18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Qarabağ müharibəsi iştirakçısına qarşı təxribat törədilib


Ehtiyatda olan zabit, birinci və ikinci Qarabağ Müharibəsinin iştirakçısı Nazim Rəhimoğlu ona qarşı “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firudin Məmmədovun təşkilatçılığı ilə 40-50 nəfərin təxribat törətdiyini qeyd edir:
“ 2022-ci il 23 fevralda gündüz mənə məlumat çatdı ki, “Qarabağ əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firudin Məmmədovun təşkilatçılığı ilə 40-50 nəfər mənim yaşadığım binanın qarşısına hücum hazırlayırlar. Ora gələrək mənə xəsarət yetirmək, yaşadığım yerdə mənim şərəf və ləyaqətimi təhqir etmək, santaj etmək yeri gələrsə mənə xəsarət yetirmək qərar verilib. Bu haqda yaşadığım Nizami rayonunda ərazi üzrə sahə müvəkklinə və Daxili İşlər Nazirliyinin orqanlarına məlumat verdim. Məlumat təsdiqini tapdı, fevralın 23-də axşam saat 9 radələrində 40-50 nəfərdən ibraət Firudin Məmmədov başda olmaqla Ceyhun Nadirovun idarəçiliyi ilə yaşadığım binanın qarşısına gələrək binanın blokuna düşməyimi tələb etdilər. Onların bu tələbini yerinə yetirdim. Firudin Məmmədovun sanki azğınlaşmış komandası ailəmin, qonşularımın qarşısında mənə qarşı nalayiq hərəkətlər etdilər. Mənim müharibədə iştirkımın və dövlət tərəfindən verilən titulların yalan olduğunu bildirdilər, onlar şərəf və ləyaqətimi alçaldan sözlər deməkdən belə çəkinmədilər. Hadisə yerinə gələn Nizami rayon 24-cü polis bölməsinin əməkdaşları məni oradan uzaqlaşdırdı. Az xəsarətlə təxribatdan qurtulmuş oldum.” 
Nazim Rəhimoğlu ölkənin bir çox qurumuna eləcə də, Prezident İlham Əliyevə məsələ ilə bağlı müraciət edib: 
“Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə , Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna , Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edərək xahiş edirəm ki, Firudin Məmmədovun saxtakarlığı araşdırılsın və onun mənə vurduğu mənəvi zərbə haqqında hüquqi müstəvidə işlər görülsün.” 
Məsələ ilə bağlı araşdırma aparılır.

Tarix: 2-03-2022, 10:01


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930