Futbol üzrə Avropa çempionatları tarixində ilk yaşanıb.
AzturkmanTv "Report"a istinadən xəbər veriri ki, bu, AVRO-2020-nin İtaliya və Türkiyə yığmaları arasındakı açılış oyununa təsadüf edib. 53-cü dəqiqədə meydan sahiblərindən Domeniko Berardinin ötürməsindən sonra qonaq komandanın futbolçusu Merih Demiral topu öz qapısına göndərib. Bununla da qitə çempionatları tarixində birinci top avtoqolla vurulub.
İtaliya yığmasının 3:0 hesabı ilə qalib gəldiyi görüşdə komandanın qolkiperi Canluici Donnarumma 22 yaş 106 günündə meydana çıxaraq, Corco Getsiyə (23 yaş 342 gün) məxsus ən gənc qapıçı göstəricisini yeniləyib. Getsi 1960-cı illərdə forma geyinib. Donnarumma "Milan"da çıxış edir.
Türkiyə millisinin hücumçusu Burak Yımaz isə 35 yaş 331 günündə meydana çıxaraq, rekorda imza atıb. Əvvəlki rekord "ay-ulduzlular"ın qapıçısı Rüştü Reçberə (35 taş 46 gün) məxsus olub.
Qeyd edək ki, AVRO-2016-da ilk qolu Fransa millisindən Olivye Jiru vurub.
Bölməyə aid digər xəbərlər
« İyun 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 |