18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Məmurun məhkəməsində şahidlər danışdı: “İş üçün ayrılan vəsaitin 20 faizini ona verirdim”


Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report”un məlumatına görə, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baxılıb.

Prosesdə şahidlər dindirilib.

Şahid Zahid Cabbarov deyib ki, Zakir Sultanovla 2008-ci ildən tanışlığı olub:

"Tikinti-bərpa işləri üçün elan olunan tenderlərdə bizim şirkət qalib gəlirdi. 2010-2011-ci illərdə Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzinin abadlaşdırılması və Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki musiqi məktəbinin bərpası üçün bizim şirkətə vəsait ayrıldı.

Mən Zakir Sultanova heç bir pul verməmişəm. Sadəcə onun tapşırığı ilə ayrılan puldan 1 milyon 275 min manatı "Bakı Abadlıq” MMC-nin hesabına köçürmüşəm”.

Hakim şahidə ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadənin uyğun gəlmədiyini bildirib. Şahid istintaqdakı ifadəsinin bəzi hissələrinin ona məxsus olmadığını deyib.

Hakim bildirib ki, Zahid Cabbarov istintaqa verdiyi ifadədə onun şirkətinə ayrılan vəsaitdən 15-17 faizini nağdlaşdıraraq Zakir Sultanova təqdim etdiyini deyib.

Daha sonra şahid Mətləb Məmmədov ifadə verib. O, tarixi abidələrlə bağlı təmir-bərpa işləri gördüklərini deyib:

"Görüləcək iş üçün ayrılan vəsaitin 20 faizini nağd şəkildə sabiq idarə rəisinə geri qaytarırdım”.

Z.Sultanov bəzi hallarda abidələrin təmiri üçün öz şəxsi vəsaitindən istifadə etdiyini deyib:

"Hətta bir dəfə dörd lövhənin quraşdırılması üçün 50 min manat cibimdən ödədim”.

Hakim 2 min manat əmək haqqı alan bir məmurun 50 min manatı haradan aldığını soruşub. Zakir Sultanov bu sualı cavablandıra bilməyib.

Növbəti proses avqustun 27-nə təyin olunub.

Qeyd edək ki, rəsmi məlumata görə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə, mədəni irs hesab edilən xüsusi arxitektura-memarlıq üslubuna malik binalarda rekonstruksiya işlərinin aparılmasına maddi maraq müqabilində vəzifə səlahiyyətlərindən istifadə edərək razılıq verilməsi ilə bağlı əldə olunmuş məlumatlar araşdırılıb.

Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Tarix: 20-08-2021, 15:50


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930