18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Ekoloji məsələlər və Enerji təhlükəsizliyi üzrə İşçi qruplarının Ağdamda birgə iclası keçirilib

Ekoloji məsələlər və Enerji təhlükəsizliyi üzrə İşçi qruplarının Ağdamda birgə iclası keçirilib
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Ekoloji məsələlər və Enerji təhlükəsizliyi ilə əlaqədar İşçi qruplarının Ağdamda birgə iclası keçirilib.
APA-nın yerli bürosunun məlumatına görə, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyinin rəhbəri Nüsrət Süleymanov, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Ekoloji məsələlər üzrə İşçi qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Enerji təhlükəsizliyi məsələləri üzrə İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Elnur Soltanov və digər şəxslər iştirak edib.
İclasda işğaldan azad edilmiş ərazilərdə sözügedən işçi qrupların fəaliyyəti nəticəsində görülmüş işlərdən danışılıb, qarşıda duran vəzifələr müzakirə edilib.
Bildirilib ki, enerji təhlükəsizliyi daim mühüm əhəmiyyət kəs edib, hər hansı işə başlamaq üçün elektrik enerjisinin olması vacibdir. Qeyd olunub ki, enerji və ekologiya məsələləri vəhdət təşkil edir, bu baxımdan bu işçi qrupların iclasının birlikdə keçirilməsi təsadüfi deyil.
İşğal nəticəsində bölgənin ekoloji vəziyyətinin də çox ciddi ziyan gördüyü bildirilib, ona görə də Ekoloji məsələlər üzrə İşçi qrupunun iclasda iştirakının önəmi qeyd olunub.
Bildirilib ki, ekologiya ətraf mühit məsələləri bəşəriyyəti həmişə narahat edib. Erməni vandalların 30 il ərzində ekologiyaya vurduğu ziyan ölçüyə gəlməzdir. Genosid bəlli bir xalqın, tayfanın məhv edilməsidirsə, ekosit bütövlükdə bəşəriyyətin məhv edilməsinin hədəflənməsidir. Odur ki, ermənilərin vurduğu ziyanın, vandalizmin nəticələri dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu nöqteyi-nəzərdən Ekoloji məsələlər üzrə işçi qrupun üzvlərinin ermənilərin törətdiklərini öz gözləri ilə görmələri hədələrə çatmaq istiqamətində önəmli rol oynayacaq.
Vurğulanıb ki, bütün bu məsələlər planlaşdırılmış və əlaqələndirilmiş şəkildə müzakirə edilib, ciddi təhlildən sonra sistemli şəkildə icraat işlərinə başlanacaq.

Tarix: 6-07-2021, 20:17


Bölməyə aid digər xəbərlər