20:54 / 19-10-2024
Gəncə Dövlət Kukla Teatrı Qazaxıstanda keçiriləcək Beynəlxalq Kukla Teatrları festivalında çıxış edəcək
17:20 / 03-09-2024
"Yeni Azərbaycan" ideyasının bir parçası - Aqil Məmmədov
21:14 / 28-08-2024
Azərbaycanın tərəqqisi naminə...
14:52 / 23-08-2024
Xankəndi ziyalıları YAP-ın qələbəsinə inanır
16:02 / 18-08-2024
Vətənə və xalqa xidmət nümunəsi
14:55 / 18-08-2024
Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına dəstəyini davam etdirməyə hazırdır
14:47 / 18-08-2024
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
14:13 / 18-08-2024
Deputatlığa namizəd Vüqar İskəndərov Şəkidə sakinlərlə görüşüb
18:02 / 17-08-2024
Deputatlığa namizəd Günay Ağamalı Salyan rayonunda seçicilərlə növbəti görüşünü keçirdi
17:45 / 17-08-2024
YAP namizədi Azərbaycan xalqını 1 sentyabr parlament seçkilərində fəallığa çağırdı
11:26 / 17-08-2024
"YAP növbəti dəfə möhtəşəm qələbə qazanmaq əzmindədir" - seçki təbliğatı davam edir
11:16 / 17-08-2024
Aqil Məmmədovun seçki kampaniyası davam edir
23:25 / 27-11-2023
Məntiqi oxunun əsas ifadəlilik vasitələri. Dinləyiciyə necə təsir göstərmək olar?
18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
18:34 / 15-11-2023
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLMİŞ “TÜRKDİLLİ DÖVLƏTLƏRİN BİRLİYİ ZAMANIN TƏLƏBİDİR” adlı beynəlxalq elmi-nəzəri və praktiki konfrans keçirildi
21:23 / 16-07-2023
TÜRKSOY: “Qarabağda Ermənistanın qədim mədəniyyəti yox etməsini dünyaya göstərməliyik”
13:43 / 27-05-2023
Gəncə Dövlət Kukla Teatrı Türkdilli Dövlət teatrlarının 15 – ci “ Min Nəfəs Bir Səs" Beynəlxalq Teatr festivalında ölkəmizi təmsil edəcək
17:48 / 17-12-2022
Zəfər Paradı
17:49 / 11-12-2022
Orta dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi bacarıq məsələləri müzakirə olunmalıdı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
15:09 / 08-12-2022
Armen Qriqoryan: "Ermənistan sülh müqaviləsi layihəsinin redaktə edilmiş mətnini tezliklə Azərbaycana təqdim edəcək"
15:07 / 08-12-2022
Rusiya XİN: “Brüsselin arzusu Rusiyanı regiondan sıxışdırmaqdır”
15:06 / 08-12-2022
Deputat: "BMT qətnamələrini görməzdən gələn dünya ictimaiyyəti epizodik məsələlərə xüsusi həssaslıqla yanaşır"
14:58 / 05-12-2022
Praqa görüşünün nəticələri haqqında
14:49 / 05-12-2022
Moskva görüşü nə vəd edir? - Zərdüşt Əlizadənin şərhi
İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Bölməyə aid digər xəbərlər
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupun 30 iyun 2021-ci il tarixdə növbəti iclası keçirilib.
AzturkmanTv-nin xəbərinə görə, videoformatda keçirilən iclasda İqtisadi Məsələlər üzrə İşçi Qrupda təmsil olunan Prezident Administrasiyası, İqtisadiyyat, Maliyyə və Energetika nazirliklərinin, Mərkəzi Bank, Dövlət Turizm Agentliyi, Qarabağ Dirçəliş Fondu, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri iştirak ediblər.
İclasda işğaldan azad edilmiş ərazilərdə xidmət göstərən şəxslərin ilkin istehlak tələbatlarını ödəmək məqsədi ilə ərzaq, əczaçı dükanları, bankomatların və s. açılması məqsədilə iş adamlarının iyul ayı ərzində Kəlbəcər və Laçın rayonlarına səfərinin təşkili ilə bağlı məsələ müzakirə edilib, səfərin proqramı və marşrutunun hazırlanması, həmçinin təhlükəsizlik məsələlərinin təmin olunmasının vacibliyi qeyd edilib.
Əlaqələndirmə Qərargahının təsdiq etdiyi Strateji Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən görülmüş işlər barədə sözügedən nazirliyin rəsmisi hesabat verib. Hesabatda qeyd edilir ki, ötən dövr ərzində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Ağdam, Xocavənd, Tərtər, Şuşa, Xocalı və Kəlbəcər rayonları üzrə cəmi 13 307 daşınmaz əmlakın (10 483 ədəd tikili və 2 824 ədəd infrastruktur obyekti) çöl inventarlaşdırma işləri tamamlanıb. 1 525 km avtomobil yolunun, 292 km elektrik verilişi xəttinin, 45 km qaz təchizatı xəttinin, 19 km su təchizatı xəttinin, 249 km suvarma şəbəkəsinin ilkin inventarlaşdırılması başa çatdırılıb. Bundan əlavə 533 000 ha torpaq sahəsi ortofoto xəritələr əsasında vektorlaşdırılaraq elektron məlumat bazasına daxil edilib.
Həmçinin 10 rayon üzrə 177 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşıb, 2 yaşayış məntəqəsində işlər davam etdirilərək, 409 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən edilib.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin müəyyən edilməsi istiqamətində yerli və xarici ekspertlərlə əməkdaşlığa start veriib. Bu istiqamətdə AMEA-nın İqtisadiyyat İnstitutu və “Boston Consulting Group” məsləhətçi şirkəti ilə birgə müvafiq işlər aparılmaqdadır.
İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, ölkə iqtisadiyyatına inteqrasiyası, dayanıqlı və tarazlı inkişafının təmin olunması, yüksək standartlara cavab verən sosial rifaha nail olunması məqsədilə aidiyyəti dövlət qurumlarının rəyi nəzərə alınmaqla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”nın layihəsi hazırlanıb.
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir. Hazırkı dövrə qədər 600-dən artıq müraciət daxil olmuşdur. İnvestisiya layihələrinin prioritetliyi təhlil edilir, potensial layihələr müəyyənləşdirilir və informasiya bazasına daxil edilir.
Dövlət Turizm Agentliyinin nümayəndəsi öz hesabatında bildirmişdir ki, turizm resurslarının qiymətləndirmə metodologiyası əsasında turizm resurslarının qiymətləndirilməsi turizm və rekreasiya zonaları, nəqliyyat dəhlizləri və tematik mövzular üzrə (turizm marşrutları üzrə) aparılır. Turizm məhsullarının inkişaf etdirilməsi istiqamətində “Yolumuz Qarabağa” turizm marşrutunun konsepsiyası çərçivəsində “Yolumuz Ağdama” və “Füzuli-Xocavənd” tur proqramlarının layihələri hazırlanıb. Bölgənin ”Milyon ürək, bir bağ” turizm destinasiya brendinin yaradılması istiqamətində işlər aparılıb, həmçinin regionun turizm potensialının 2021-ci il may və iyun ayında Dubay və İstanbul şəhərində keçirilən beynəlxalq sərgilərdə təbliğ edilib.
Təqdim olunan hesabatlar İşçi qrupunun üzvləri tərəfindən geniş müzakirə edilib və tövsiyələr verilib.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Tarix: 1-07-2021, 09:45
Bölməyə aid digər xəbərlər
26-06-2021, 12:34
Vahid əlaqələndirmə mərkəzlərində göstəriləcək xidmətlər açıqlanıb
30-06-2021, 20:56
Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib
1-07-2021, 09:46
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
24-06-2021, 12:53
Şuşanın azad olunmasında iştirak edənlərlə bağlı sərəncam
19-04-2021, 23:28
Ermənistanda seçkilər: Əsas kartlar Moskva və Bakının əlindədir
2-05-2021, 12:16
“Azerbaijan Microsoft Days”: Rəqəmsal həllərin vasitəsi ilə maliyyə sektorunun transformasiyasi
10-05-2021, 20:15
Milli Məclis sədrinin müavini: Gəncliyimizin və idmanımızın inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır
30-06-2021, 19:46
Tarif Şurası təbii qazın qiymətləri ilə bağlı qərar qəbul etdi
2-06-2021, 15:10
Əsl türk qadını - Mahirə Əsədova
29-04-2021, 10:23
DTX Alimpaşa Məmmədovun həbsi ilə bağlı məlumat yaydı
17-06-2021, 17:18
Sağlamlığımızın keşikçilərini tanıyaq!
26-05-2021, 11:54
Ali məktəblərə tələbə qəbulunun şərtləri açıqlandı
8-06-2021, 14:34
İslamdan öncə Türk qadını
17-06-2021, 17:10
Həkim: "Səhiyyə Nazirliyi sertifikasiya imtahanlarını ləğv etməlidir"
27-05-2021, 15:39
“Kredit ittifaqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunur
2-06-2021, 18:23
Deputat: "Azərbaycan pandemiya ilə mübarizədə ən fəal iştirak edən ölkələrdən biridir"
20-05-2021, 13:53
Şuşa həbsxanasında azərbaycanlı əsgərlərə işgəncə verən erməninin məhkəməsi başlayır
5-06-2021, 19:07
Azərbaycanın Fransa siyasəti: iflas, yoxsa diplomatik pauza?
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |