18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
“Kredit ittifaqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunur


Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq “Kredit ittifaqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb.
AzturkmanTv xəbər verir ki, qanun layihəsi parlamentin mayın 27-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Təklif olunan dəyişikliyə əsasən, mərkəzləşdirilmiş kredit reyestri və kredit büroları ilə kredit ittifaqları arasında məlumat mübadiləsi aparılır.
Kredit ittifaqı hər bir borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir. Kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası “Kredit büroları haqqında” Qanunla tənzimlənir.

Hüseynova Zülfiyyə.


Tarix: 27-05-2021, 15:39


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930