20:54 / 19-10-2024
Gəncə Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək Beynəlxalq Kukla Teatrları festivalında çıxış edəcək
17:20 / 03-09-2024
"Yeni Azərbaycan" ideyasının bir parçası - Aqil Məmmədov
21:14 / 28-08-2024
Azərbaycanın tərəqqisi naminə...
14:52 / 23-08-2024
Xankəndi ziyalıları YAP-ın qələbəsinə inanır
16:02 / 18-08-2024
Vətənə və xalqa xidmət nümunəsi
14:55 / 18-08-2024
Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına dəstəyini davam etdirməyə hazırdır
14:47 / 18-08-2024
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
14:13 / 18-08-2024
Deputatlığa namizəd Vüqar İskəndərov Şəkidə sakinlərlə görüşüb
18:02 / 17-08-2024
Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda seçicilərlə növbəti görüşünü keçirdi
17:45 / 17-08-2024
YAP namizədi Azərbaycan xalqını 1 sentyabr parlament seçkilərində fəallığa çağırdı
11:26 / 17-08-2024
"YAP növbəti dəfə möhtəşəm qələbə qazanmaq əzmindədir" - seçki təbliğatı davam edir
11:16 / 17-08-2024
Aqil Məmmədovun seçki kampaniyası davam edir
23:25 / 27-11-2023
Məntiqi oxunun əsas ifadəlilik vasitələri. Dinləyiciyə necə təsir göstərmək olar?
18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
18:34 / 15-11-2023
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ “TÜRKDİLLİ DÖVLƏTLƏRİN BİRLİYİ ZAMANIN TƏLƏBİDİR” adlı beynəlxalq elmi-nəzəri və praktiki konfrans keçirildi
21:23 / 16-07-2023
TÜRKSOY: “Qarabağda Ermənistanın qədim mədəniyyəti yox etməsini dünyaya göstərməliyik”
13:43 / 27-05-2023
Gəncə Dövlət Kukla Teatrı Türkdilli Dövlət teatrlarının 15 – ci “ Min Nəfəs Bir Səs" Beynəlxalq Teatr festivalında ölkəmizi təmsil edəcək
17:48 / 17-12-2022
Zəfər Paradı
17:49 / 11-12-2022
Orta dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
15:09 / 08-12-2022
Armen Qriqoryan: "Ermənistan sülh müqaviləsi layihəsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək"
15:07 / 08-12-2022
Rusiya XİN: “Brüsselin arzusu Rusiyanı regiondan sıxışdırmaqdır”
15:06 / 08-12-2022
Deputat: "BMT qətnamələrini görməzdən gələn dünya ictimaiyyəti epizodik məsələlərə xüsusi həssaslıqla yanaşır"
14:58 / 05-12-2022
Praqa görüşünün nəticələri haqqında
14:49 / 05-12-2022
Moskva görüşü nə vəd edir? - Zərdüşt Əlizadənin şərhi
Həkim: "Səhiyyə Nazirliyi sertifikasiya imtahanlarını ləğv etməlidir"
Bölməyə aid digər xəbərlər
Aydın Əliyev: "Aktual problemlərdən biri həkimlərə sığorta əlavələrinin verilməməsidir"
17 iyun - Azərbaycanda Səhiyyə İşçiləri Günüdür.
Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunub.
Ölkənin ilk səhiyyə naziri vəzifəsinə 1903-cü ildə Xarkov Universitetini bitirən cərrah Xudadat bəy Rəfibəyov təyin edilib.
2001-ci il iyunun 4-də keçmiş Prezidenti Heydər Əliyevin sərəncamına əsasən, 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur.
Bəs Azərbaycan səhiyyə sisteminin hazırki durumu necədir?
"Koronavirusla mübarizədə və müharibədə həlak olan həkimlərimizə aid bir abidə yoxdur..."
Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev Meydan TV-yə deyir ki, səhiyyə sistemi, xidmətlərin keyfiyyəti və səviyyəsi hər bir cəmiyyət, ölkə üçün çox vacib inkişaf göstəricisidir. Azərbaycan səhiyyəsində isə çatışmazlıqlar çoxdur:
"Azərbaycan səhiyyə sistemində ciddi böhran yarana, ixtisas seçimi qarşısında olan gənclər həkimlik peşəsini seçməyə bilər. Çünki hazırda tibb işçilərinin durumu gənclərdə heç bir stimul, motivasiya yaratmır. Səhiyyəmizdə problemlər əvvəllər də vardı. Pandemiyadan sonra daha qabarıq formada ortaya çıxdı. Hazırda aktual problemlərdən biri həkimlərə sığorta əlavələrinin verilməməsidir. Bu məsələ təcili həllini tapmalıdır, yoxsa yaxşı, savadlı kadrlar ölkəni tərk edəcəklər. Həmçinin COVİD-19 virusu ilə mübarizədə həyatını itirən tibb işçilərinin ailələrinə heç bir təzminat verilmədi, xatirələri əbədiləşdirilmədi. Tibb işçiləri bütün sosial qayğılardan məhrumdur. Bu gün həkimlərin peşə bayramıdır. Koronavirusla mübarizədə və müharibədə həlak olan həkimlərimizə aid bir abidə yoxdur ki, gedib, yad edək”.
"Dünya təcrübəsində belə bir qayda yoxdur"
Stomatoloq Rüfət Hüseynli isə səhiyyə sitemindəki sertifikasiya imtahanlarından narazıdır. O deyir ki, Səhiyyə Nazirliyi sertifikasiya imtahanlarını ləğv etməlidir, çünki dünya təcrübəsində belə bir qayda yoxdur: "Buna bənzər təcrübə yalnız Rusiyada mövcuddur. Bildiyim qədərilə, orada da müəyyən yaş həddindən sonra həkimlər imtahana cəlb edilmir. Təbii, tibb elə bir sahədir ki, mütləq şəkildə yenilənməlidir. Çünki universitetdə aldığımız təhsillə uzun müddət işləyə bilmərik. Bütün xəstəliklər üçün yeni "guideline”lar, protokollar var. Üstəlik, işin texniki tərəfi - daim yenilənən avadanlıqla çalışmaq məsələsi də aktualdır. Mütəmadi olaraq müəyyən biliklərə yiyələnmək vacibdir. Dünya bunu kredit bal sistemi ilə edir. Beş il ərzində hər bir həkim tutduğu vəzifədən, elmi dərəcəsindən asılı olmayaraq – ölkələrə görə dəyişə bilər - əlli kreditə qədər yığmalıdır. Məsələn, Almaniyada həkim beş il ərzində iki yüz əlli kreditini yığırsa, artıq normanı yerinə yetirmiş sayılır”.
"Testə elə suallar salırlar ki, artıq həmin xəstəlik ya yoxdur, ya da adı başqadır”
Həkimin sözlərinə görə, dünya praktikasında həkimlər krediti biliyin əldə olunması hesabına - konfrans, seminar, simpoziumlarda dinləyici kimi iştirakla, həmçinin mühazirələr deməklə, elmi məqalələr yazmaqla toplayır: "Daha bizdəki kimi prosesin sonunda həkimə "gəl, imtahan ver” deyilmir. Yəni həkim krediti toplamasa ona təzyiq olunmur. Sadəcə, sığorta sistemi krediti olmayan həkimə xəstə yönəltmir. Belə həkimlərin özlərinin müəyyən pasiyent sayı olur. Bir məqam var ki, Qərb cəmiyyətində sığorta sistemindən uzaq qalmaq, bir həkimin fəaliyyətinin, karyerasının sonu deməkdir. Yeganə ölkə Azərbaycandır ki, beş ildən bir imtahan vermək kimi qayda qoyublar. Onu da deyim ki, Azərbaycanda kreditlərin yığılmasının üzərinə sərt şəkildə düşülməyib. Əvəzində nə olur? Beş ildən sonra əlində bəlli bir kreditin yoxdursa, Həkimləri Təkmilləşdirmə İnstitutunda kursa gedirsən, bundan sonra sertifikasiya imtahanına buraxılırsan. Sertifikasiya da eyni şeyləri beş ildən bir "çevir tatı, vur tatı” edir. Altmış yaşında həkim sertifikasiya imtahanına girir. Mən hələ testdə olan səhv suallardan danışmıram. Bəzən elə suallar salırlar ki, artıq həmin xəstəlik ya yoxdur, ya da adı başqadır”.
"Stomatologiya çoxdan diş çəkməkdən çıxaraq, geniş bir elmə çevrilib"
Həkim deyir ki, Azərbaycanda da dünyanın hər yerində olduğu kimi normal kredit sistemi tətbiq və təşviq olunmalıdır. Həkimləri Təkmilləşdirmə İnstitutunun kurslarını artırmaq, həmçinin məcburi etmək lazımdır: "Sovet dövründə bu instituta kursa gələn həkimlərin kvalifikasiyası, kateqoriyası artırdı. Yəni nəticədə, dərəcələrə görə həkimin əməkhaqqı da artırdı. Mən demirəm ki, bu sistem normal idi, amma ən azından, məntiqi vardı, maaşın artmağı üçün imtahan verirdin. İndi heç nə yoxdur. Beş ildən bir əsəblərimizi sınağa çəkirlər, eyni imtahanı veririk. Daha bir önəmli məqama toxunmaq istəyirəm. Stomatologiya artıq çoxdan diş çəkməkdən çıxaraq, geniş bir elmə çevrilib. Terapevtik stomatologiya, endodontiya, ortopedik stomatologiya, uşaq stomatologiyası, ortodontiya, parodontologiya, üz-çənə cərrahiyəsi. Məsələn, mən ortopedik stomatologiya, oral cərrahiyə üzrə mütəxəssisəm. Təsəvvür edin, ömrümdə bir dəfə də olsun əlimə breket götürməmişəm, amma ortodontiyadan imtahan verirəm. Ortodontlar da şikayətlənir ki, periodontoloq deyilik, amma stomotologiyanın bu sahəsindən imtahan veririk”.
"Səhiyyə Nazirliyi ilə TƏBİB arasında açıq olmasa da, gizli mübarizə gedir"
"Arzu edirəm ki, həkimlərimiz Qərb standartlarına uyğun bir səhiyyə sistemində çalışmaq imkanı əldə etsinlər”, - Azərbaycan Həkimləri İctimai Birliyinin sədri, tibb elmləri doktoru Adil Qeybulla deyir.
Onun sözlərinə görə, 1999-cu ildə Prezidentin fərmanı ilə "Tibb sığorta haqqında” Qanun imzalansa da, hələ indiyə qədər bu, respublika üzrə tam və adekvat şəkildə ortaya qoyulmayıb: "Azərbaycan səhiyyəsində bir sistem yarada bilməyiblər. "Qan və onun komponentlərinin donorluğu haqqında” Qanun həyatda öz təsdiqini tapmayıb. Bütün bunlar hamısı səhiyyənin bir sistemə çevrilməsini tələb edir. Azərbaycanın hər bir ərazisində lazımi səviyyədə avadanlıqlar olmalıdır. Elə bir situasiya yaranmalıdır ki, məsələn, Azərbaycanın bir regionunda göstərilən xidmətin keyfiyyəti ilə mərkəzi şəhərlərdəki səhiyyənin səviyyəsi fərqlənməsin, yüksək olsun. Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülüb, avadanlıqlar alınıb. Müsbət dəyişikliyə baxmayaraq, hələ də sistem qurula bilməyib. Azərbaycan səhiyyə nazirliyi adminstrativ, bürokratik sistemdən mərkəzi istiqamətverici, təşkilatlandırıcı, tövsiyəverici bir orqana çevrilməlidir. Qurum baş həkim, həkim təyinatı və sair bu kimi inzibati işlərlər deyil, səhiyyə siyasəti ilə məşğul olmalıdır. TƏBİB (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) adlanan qurumun yaradılması da əslində, səhiyyə sahəsində iki adminstrativ inzibati qurumun olması deməkdir. Səhiyyə Nazirliyi ilə TƏBİB arasında açıq olmasa da, gizli səlahiyyəti mənimsəmə istiqamətində mübarizə gedir. Bu da işin nəticələrində öz neqativ təsirini göstərir”.
Bir müddət öncə Səhiyyə Nazirliyi Sertifikasiya Komissiyasının sədri Murad Mirzəzadə mətbuata açıqlamasında bildirmişdi ki, sertifikasiya imtahanlarının tətbiqi, yaxud ləğvi qurumun səlahiyyətində deyil.
Bu qayda Azərbaycan Respublikasının qanununa və Nazirlər Kabinetinin qərarına əsaslanır. Bunun üçün həkimlər yuxarı instansiyalara müraciıt etməlidir.
Dövlət Agentliyi: "Həkim ödəniş almadığı haqda məlumat verilməlidir ki, araşdırılma aparılsın"
Həkim Aydın Əliyevin tibb işçilərinə müddətli əlavələrin verilməməsi ilə bağlı söylədikləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən cavablandırılıb.
Qurumdan Meydan TV-yə bildirilib ki, ödənişlər tibb müəssisəsindən göndərilən siyahı əsasında üç iş günü ərzində həyata keçirilir.
Bunun üçün konkret tibb müəssisəinin və şikayətçi həkimin ad-soyadı deyilməli, həmçinin hansı ayda ödəniş almadığı haqda məlumat verilməlidir ki, bununla bağlı araşdırılma aparılsın. (arqument.az)

Tarix: 17-06-2021, 17:10
Bölməyə aid digər xəbərlər
28-05-2021, 10:15
Azərbaycanda Respublika Günüdür
13-06-2021, 16:06
Dastan yazan ilk türk qadını da azərbaycanlı oldu
19-04-2021, 23:28
Ermənistanda seçkilər: Əsas kartlar Moskva və Bakının əlindədir
10-06-2021, 15:11
Amerikalı jurnalist: “Ağdamda qəbiristanlıqlarda baş verənlərdən xəbər tutanda ruhum fəryad etdi”
6-06-2021, 16:55
Sürüş Suruş
12-05-2021, 18:27
Prezident və birinci xanım Şuşada "Xarıbülbül” festivalının açılışında iştirak etdi (VİDEO)
3-05-2021, 13:58
"Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan qazaxlı şəhid Elməddin Nəsibov
23-05-2021, 23:22
Aqil Məmmədov: II Vətən savaşının tarixi qələbəmizlə başa çatmasında “Xocalı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin də böyük zəhməti olub!
10-05-2021, 14:14
Heydər Əliyevin anadan olmasından 98 il ötür
8-06-2021, 14:34
İslamdan öncə Türk qadını
5-06-2021, 19:07
Azərbaycanın Fransa siyasəti: iflas, yoxsa diplomatik pauza?
17-06-2021, 10:34
Tibb işçiləri günü ilə əlaqədar tədbir keçirilib
10-05-2021, 20:15
Milli Məclis sədrinin müavini: Gəncliyimizin və idmanımızın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
16-05-2021, 13:06
Vətən Müharibəsi Qəhrəmanı - Adil
16-06-2021, 14:20
Niyazi Mehdi: Azərbaycanı pul düzəldəcək
2-06-2021, 15:10
Əsl türk qadını - Mahirə Əsədova
25-04-2021, 17:05
44 günlük müharibənin qalibləri
11-06-2021, 21:28
Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
6-06-2021, 16:29
Kimdir müqəssir?
8-06-2021, 14:46
Toğrul Maşallı: Neftdən asılılıq iqtisadiyyata təhdiddir
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |