18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
"Bir anlıq xatirələr"

Mən səndən nə istədim? 
Xoşbəxt olmaq bəlkə də.
Sənsə, nə istəyirdin? 
Düşünürəm hələ də,
amma tapa bilmirəm. 

Ümidlərim sən idin
Gülüşündə açırdım
Sanki gül-çiçək idim
Səndə sevinc tapırdım
İndi tapa bilmirəm.

Bir çılğın vəsvəsədə
Yenə düşdün yadıma
Qısa cümlələr ilə
Arzumu anlatdığım
Günlər gəldi yanıma
Bir az ürək ağrısı
Bir az da ki, karıxmaq
Xəyalına əl atdım
və çatmadı dadıma

Dərdi doyunca çəkdim
Nəydi axı günahım
Tumurcuqlu günəşin
Mən idim ilk qurbanı
Mən idim ilk atılan
Mən idim unudulan. 

Susmağın şiddətini
Sən öyrətdin deyəsən

Nə tez keçdi bu ömür
Nə tez haqladı bizi
Ayrılığın açarı
Döydü qapı, dəhlizi
Döydü 
Pəncərəmizi

Səni kim aldı məndən
Kim aldı səndən səni. 
Pay alaraq kədərdən
Ayırdım məndən məni. 

Elşən Təhməzov

Tarix: 20-04-2021, 12:13


Bölməyə aid digər xəbərlər