18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
“Ali təhsil haqqında qanun layihəsi”nin detalları açıqlandı


Milli Məclisin Elm və təhsil Komitəsinin bu gün keçirilən iclasında "Ali təhsil haqqında" qanun layihəsi üzrə yaradılmış işçi qrupunun birgə iclası keçirilib. 
AzturkmanTv "Qafqazinfo"-ya istinadən xəbər verir ki, müzakirəyə təqdim olunan “Ali təhsil haqqında” qanun layihəsi 9 fəsil, 54 maddədən ibarətdir. Qarşıda duran əsas vəzifələrdən biri yenilikçi, yaradıcı, müstəqil düşüncəli, vətənpərvər şəxsiyyətin formalaşdırlmasıdır.
Layihənin hazırlanması zamanı ölkəmizin təcrübəsi, mövcud olan normativ-hüququ aktlar, Avropa ölkələrinin ali təhsil sahəsində qanunları, beynəlxalq konvensiyaların müddəaları işçi qrupu tərəfindən geniş araşdırılıb, təhlil edilib. Bu qanun Azərbaycanda ali təhsilin yenidən qurulması və Avropa təhsil məkanına ölkəmizdə əldə edilmiş təcrübənin, milli-mənəvi dəyərlərin, milli təhsil sistemimizin qorunması nəzərə alınmaqla tam uyğunlaşdırılması üçün hüquqi baza yaradır.
Layihəyə əsasən, ali təhsil 4 səviyyəni müəyyən edəcək. Bu səviyyələr arasındakı keçidlər kreditlərin toplanması, təhsil müddətlərinin müəyyən edilməsi, əmək bazarının tələblərinə uyğun olaraq peşə standartlarının, peşə standartları əsasında isə ali təhsil proqramlarının hazırlanmasına imkan yaradacaq. 
İclasda iştirak edən təhsil naziri Emin Əmrullayev öz çıxışında deyib ki, təqdim olunan  qanun layihəsi Azərbaycan təhsilinin qarşısında duran vacib çağırışları həll etmək baxımından böyük əhəmiyyətə malikdir:
"Azərbaycan ali təhsil sahəsində bir sıra beynəlxalq konvensiyalara qoşulub. Məqsəd ali təhsilin əlçatanlığının, keyfiyyətli olmasının, bərabər imkanlara söykənməsinin təmin edilməsi, ali təhsil müəssisələrinin idarə edilməsi ilə bağlı məsələlərin həll olunmasıdır".
Qeyd edilib ki, Azərbaycan təhsilinin öz ənənələri mövcuddur, 100 yaşlı  ali təhsil müəssisəmiz var. Eyni zamanda, dünyada sürətli dəyişikliklər baş verir. Biz bu dəyişiklikləri Azərbaycan ali təhsilinə gətirmək istəyirik. Artıq kvalifikasiyalar çərçivəsində ali təhsilin qurulması nəzərdə tutulub, eyni zamanda, pillələr və səviyyələr anlayışları da saxlanılır. Bəzi məsələlər var ki, onlar Azərbaycan təhsilinin keyfiyyəti, elminin inkişafı baxımından öz həllini tapmalıdır. Bununla yanaşı, Azərbaycanın qoşulduğu beynəlxalq sənədlər və onlardan irəli gələn tələblərin yerinə yetirilməsi də önəmlidir. 
Nazir bildirib ki, qanun layihəsinin böyük bir hissəsi ənənələrə söykənir, bir sıra müddəalar var ki, burada mütəxəssis rəyi, təhqiqatlar böyük önəm daşıyır, həmçinin qəbul prosesi, ixtisas seçimi ilə bağlı şəffaflığın təmin edilməsinə dair məqamlar da əhəmiyyətlidir". 






Tarix: 29-06-2021, 18:32


Bölməyə aid digər xəbərlər
17-06-2021, 18:47 Özbək mədəniyyəti