18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
44 günlük müharibənin qalibləri

2020-ci il, bir tərəfdən sevinc, digər tərəfdən göz yaşı...
44 günlük müharibədə tarixi torpaqlarımıza məhz qəhrəmanlarımız sayəsində geri dönə bildik. Məhz onlar sayəsində Ağdam məscidində illər sonra azan səsi eşidildi... Xudafərin körpüsü, Şuşa qalası azad olundu, Vaqifin ruhu rahat nəfəs aldı. Bu müqəddəs qəhrəmanları xalqımıza tanıtmaq və yaşatmaq  bizim mənəvi borcumuzdur. Sözügedən 44 günlük müharibənin qəhrəmanlarından biri də Rəvan Əliyevdir. 
Rəvan Əliyev 27 may 2001-ci ildə Sumqayıt şəhərində anadan olub. Quba şəhərində yaşayıb. 2007-ci ildə Quba şəhər 3 saylı orta məktəbində təhsil almağa başlayıb. 2-ci sinifdə oxuyanda musiqi məktəbinə qəbul olub və orada tar sinfini bitirib. Rəvan Musiqi ilə yanaşı futbol ilə da məşğul olub. Məşğul olduğu sahələrdə daim fərqlənməyi bacarmışdır. 2016-cı ildə Bakı İdarəetmə və Texnologiya Kollecinə qəbul olub. 5 iyul 2019-cu ildə hərbi xidmətə başlayıb. Yevlax şəhərində yerləşən Dövlət Sərhəd Qoşunlarında xidmət edib. İkinci Qarabağ müharibəsi başlayanda Sərhəd Qoşunlarının əsgərləri əvvəlcə döyüşlərdə iştirak etmirdi. Lakin könüllü olaraq əsgərlər döyüşlərə gedə bilərdi. Rəvan qulluq etdiyi hərbi hissədən bir zabit və altı əsgər müharibəyə könüllü olaraq qoşulub. Qarabağ uğrunda gedən döyüşlərdə Rəvan 23 oktyabr 2020-ci il tarixində şəhid olub.  Şəhid 29 oktyabr 2020-ci ildə Quba Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Əliyev ölümündən sonra "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi. Şəhidimizə Allahdan rəhmət, xalqımıza səbr diləyirik. 


Tarix: 25-04-2021, 17:05


Bölməyə aid digər xəbərlər
20-04-2021, 12:13 "Bir anlıq xatirələr"


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930