18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
“Sağlam ətraf mühitdə yaşamaq vərdişlərinin regionda yaşayan insanlara aşılanması, qorunması, onların bu yöndə bilik və bacarıqlarının artırılması, təşəbbüslərin dəstəklənməsi” layihəsi davam edir


“Səyyahlar” Təbii Sərvətlərin və Ətraf Mühitin Araşdırılması və Tanıdılması ictimai birliyi 1 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Sağlam ətraf mühitdə yaşamaq vərdişlərinin regionda yaşayan insanlara aşılanması, qorunması, onların bu yöndə bilik və bacarıqlarının artırılması, təşəbbüslərin dəstəklənməsi”  layihəsinin icrasına başlamışdır. 
Cəmiyyətimizin gələcək həyatında ekoloji problemlərin yaşanmaması (mümkün qədər ekologiyamızı qorumağa yönəlmək), insanların təbiətə, onda yaşayan canlılara şəfqətlə davranması istiqamətində yeniyetmə və gənclərə indidən  düzgün yol göstərmək günümüzün aktual məsələlərindən biridir. Təbii ki, ekologiyanı birdən-birə tam xilas etmək mümkün deyil, lakin hər birimiz üzərimizə düşən öz vətəndaşlıq borzumuzu yerinə yetirsək, düşünürük ki, ekologiyamızın müsbətə doğru inkişafı başlayacaq.
 Layihənin məqsədi orta məktəb şagirdlərində ekoloji biliklərin möhkəmləndirilməsi, onların təbiətə qarşı həsas yanaşmaları, ekologiyanı qorumağın bir vətəndaşlıq borcu olduğunu, bizim və bizdən sonra gələcək nəslin sağlam gələcəyinin məhz ekologiyadan aslı olduğunu göstərmək və ekologiyanın qorumağın vacibliyini dərk etmələrində onlara dəstək olmaq, ekoloji maarifləndirmə işi aparmaqdan ibarətdir. Uşaqlarda ekologiyaya qarşı müsbət fikirlərin formaşalmasında onlara düzgün istiqamət verərək gələcək həyatlarında ekologiyanı sevmək və qorumağın vacibliyini aşılamaq.
Layihənin icrası nəticəsində şagirdlər:
•    İnsan həyatı boyunca təbiətə humanist yanaşmalı, onu qorumalıdır:
•    Ekologiyanı qorumağın vədəndaşlıq borcu olduğunu:
•    Təbiətdən səmərəli, ziyan vermədən istifadə etməyin yollarını:
•    Ekologiyanı korlamağa davam edərsək gələcəyimizin korlanacağı, ekoloji tarazlığın pozulacağı və buranın yaşanılması mümkün olmayan bir şəklə düşəcəyini:
•    Ölkəmizdə yaşıllığın salınmasında cani-könüldən iştirak etmək, daha sağlam ekoloji mühitin formalaşdırılması üçün ilk öncə təbiəti deyil, özümüzü dəyişdirməyin mahiyyətini anlayacaqlar:
 Layihə 3 davam edəcək (01.02.2022-01.05.2022). Layihə çərçivəsində beş məktəb müəyyən ediləcək (Bakı şəhərində 3 məktəb, İsmayıllı şəhərində 2 məktəb) və bu məktəblərdə şagirdlərə seminar veriləcəkdir. 
Layihə çərçivəsində seminarların bir hissəsi 19.04.2022-ci il tarixində  İsmayıllı şəhəri,  İ.Həsənov adına 1 nömrəli tam orta məktəbi  və İsmayıllı şəhər, N.Behdiyev adına 6 nomrəli tam orta məktəbində keçiriləcəkdir. 

Bundan sonra isə layihə çərçivəsində hazırlanacaq olan kitab seminar iştirakçılarına, valideyinlərə, məktəb müəllimlərinə və həmçinin bu sahəyə maraq göstərən şəxslərə paylanacaqdır.
Ağacəkmə aksiyası keçiriləcəkdir.

 “Səyyahlar” Təbii Sərvətlərin və 
Ətraf Mühitin Araşdırılması və 
Tanıdılması  ictimai birliyinin sədri: 
         Elsevər Cəlilov


Tarix: 18-04-2022, 21:21


Bölməyə aid digər xəbərlər