18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medal qazanıb

#
Belarusun paytaxtı Minskdə yeniyetmə boksçular arasında Vladimir Botvinnikin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.
AzturkmanTv Boks Federasiyasının saytına istinadən məlumat verir ki, 8 ölkədən 120-dən çox idmançının qatıldığı yarışda Azərbaycan milli komandası da iştirak edib.
Turnirdə baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədov və Vüqar Məmmədovun rəhbərliyi altında 12 (10 oğlan, 2 qız) boksçu mübarizə aparıb. Onlardan 10-u çıxışını medalla başa vurub. Yığmamız 3 qızıl, 2 gümüş və 5 bürünc mükafata sahib olub.
Finalda boksçularımızdan Kənan Babayev (48 kq) Humoionmirzo Abdurasulovu (Özbəkistan), Məhəmmədəli Qasımzadə (54 kq) Fərrux Tulağanovu (Özbəkistan), Emili Rzayeva (63 kq) Anna Seredanı (Belarus) məğlub edərək, qalib adına yiyələnib.
Həlledici görüşdə məğlub olan Mahir Süleymanovla (52 kq), Fərhad Şeydayev (63 kq) ikinci yeri tutublar. Tofiq Quliyev (46 kq), Əvəz Əliyev (50 kq), Fuad Babayev (60 kq), Sənan Hətəmov (63 kq) və Liliya Bulatova (57 kq) isə bürünc medalla kifayətləniblər.
Yığmamız komanda hesabında üçüncü yeri tutub. Millimizi Belarus və Özbəkistan qabaqlayıb.
Qeyd edək ki, turnirdə iştirak iyulda Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.

Tarix: 11-06-2021, 21:16


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930