18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
"Qardaş-qardaşa güllə atır”


"İki müsəlman xalqı arasında utandırıcı bar gətirən hadisələr baş verir. Qardaş-qardaşa güllə atır”.
AzturkmanTv xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Tacikistan və Qırğızıstan arasında baş verən olaydan danışarkən deyib. Onun sözlərinə görə, hərbi münaqişə dayanıb, hər iki ölkənin baş naziri görüşüb:
"Hərbi hissələr toqquşma məntəqələrindən uzaqlaşdırılıb və hansısa sərhəd nöqtəsi naminə başlamış hərbi münaqişə sona yetib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı o zaman işə düşür ki, özünü təcavüz qurbanı hesab edən dövlət təşkilatın rəhbərliyinə müraciət edir. Nə Tacikistan, nə də Qırğızıstan belə bir müraciət edib. Başa düşüblər ki, bu, sərhəd toqquşmasıdır. Məhdud miqyaslı toqquşmadır. Özləri bunu qısa müddətdə həll etməyə nail oldular. Amma bu, bütövlükdə göstərir ki, nə Qırğızıstan, nə Tacikistanda, nə də bu ölkələr arasında münasibətlərdə lazımi dövlət təfəkkürü qaydaları yoxdur. Çünki əhəmiyyətsiz bir məsələyə görə Qırğızıstan tərəfindən 13 nəfər öldürülüb, 164 nəfər yaralanıb. Qarşı tərəfdən də ölən və yaralananlar var”.

Politoloq hesab edir ki, Azərbaycan baş verən olaya ancaq mənfi münasibət bəsləyə bilər:

"Unutmayaq ki, biz də Cənubi Qafqazda yerləşirik və bu yaxınlarda bizdə müharibə qurtarıb. Biz başqalarına dərs deyə bilmərik. Məntiq, mədəniyyət və s. deyə bilmərik. Təəssüf ki, bizdə də mübahisəli məsələləri hüquq müstəvisində dinc yolla həll etmək mədəniyyəti çatışmır. Tacikistan və Qırğızıstan həmin yüksək mədəniyyətə sahib deyillər. Ola bilər ki, rəqs, şeir sahəsində mədəniyyətləri yüksəkdir, amma siyasi mədəniyyətdə zəifdirlər”.

Tarix: 30-04-2021, 11:31


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930