18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Naxçıvanda kreditləşmənin həcmi 27%-dək artıb

Naxçıvanda kreditləşmənin həcmi 27%-dək artıb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 126,8 mln. manatdan çox kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 26,8% çoxdur.
Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, verilən kreditlərin 15,19 mln. manatdan çoxu və yaxud 12%-i qısamüddətli, 111,64 mln. manatdan çoxu və yaxud 88%-i uzunmüddətli kreditlər olub.
Avqustun 1-nə Muxtar Respublikanın banklarında açılan bank hesablarının sayı 96 037-yə çatıb ki, bunun da 83 027-si və ya 86,5%-i aktiv hesablardır. Bu ilin ilk yeddi ayında açılan 25 290 bank hesabının 25 254-ü aktiv hesablar olub.
Naxçıvanda quraşdırılan POS-terminalların sayı 1 avqust 2021-ci il tarixə 1 475-ə çatdırılıb.

Tarix: 21-08-2021, 12:04


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930