18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Azərbaycan cüdoçuları Avropa kubokunda 3 medal qazanıb

Azərbaycan cüdoçuları Avropa kubokunda 3 medal qazanıb
Xorvatiyada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı keçirilib.
AzturkmanTv saytının məlumatına görə, beynəlxalq turnirdə mübarizə aparan yeniyetmələrdən ibarət Azərbaycan millisi aktivinə 3 medal yazdırıb.
Oğlanların mübarizəsində İslam Rəhimov (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. 73 kq çəki dərəcəsində yarışan cüdoçumuz Məmmədrza Hacızadə yalnız final görüşündə uduzaraq gümüş medala layiq görülüb. 60 kq çəki dərəcəsində mübarizə aparan Zahir Ağazadə bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan cüdoçuları Xorvatiya turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar.
Qeyd edək ki, Avropa kubokunda qitənin 27 ölkəsindən 368 cüdoçu medallar uğrunda mübarizə aparıb.



Tarix: 20-06-2021, 21:16


Bölməyə aid digər xəbərlər


«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30