Bu ilin yanvar-aprel aylarında yanacaq məhsulları orta hesabla 20 faiz bahalaşıb.
Soyuq su və kanalizasiya xidmətində 75, hava nəqliyyatı ilə sərnişindaşıma xidmətində 31 faiz qiymət artımı olub.
Dövlət Statistika Komitəsinin məlumatından belə aydın olur.
Bu dövr ərzində tütün və tütün məmulatlarının qiymətləri 10,4, meyvə 8,9, süd və süd məhsulları, yumurta 6,9 faiz bahalaşıb.
İqtisadçı Nemət Əliyev rəqəmlərə əsasən may ayında da bahalaşmanın davam etdiyini deyir: "Qiymətlərin meydan suladığı" bu ağır şəraitdə əhalinin nominal gəlirləri artmaq əvəzinə azalıb. Orta aylıq nominal əməkhaqqı göstəricisi rəsmən 4,2 faiz düşüb. Əgər bu sonuncu göstəricini istehlak qiymətlərinin “rəsmi 4 faizlik artımı” ilə müqayisə etsək, məlum olar ki, ölkədə həyat səviyyəsi 8 faiz pisləşib”.
"Deməli, əhalinin alıcılıq qabiliyyətinin pisləşməsinin qarşısını ala bilmədiyinə görə ötən dövrdə hökumətin sosial siyasəti də iflas edib. Belə bir vəziyyətdə hökumətin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) istəkləri qarşısında rahatlıqla boyun əyməsi ölkədə həyat səviyyəsini daha da pisləşdirir və bu qaydada davamiyyət heç bir yaxşı perspektiv vəd eləmir”, - iqtisadçı belə düşünür.
Bölməyə aid digər xəbərlər
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |