şəhərində 3 nəfər, Goranboy rayonunda 3 nəfər, Gədəbəy, Göygöl, Lənkəran, Lerik, Sabirabad, Şəki və Yardımlı rayonlarının hərəsində 2 nəfər, Ağdaş, Ağsu, Astara, İsmayıllı, Kəlbəcər, Masallı, Oğuz, Qazax, Salyan və Şəmkir rayonlarının hərəsində 1 nəfər. 11-ci siniflər üzrə belə hallara yalnız Gəncə şəhərində və Kəlbəcər rayonunda (hərəsində 1 nəfər) rast gəlinib”.
Bölməyə aid digər xəbərlər
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |