18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Bayden 24 apreldə “erməni soyqırımı”nı tanıyarsa... - Politoloq

"Vaşiqtondakı əhval-ruhiyyəni, onun ətrafındakı köməkçilərinin və digərlərinin də səsləndirdiyi fikirlərə diqqət yetirdikdə belə qənaətə gəlinir ki, sanki Beyden "erməni soyqırımı”nı tanımağa hazırlaşır. Həm də ermənilərə bir növ dəstək xətrinə. Amma Bayden bu addımı atsa, özünü məhv edəcək”.
AzturkmanTv xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, Reyqanın dövründə 250 tarixçinin apardığı araşdırmalar sübut edib ki, həmin dövrdə türklər erməniləri deyil, ermənilər azərbaycanlılar və türklərin bir hissəsini soyqırıma məruz qoyublar:
"Əgər əsas soyqırımdan danışmaq lazım gələrsə, ermənilərin azərbaycanlılara qarşı mərhələ-mərhələ həyata keçirdikləri soyqırımdan danışmaq lazımdır. Bu, məsələnin bir tərəfi, ikincisi isə əgər Bayden belə bir addım atarsa, müttəfiqlərindən birini itirmiş olacaq. Üstəlik də müttəfiqlərinin ətrafında olan çoxsaylı müsəlman dövlətlərinin də rəğbətini itirmiş olacaq”.
Qabil Hüseynli qeyd edib ki, bu məsələni tarixçilər araşdırmalıdır:

"Həmin dövrün hadisələri ortaya çıxarılmalıdır. Bayden heç həmin ildə Osmanlı imperiyasında nə qədər erməni yaşadığını bilmir. Həmin dövrü yəqin ki, oxumayıb və məlumatı da yoxdur. Eləcə kiminsə onun qulağına pıçıldaması ilə əgər hərəkət edərsə, bütün Amerikanın imicinə zərər vurar”.


Tarix: 23-04-2021, 10:43


Bölməyə aid digər xəbərlər
20-04-2021, 12:13 "Bir anlıq xatirələr"