18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Milli Məclisin vitse-spikeri Adil Əliyevin rəhbərliyi ilə şəhid Mübariz Şahmurov haqqında çəkilmiş filmin təqdimatı keçirilib



İyunun 14-ü Milli Məclisin vitse-spikeri Adil Əliyevin rəhbərliyi ilə şəhid Mübariz Şahmurov haqqında çəkilmiş filmin təqdimatı keçirilib. Təqdimatda Milli Məclisin sədr müavini Adil Əliyev, şəhidin ailə üzvləri, filmin layihə rəhbəri Türkanə Səfərova, filmin rejissoru Zahid Qarayev, Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun rəhbəri Ədalət Məhərrəmov, Xocalı sakinləri, şəhid ailələri və mətbuat nümayəndələri iştirak edib.  Tədbirdə çıxış edənlər bildiriblər ki, Mübariz Şahmurov, 29 illik qısa ömrünə şərəfli bir həyatı sığdıran cəsur ürəkli, Vətənin bütövlüyü uğrunda canından keçməyə hazır, ölümün gözünə dik baxan bu torpağın fədailərindən biridir. Şahmurovun şərəfli həyat yolunu əbədiləşdirmək üçün onun haqqında sənədli filmin hazırlanması təqdirə layiqdir. 

Şəhidin ailə üzvləri çıxış etdi. Onlar Mübariz haqqında xatirələrini bölüşdü:
"Mübariz hələ gənc ikən dəliqanlılığı, vətənsevərliliyi ilə həmyaşıdlarından fərqlənərdi. İllərdi davam edən doğma yurduna qarşı edilən təcavüzü öz kişiliyinə, mənliyinə sığışdırmayan dəliqanlı çıxış yolunu vuruşmaqda, son nəfəsini əsl kişi kimi mərdcəsinə döyüş meydanında verməyi görürdü. 1990- cı il 20 yanvar faciəsini onun səbrini daşıran son damla oldu. Bu faciədən hiddətlənən Mübariz könüllü olaraq cəbhəyə , göz bəbəyi kimi sevdiyi Vətənini qorumağa yollandı. Elə bu müqəddəs amalı onu müharibənin ən qaynar nöqtəsi, Azərbaycanın qanayan yarası Qarabağa Xocalıya gətirdi.  Aqil Quliyevin dəstəsində döyüş yoldaşları ilə ciyin ciyinə vuruşan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa həmişə can atırdı. Lakin müharibə varsa ölüm də vardır , Vətən sevgisindən doğulan şəhidlik zirvəsi də.
İndi o illərdən 28 il ötüb. Bizim üçün, torpaq üçün canını fəda edən Mübarizin ziyarətinə belə gedə bilmirik. Düşmən tapdağında cansız bədəni torpağa qarışmış , 28 illədir ki, bizdən imdad diləyir. Yurdsuz, yuvasız, kəfənsiz, qəbrsiz şəhidimin ruhu nigarandı, küskündür. Deyirlər şəhidlər vurulduqda deyil, unudulduqda ölürlər." Daha sonra onlar başda Adil Əliyev olmaqla əziyyəti keçən hər bir şəxsə təşəkkür etdilər. 

Filmin ideya və ssenari müəllifi Türkanə Səfərova, quruluşçu rejissoru Zahid Qarayev, qurluşçu operator Elman Ağamaliyev, operator assistenti Nübar Novruzova, səsləndirmə Gözəl Məmmədova, redaktor Sənan İmanovdur. 
Filmdə Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatı Elman Məmmədov, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərb tarixi muzeyinin rəisi ehtiyyatda olan polkovnik Əzizağa Qənizadə, “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri Şamil Sabiroğlu, Xocalıda düşmən əsirliyində qalan Valeh Hüseynov, şəhidin ailə üzvlərindən müsahibə yer almışdır. Filmdə şəhid Mübariz Şahmarovun həyat yolu ətraflı verilmişdir. Onun cəbhə yoldaşlarının verdiyi müsahibələrində Mübarizin necə cəsur olduğu ətraflı təsvir olunur. 
Sonda layihənin rəhbəri Türkanə Səfərova təqdimatın təşkil olunmasında xüsusi rol oynayan Xəyal Rəşid Bağırov ,Mahir Hüseynbəyli,Famil İsmayılov və İftixar Həsənova, həmçinin filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. 

Sənan İmanov

Tarix: 16-06-2021, 13:16


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930