18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Mübariz Şahmurov haqqında film çəkilib

Azərbaycanın şanlı tarixi ərzində torpaq uğrunda cəsur oğullarımız döyüşmüşdür. Həmin oğullarımızın həyat yolunun işıqlandırılması, cəmiyyətə tanıdılması dövlət ilə xalqın da mənəvi borcudur.

Torpaqlarımızı, xalqımızı qoruyarkən şəhid olmuş şəxslərdən biri də Mübariz Ağahüseyn oğlu Şahmurovdur.
 

Mübariz Şahmurov, 29 illik qısa ömrünə şərəfli bir həyatı sığdıran cəsur ürəkli, Vətənin bütövlüyü uğrunda canından keçməyə hazır, ölümün gözünə dik baxan bu torpağın fədailərindən biridir. Şahmurovun şərəfli həyat yolunu əbədiləşdirmək üçün onun haqqında sənədli film hazırlanmışdır.

Şəhid Mübariz haqqında hazırlanmış filmin layihəsi Türkanə Səfərovaya məxsusdur. Türkanə Səfərova Azərbaycan mətbuat və televiziya sahəsində tanınmış şəxslərdən biridir. Filmin ideya və ssenari müəllifi Türkanə Səfərova, rejissoru Zahid Qarayev, qurluşçu operator Elman Ağamaliyev, operator assistenti Nübar Novruzovadır.
Mübariz hələ gənc ikən dəliqanlılığı, vətənsevərliliyi ilə həmyaşıdlarından fərqlənərdi. İllərdi davam edən doğma yurduna qarşı edilən təcavüzü öz kişiliyinə, mənliyinə sığışdırmayan dəliqanlı çıxış yolunu vuruşmaqda, son nəfəsini əsl kişi kimi mərdcəsinə döyüş meydanında verməyi görürdü. 1990- cı il 20 yanvar faciəsini onun səbrini daşıran son damla oldu. Bu faciədən hiddətlənən Mübariz könüllü olaraq cəbhəyə , göz bəbəyi kimi sevdiyi Vətənini qorumağa yollandı. Elə bu müqəddəs amalı onu müharibənin ən qaynar nöqtəsi, Azərbaycanın qanayan yarası Qarabağa Xocalıya gətirdi. 1991- ci dekabr ayı isti yuvasını, ailəsini, yaxınları tərk edərək Vətənin harayına yollanan Mübariz heç bilməzdi ki bu onun doğmaları, Bakı ilə son görüşü olacaqdı.


Aqil Quliyevin dəstəsində döyüş yoldaşları ilə ciyin ciyinə vuruşan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa həmişə can atırdı. Lakin müharibə varsa ölüm də vardır , Vətən sevgisindən doğulan şəhidlik zirvəsi də.

İndi o illərdən 28 il ötüb. Bizim üçün, torpaq üçün canını fəda edən Mübarizin ziyarətinə belə gedə bilmirik. Düşmən tapdağında cansız bədəni torpağa qarışmış , 28 illədir ki, bizdən imdad diləyir. Yurdsuz, yuvasız, kəfənsiz, qəbrsiz şəhidimin ruhu nigarandı, küskündür. Deyirlər şəhidlər vurulduqda deyil, unudulduqda ölürlər. Biz səni unutmadıq Mübariz qəhrəmanım.

Filmdə Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatı Elman Məmmədov, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərb tarixi muzeyinin rəisi ehtiyyatda olan polkovnik Əzizağa Qənizadə, “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri Şamil Sabiroğlu, Xocalıda düşmən əsirliyində qalan Valeh Hüseynov, şəhidin ailə üzvlərindən müsahibə yer almışdır. Filmdə şəhid Mübariz Şahmarovun həyat yolu ətraflı verilmişdir. Onun cəbhə yoldaşlarının verdiyi müsahibələrində Mübarizin necə cəsur olduğu ətraflı təsvir olunur. 
Qeyd etmək yerində düşərdi ki, Adil Əliyev filmin ərsəyə gəlməsində böyük zəhməti keçib. Adil Əliyev hər zaman şəhid və qazilərimizin cəmiyyətdə təbliğində fəal iştirak edib, onların ailə üzvlərinə daim dəstək olub. Adil müəllimə göstərdiyi fəallığa görə təşəkkür edirik!
Sənan İmanov



Tarix: 10-06-2021, 21:03


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?
4-06-2021, 10:50 Ziyalı kimdir?