18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
“Azəriqaz”da İctimai Şuranın iclası keçirildi


“Azəriqaz” İstehsalat Birliyi yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şuranın növbəti iclası keçirilib.
AzturkmanTv “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şuranın əsasnaməsi, reqlamenti və fəaliyyət planı müzakirəyə çıxarılıb.
Şura üzvləri gündəmdə olan sənədlər barədə fikirlərini bölüşüblər, təkliflərini veriblər. Yekun olaraq hər üç sənəd qəbul olunub.
Bundan başqa, Şura daxilində vətəndaşlardan daxil olan müraciətlərə necə baxılacağına diqqət ayrılıb.
“Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev İctimai Şura üzvlərinə təqdim olunub. Bundan sonra hər hansı müraciət daxil olarsa, buna ən tez bir zamanda reaksiya göstəriləcəyi bildirilib.
İctimai Şuranın iclasında Birliyin baş direktoru Ruslan Əliyev də iştirak edib. O, bir daha bəyan edib ki, təmsil etdiyi qurumun qapıları Şura üzvlərinin istənilən müzakirə mövzusu üçün açıqdır.
“Azəriqaz” İB davamlı bir iş birliyi tərəfdarıdır və Şuranın aktivliyindən gözləntiləri çoxdur.
Sonra Şura üzvlərinə üzvlük vəsiqələri təqdim olunub.









Tarix: 20-06-2021, 10:46


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş
6-06-2021, 16:29 Kimdir müqəssir?