Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, ilk mərhələdə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, bu müharibədə xəsarət almış hərbi qulluqçuların və həmin müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin müraciətləri qəbul olunacaq.
Vahid əlaqələndirmə mərkəzləri:
Yasamal, Səbail və Qaradağ rayonları üzrə 1 saylı Bakı DOST Mərkəzində (Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, 86),
Xəzər və Pirallahı rayonları üzrə 2 saylı Bakı DOST Mərkəzində (Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A. İldırım küç., 30 b),
Nizami, Xətai, Sabunçu və Suraxanı rayonları üzrə 3 saylı Bakı DOST Mərkəzi (Nizami rayonu, Heydər Əliyev prospekti, 183 b.)
Binəqədi, Nəsimi və Nərimanov rayonları üzrə 4 saylı Bakı "DOST" Mərkəzində (Binəqədi rayonu, Ziya Bünyadov prospekti, 31-03)
fəaliyyət göstərir.
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, bu müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər qeydiyyatda olduqları rayonlar üzrə qeyd edilən DOST Mərkəzindəki vahid əlaqələndirmə mərkəzinə müraciət edə bilərlər.
Həmin şəxslər peyvənd olunmalarına və ya COVID-19-dan sağalaraq immunitetə malik olmalarına dair təsdiqedici sənədə (COVİD-19 pasportuna), yaxud istifadəsinə icazə verilən vaksinlərə qarşı "Əks göstəriş sertifikatı"na malik olduqda qəbul ediləcəklər.
Vahid əlaqələndirmə mərkəzlərində birbaşa (yerində) xidmətlə yanaşı, “Çağrı mərkəzi” vasitəsilə və səyyar formada da xidmətlər göstəriləcək.
Mərkəzlərdə 7 dövlət orqanı üzrə 26 istiqamətdə xidmətlər vahid məkandan, operativ, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında təqdim ediləcək.
Bu xidmətlərə daxildir:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə:
Nazirliyinin fəaliyyət istiqamətlərinə dair arayışlar verilməsi;
tibbi sosial ekspertiza və reabilitasiya üzrə xidmətlər, o cümlədən əlilliyin müəyyən edilməsi, reabilitasiya vasitələri ilə təminat;
məşğulluq sahəsində göstərilən xidmətlər;
əmək pensiyası və sosial müavinətlər üzrə müraciətlərin qəbulu;
Azərbaycan Respublikası Prezidentinin təqaüdləri üzrə müraciətlərin qəbulu;
sosial xidmət sahəsində göstərilən xidmətlər, o cümlədən əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiyası, sosial məişət xidmətlərinin göstərilməsi, sanatoriya-kurort putyovkaları (yollayışları) ilə təminat.
Müdafiə Nazirliyi üzrə:
şəhid və şəhid ailəsi statusunun əldə olunması üçün arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu (zabit və gizir heyətinə münasibətdə);
müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün müraciətlərin qəbulu (Azərbaycan Ordusuna münasibətdə);
orden və medallarla təltif olunma üçün müraciətlərin qəbulu (Azərbaycan Ordusuna münasibətdə);
xəsarət (yaralanma, travma, kontuziya) alınması barədə, habelə əlilliyin müəyyən edilməsi üçün tələb olunan müvafiq arayışlar verilməsi məqsədilə müraciətlərin qəbulu;
sığorta ödənişləri ilə bağlı tələb olunan sənədlərin verilməsi üçün müraciətlərin qəbulu.
Səhiyyə Nazirliyi üzrə:
tabeliyində olan tibb müəssisələrində tibbi yardım göstərilməsi ilə bağlı müraciətlərin qəbulu.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti üzrə:
hərbi xidmətkeçmə haqqında arayış verilməsi;
çağırışçılara müddətli həqiqi hərbi xidməti hansı hərbi hissədə keçdikləri barədə məlumat verilməsi;
müharibə veteranlarına və şəhid ailələrinə müvafiq arayışlar verilməsi;
hərbi qeydiyyatda olma barədə arayış verilməsi.
Yerli icra hakimiyyəti orqanları üzrə:
yaşayış sahəsinə ehtiyacı olan qismində müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsin, şəhid ailə üzvünün uçota alınması barədə müraciətlərin qəbulu;
yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması barədə müraciətlərin qəbulu;
ərazisində yaşayan şəhid ailələrinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə ailə tərkibini təsdiq edən arayışlar və digər arayışlar verilməsi;
şəhid adının əbədiləşdirməsi, o cümlədən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi, eləcə də onların adlarının dəyişdirilməsi barədə müraciətlərin qəbulu.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi üzrə:
Tabeliyində olan tibb müəssisələrində səhiyyə xidmətləri ilə bağlı müraciətlərin qəbulu;
immunoprofilaktikaya dair məlumat verilməsi;
tibbi arayışların elektron registrindən məlumatların verilməsi.
Dövlət Sığorta Kommersiya Şirkəti üzrə:
şəhid statusu verilmiş şəxsin vərəsələrinə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu;
müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu;
hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrinin) yerinə yetirilməsi ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alan hərbi qulluqçulara sığorta ödənişlərinin verilməsi ilə bağlı müraciətlərin qəbulu.
Qeyd olunan qurumların vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərəcək əməkdaşlarının artıq Bakı DOST mərkəzlərində müvafiq xidmət pəncərələri yaradılmaqla yerləşdirilməsi, eləcə də təlimlər keçmələri təmin edilib.
Növbəti mərhələdə vahid əlaqələndirmə mərkəzlərində bütün şəhid ailələrinin, müharibədə xəsarət almış hərbi qulluqçuların və müharibə əlillərinin müraciətləri qəbul ediləcək. Hazırda ölkəmizin digər bölgələrində də vahid əlaqələndirmə mərkəzlərinin qurulması işləri davam etdirilir.
Xatırladaq ki, dövlət başçısının Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd olunan dövlət orqanların göstərilən xidmətlər üzrə fəaliyyətinin əlaqələndirilməsi və müraciətlərin icra vəziyyətinin monitorinqi üzrə əlaqələndirici orqan qismində müəyyən olunub.
20:54 / 19-10-2024
Gəncə Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək Beynəlxalq Kukla Teatrları festivalında çıxış edəcək
17:20 / 03-09-2024
"Yeni Azərbaycan" ideyasının bir parçası - Aqil Məmmədov
21:14 / 28-08-2024
Azərbaycanın tərəqqisi naminə...
14:52 / 23-08-2024
Xankəndi ziyalıları YAP-ın qələbəsinə inanır
16:02 / 18-08-2024
Vətənə və xalqa xidmət nümunəsi
14:55 / 18-08-2024
Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına dəstəyini davam etdirməyə hazırdır
14:47 / 18-08-2024
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
14:13 / 18-08-2024
Deputatlığa namizəd Vüqar İskəndərov Şəkidə sakinlərlə görüşüb
18:02 / 17-08-2024
Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda seçicilərlə növbəti görüşünü keçirdi
17:45 / 17-08-2024
YAP namizədi Azərbaycan xalqını 1 sentyabr parlament seçkilərində fəallığa çağırdı
11:26 / 17-08-2024
"YAP növbəti dəfə möhtəşəm qələbə qazanmaq əzmindədir" - seçki təbliğatı davam edir
11:16 / 17-08-2024
Aqil Məmmədovun seçki kampaniyası davam edir
23:25 / 27-11-2023
Məntiqi oxunun əsas ifadəlilik vasitələri. Dinləyiciyə necə təsir göstərmək olar?
18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
18:34 / 15-11-2023
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ “TÜRKDİLLİ DÖVLƏTLƏRİN BİRLİYİ ZAMANIN TƏLƏBİDİR” adlı beynəlxalq elmi-nəzəri və praktiki konfrans keçirildi
21:23 / 16-07-2023
TÜRKSOY: “Qarabağda Ermənistanın qədim mədəniyyəti yox etməsini dünyaya göstərməliyik”
13:43 / 27-05-2023
Gəncə Dövlət Kukla Teatrı Türkdilli Dövlət teatrlarının 15 – ci “ Min Nəfəs Bir Səs" Beynəlxalq Teatr festivalında ölkəmizi təmsil edəcək
17:48 / 17-12-2022
Zəfər Paradı
17:49 / 11-12-2022
Orta dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
15:09 / 08-12-2022
Armen Qriqoryan: "Ermənistan sülh müqaviləsi layihəsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək"
15:07 / 08-12-2022
Rusiya XİN: “Brüsselin arzusu Rusiyanı regiondan sıxışdırmaqdır”
15:06 / 08-12-2022
Deputat: "BMT qətnamələrini görməzdən gələn dünya ictimaiyyəti epizodik məsələlərə xüsusi həssaslıqla yanaşır"
14:58 / 05-12-2022
Praqa görüşünün nəticələri haqqında
14:49 / 05-12-2022
Moskva görüşü nə vəd edir? - Zərdüşt Əlizadənin şərhi
Bakıdakı DOST Mərkəzlərində vahid əlaqələndirmə mərkəzlərində qəbula başlanacaq
Bölməyə aid digər xəbərlər
Prezident İlham Əliyevin Fərmanına əsasən, ilkin olaraq Bakıdakı DOST Mərkəzlərində yaradılan vahid əlaqələndirmə mərkəzlərində avqustun 23-dən qəbula başlanacaq.
Tarix: 21-08-2021, 12:07
Bölməyə aid digər xəbərlər
24-06-2021, 12:53
Şuşanın azad olunmasında iştirak edənlərlə bağlı sərəncam
26-06-2021, 12:34
Vahid əlaqələndirmə mərkəzlərində göstəriləcək xidmətlər açıqlanıb
26-05-2021, 11:54
Ali məktəblərə tələbə qəbulunun şərtləri açıqlandı
2-07-2021, 00:22
2 iyul - Azərbaycanda Polis Günüdür
30-06-2021, 20:56
Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib
23-05-2021, 23:22
Aqil Məmmədov: II Vətən savaşının tarixi qələbəmizlə başa çatmasında “Xocalı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin də böyük zəhməti olub!
23-04-2021, 10:58
Məktəbin yanında qanunsuz göydələn tikən nazir kimdir? (VİDEO)
14-07-2021, 19:15
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə və hərbi-mülki əlaqələndirmə məsələləri üzrə İşçi qruplarının birgə iclası keçirilib
1-08-2021, 11:19
Sabahdan Bakının uşaq bağçaları elektron qaydada qəbula keçir
19-04-2021, 23:28
Ermənistanda seçkilər: Əsas kartlar Moskva və Bakının əlindədir
1-07-2021, 09:45
İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
2-06-2021, 18:14
FHN gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
21-06-2021, 00:08
İcra Hakimiyyəti Bilgəhdə çimərliyini xalqın üzünə bağladı
12-07-2021, 21:17
Daha bir neçə şadlıq sarayında pandemiya dövrünün tələbləri pozulub
30-06-2021, 19:46
Tarif Şurası təbii qazın qiymətləri ilə bağlı qərar qəbul etdi
6-07-2021, 20:17
Ekoloji məsələlər və Enerji təhlükəsizliyi üzrə İşçi qruplarının Ağdamda birgə iclası keçirilib
3-07-2021, 14:18
Azad olunmuş ərazilərə böyük qayıdış: Proses necə baş verəcək?
20-08-2021, 15:50
Məmurun məhkəməsində şahidlər danışdı: “İş üçün ayrılan vəsaitin 20 faizini ona verirdim”
10-05-2021, 20:15
Milli Məclis sədrinin müavini: Gəncliyimizin və idmanımızın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
7-07-2021, 18:49
DGK xətti ilə büdcə daxilolmaları 1% artıb
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |